Avqustun 13-də Nərimanov Rayon Məhkəməsində “Xural” qəzetinin baş redaktoru, məhbus Əvəz Zeynallının Mətbuat Şurasına qarşı iddiası üzrə proses başlayıb.
“Media forum” saytına verilən məlumata görə, prosesdə çıxış edən Əvəz Zeynallı Mətbuat Şurasını həbsində rolu olan qurumlardan biri saydığını deyib. Mətbuat Şurası adından məhkəməyə səlahiyyətli nümayəndə kimi göndərilən İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli sənədlərlə tanış olmaq üçün vaxt istəyib. Məhkəmə avqustun 29-da davam etdiriləcək.
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsi 2011-ci ildə “Xural” qəzetinin Mətbuat Şurasına qarşı qaldırdığı iddiaya baxmaqdan imtina edib. O zaman “Xural” Mətbuat Şurasının onu reket qəzet elan etməsindən narazı qalaraq məhkəməyə üz tutub. Ali Məhkəmə iddiaya baxılmama qərarını ləğv edib və iş yenidən Nərimanov məhkəməsinə göndərilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?