Ramiz Cəbrayılov təhsil şöbəsindən ona çatan 11 min manatın azlığından şikayətlənərək geri qaytarıb
Laçın rayon icra hakimiyyətində müdhiş hadisə baş verib. Rayonun icra başçısı Ramiz Cəbrayılov ona çatacaq pulun azlığından şikayətlənərək geri qaytarıb. Bu barədə “Gündəm-xəbər”ə daxil olan mötəbər qaynağın məlumatına görə, məsələ rayon təhsil şöbəsi ilə bağlıdır. Belə ki, Laçın rayon Təhsil Şöbəsinin müdiri Malik Vəliyev və baş mühasib köməkçisi Əzim Əhmədovun maliyyə maxinasiyalarından əldə etdiyi 11 min manat az olduğu üçün icra başçısı tərəfindən geri qaytarılıb. Təhsil Şöbəsində olan maxinasiyalara başçılıq edən Ə.Əhmədov müəllimələri dolayısı yollarla analıq məzuniyyətinə çıxarır (halbuki analıq məzuniyyətinə rəsmən çıxmırlar) və dövlət büdcəsindən bu pullar mənimsənilir. Mənbə bildirdi ki, icra başçısı isə məbləğin azlığından narazılıq edərək “haqqı” geri qaytarıb. Bundan sonrada icra başçısı təhsil müəssisələrin yoxlatmağa başlayıb. Çünki təhsil şöbəsində olan “gəlir” yerlərini icra başçısı çox gözəl bilir. Onu da bildirək ki, şöbənin tabeliyində 4 uşaq bağçası, 5 məktəbdənkənar təhsil müəssisəsi (Uşaq Gənclər İdman Məktəbi, Uşaq Gənclər Şahmat Məktəbi, Uşaq Yaradıcılıq Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi, Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ), 128 ümumtəhsil məktəbi var. Ümumtəhsil məktəblərinin 84-ü tam orta, 39-u ümumi orta, 5-i isə ibtidaidir. Həmin təhsil müəssisələrində təlim-tərbiyəsi ilə 2792 nəfər müəllim məşğul olur. Qeyd edək ki, 2792 təlim-tərbiyəçidən yığılan 10% ilə yanaşı Laçın rayonunda ən böyük şöbə təhsil şöbəsidir ki, onun ilik invertar, yanacaq, kommunal xərclərinin maxinasiyasına baş mühasibin köməkçisi Əzim Əhmədov rəhbərlik edir. Yazıda adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq. Aslan
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?