Binə qəsəbəsində 160 saylı marşurut avtobusunun qatarla toqquşması nəticəsində ağır xəsarət alan, 30 sərnişinlərdən biri Novruz Salmanovun hazırki durumu ilə bağlı hüquq müdafiəçisi Oktay Gülalıyev çağrış edib.
Çağrışda deyilir: ''Dostlar, gəlin yatmış vicdanları oyadaq. Günahsız, parlaq bir gəncin həyatla vidalaşmasına imkan verməyək. Onun taleyi sizlərin əlindədir. 1 aydır koma vəziyyətində olan Novruz Salmanovun müalicə olunmasına, həyata qayıtmasına aidiyyatı qurumlar və şəxslər səhlənkarlıq nümayiş etdirirlər. Amma ümid az olsa da onun həyatını xilas etmək mümkündür...
Novruz Salmanov kimdir? O keçən ay, oktyabrın 1- də Binə qəsəbəsində 160 saylı marşurut avtobusunun qatarla toqquşması nəticəsində ağır xəsarət alan 30 sərnişindən biridir. Yaxınlarının verdiyi məlumata görə o, hadisədən sonra ağır vəziyyətdə 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib. Orda düzgün müalicə olunmadığına görə vəziyyəti pisləşib, oktyabrın 6-da Mərkəzi xəstəxanaya köçürülüb. 1 aydır reanimasiya şöbəsində yatan, koma vəziyyətində olan Novruzun beyninə qan sızıb. Boynu, ayağı və qabırğaları sınıb. Dalağı çıxarılıb, qara ciyəri zədələnib. Vəziyyəti çox ağırdır. Yenidən əməliyyat olunmalıdır. Ailəsinin maddi durumu ağır olduğuna görə Novruz əməliyyat olunmur (!?).
Bakı Nəqliyyat Agentliyinin və 160 saylı marşurut xəttə cavabdeh olan və qəzada günahkar bilinən "Ayşən MMC" şirkəti öncədən söz versə də Novruz Salmanovun əməliyyat olunmasına maddi yardım göstərmir. Şirkətin rəhbəri ailəsinə deyib ki, hara istəyirsinizz gedin şikayət edin (!?). Yeri gəlmişkən qeyd edək adı çəkilən şirkətin rəhbəri İradə Əliyeva insan ölümü və xeyli şəxsin ağır bədən xəsarəti alması ilə nəticələnən məlum hadisə ilə bağlı 17 oktyabrda istintaqa cəlb olunsa da sərbəst buraxılıb...
Dostlar, yaxınlarının və tələb yoldaşlarının dediyinə görə Novruz çox dəyərli və vətəninə bağlı bir gəncdir. İnsandır, bu ölkənin vətəndaşıdır. Onun ən böyük arzusu Azərbaycanın yerlı it cinslərini dünayada tanıtdırmaq olub və bu istiqamətdə də çalışırmış. Gəlin, məsul şəxslərin səhlənkarlığı, məsuliyyətsizliyi, dövlətin baxımsızlığı ucbatından daha bir işıqlı, günahsız gəncimizin aramızdan vaxtsız getməsinə imkan verməyək. Ona dəstək olaq!
21 yaşlı Novruz Salmanovun dəstəyimizə ehtiyacı var. Gəlin, dəstəyimizi əsirgəməyək!''
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?