GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Laçın Obalarında YEYİNTİ... - İTTİHAM

Laçın Obalarında YEYİNTİ... - İTTİHAM

Tarix: 13-11-2018, 12:34 Bölmə :GündəmXəbər / Manşet Baxış: 504
Laçın Obalarında YEYİNTİ... - İTTİHAM


Laçının təhsil şöbəsi müdiri Nicat Həsənov və qardaşı maliyyə rəisi Vüsal Həsənov təhsil naziri Ceyhun Bayramovla onun maliyyə nazirinin müavini olan qardaşı Azər Bayramovdan çəkinmirlər.

Yerli KİV-də yayılan xəbərdə iddia olunur ki, Həsənovlar Bayramovları saymırlar. Onlar Laçının icra başçısı Aqil Nəzərli ilə Sumqayıtın icra hakimi Zakir Fərəcovu daha üstün tuturlar, bu şəxslərlə hesablaşırlar.

Hətta bəzi dairələrdə bildirirlər ki, bu vəzifədə onların hesabına oturublar, işdən çıxarmaq hüququ da icra başçılarının səlahiyyətindədir. Laçının təhsil və maliyyəsini sümürən, çapıb-talayan Həsənov qardaşlarının fəaliyyəti ciddi yoxlama tələb edir.

Gundemxeber.Az xalqxeber.az-a istinadla bildirir ki, Təhsil və Maliyyə idarələrini Nicat və Vüsal Həsənov qardaşları bazara döndərib. Laçının Şeylanlı kəndindən məcburi köçkün Baxışov Müqabil Baxış oğlu da bu faktı təsdiqləmişdi.

N.Həsənov məktəb direktoru işləyən yaxın qohumlarına Naxçıvan Muxtar Respublikasında və hətta xaricdə yaşayan şəxslərin adına əmək haqqı yazdıraraq özü mənimsəyir. İmtahandan keçib Laçın Rayonuna müəllim kimi təyinat almış başqa rayonların sakinləri bir saat da olsun dərs tədris etmədən ayda bir dəfə jurnal yazmaqla staj qazanır və adına yazılmış əmək haqqını N.Həsənova nəzir edir.

Bu alverçi təhsil şefi eyni zamanda Laçın Rayon Maliyyə İdarəsinin müdiri işləyən qardaşı V.Həsənovla da maxinasiyalar yaradaraq dövlət əmlakını qarət edir.

Rayon məktəblərinə məktəblərin qızdırılması, dəftərxana ləvazimatlarının alınması və inventar və avadanlıqların alınması, cari və əsaslı təmir üçün ayrılmış yüz minllərlə vəsaiti əlbir olaraq mənimsəyirlər.

Bir neçə ay əvvəl sosial şəbəkə istifadəçisi Abdul Abdullayevin prezident İlham Əliyev cənablarına ünvanladığı Laçın rayon Təhsil Şöbəsində baş verən qanunsuzluqlarla bağlı müraciəti olmuşdu. Abdul Abdullayev yazırdı ki, Nicat Həsənov işlə bağlı etdiyi ərizəsinə cavab məktubu göndərib.

Ağgöl məktəbində işləyən Əhmədov Əhməd də Laçın RTŞ müdiri Nicat Həsənovu ifşa etmişdi. Nicat Həsənov icra başçısı Aqil Nəzərliyə yüksək məbləğdə rüşvət verərək qarşılığında təhsil şefi olmaqda ittiham edilirdi.

Laçın rayon ümumtəhsil məktəblərində işləyən müəllimlərin yaşayış yeri və əsas iş yeri haqqında maliyyə nazirliyi araşdırma aparsa aylıq 250-350 manat əməkhaqqı adlarına yazıldığı və faktiki olaraq işləməyən 50-dən çox müəllimin olduğu aşkar olar.

Bu müəllimlər özəl müəssisələrdə çalışır, sadəcə pedoqoji iş stajı olsun deyə, adlarına dövlət vəsaitinin yazılıb mənimsənilməsinə razı olurlar.
Təhsil şöbəsində əsas gəlir mənbəylərindən biridə fəaliyyəti olmayan elmi dərnəklərdəki dərs saatları, sağlam və yüngül fiziki qüsurlu uşaqlara məktəbə gələ-gələ saxta sənədlər düzəldərək fərdi dərs saatları yazmaqla hər ay dövlət büdcəsinə talan edir.

Evdə təhsilə cəlb edilmiş şagirdlər yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilsə 90%-nin sağlam və yüngül fiziki qüsurlu olduğu və məktəbdə dərs məşğələlərində iştrak edikləri aşkar olar.

Laçın rayon ümumtəhsil məktəblərinə digər rayonların məktəblərində çalışan və bir çox hallarda dərs saatları üst-üstə düşən müəllimləri ikinci iş yeri kimi qəbul edərək, adlarına formal olaraq dərs saatları yazaraq alınan vəsaitin 50% mənimsənilir.

Təhsil Nazirliyi tərəfindən araşdırılma aparılsa bir müəllimin iki məktəbdə qeyri qanuni 36-48 saat dərs adına yazılaraq dövlət büdcəsinin talan olunduğu üzə çıxar.

Laçın rayon ümumtəhsil orta məktəblərinin jurnal, tarifkassa və əmək haqqı cədvəlləri üzləşdirilsə, dövlət büdcəsinin hansı yollarla talan edildiyi aşkar olar. Gününün çox hissəsini Bakıda keçirən Təhsil şöbəsinin müdiri özü –özünə əməlli-başlı qulluq edir.

Hansısa yollarla saxta ezamiyyə adıyla rayona guya tədbirlərə kimlərisə dəvət edir kimi vəsaitlər ayırır. Nicat Həsənov ixtisasca iqtisadçıdır və bundan əvvəl kağız üzərində fəaliyyət göstərən Uşaq Gənclər İdman məktəbinin rəhbəri vəzifəsini tutub.
Yəni heç bir pedoqoji fəaliyyəti olmayıb. Maraqlısı budur ki, Laçın rayonuda 120-dən çox ümumtəhsil məktəbi direktoru olduğu təqdirdə heç bir pedoqoji təcrübəsi olmayan Nicat Həsənov hansı əsasla rayon təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib?
Nəticədə isə, Nicat Həsənov verdiyi pulu yığmaq üçün məktəbləri bazara çevirib. Məktəb direktorlarının gününü qara edib, müəllimlərin necə olursa olsun hər ay ona rüsüm pulu verməyə məcbur edir.
Nicat Həsənov 9,10,11-ci siniflərin şagirdlərindən direktorlar vasitəsi ilə aylıq hesab alaraq məktəbdə dərs məşğələlərində iştirak etməmələri üçün şərait yaradır və bu şagirdlər reptitor yanında hazırlaşırlar.
Dövlət büdcəsindən Laçın rayon ümumtəhsil məktəblərinin 2016-2017-ci tədris ili üçün zəruri və əsaslı təmir bərpa işlərinə ayrılan vəsaitin bir qəpiyidə məktəblərin təmirinə xərclənməyib, Nicat Həsənov şəxsi büdcəsinə əlavə edib.
Həmçinin Nicat Həsənov ümumtəhsil məktəblərindəki texniki ştatları 500 manata satır və məktəblərinin texniki işçilərinin yaşayış yeri haqqında maliyyə nazirliyi araşdırma aparsa aşkar olar ki,70%-i başqa ərazilərdə yaşayır və əməkhaqqı kartı birbaşa müdirin cibindədir.
Qarşı tərəfi dinləməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Samir Şərifov Laçın təhsilini yoxladır: hər müəllimdən 10 manat tutulub

    Samir Şərifov Laçın təhsilini yoxladır: hər ...

    28-03-2017, 21:20

  • 
  • Laçının icra başçısı əsgərlikdə olmayıb – Foto+Sənəd

    Laçının icra başçısı əsgərlikdə olmayıb – ...

    26-04-2018, 16:46

  • 
  • Laçının icra başçısından heyrətamiz addım

    Laçının icra başçısından heyrətamiz addım ...

    13-02-2013, 10:04

  • 
  • Zakir Həsənov Şəmkirin icra başçısını döyüb

    Zakir Həsənov Şəmkirin icra başçısını döyüb ...

    14-04-2016, 15:11

  • 
  • Zakir Həsənov Şəmkirin icra başçısını döydü

    Zakir Həsənov Şəmkirin icra başçısını döydü ...

    13-04-2015, 21:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu