. Maliyyə naziri Samir Şərifov Laçın Rayon Təhsil Şöbəsini yoxladır. Gündəm Xəbər” bildirir ki, bu barədə Raqif Kərimli Facebook səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, rayonda hər müəllimdən martın əmək haqqından 10 manat tutulub. Yəni müəllimlərə xəbərdarlıq etmədən bu məbləğ saxlanılıb. Bu da ciddi narazılıq yaradıb. Təhsil işçilərinə maaşdan pul tutulmasının səbəbi açıqlanmayıb. Ehtimal olunur ki, Rayon Təhsil Şöbəsində bir aya yaxındır Maliyyə Nazirliyinin yoxlaması gedir. Bu yoxlama da müəllimlərin başında çatlayıb. Laçın təhsil şöbəsi rəhbərliyi nazirliyin yoxlamasını yola salmaq üçün hər müəllimdən 10 manat kəsərək təhlükəni sovuşdurmağa çalışıb. Laçın RTŞ müdiri Nicat Həsənovdur. Bundan əvvəl kağız üzərində fəaliyyət göstərən Uşaq Gənclər İdman məktəbinin rəhbəri vəzifəsini tutub, heç bir pedoqoji fəaliyyəti olmayıb. Onun rəhbər posta gətirilməsində Laçın icra hakimi Aqil Nəzərli və təhsil nazirinin müavini Ceyhun Bayramovun rolu olduğu bildirilir. Bir müddət əvvəl Laçın sakini Xudayarov Baxşeyiş prezidentə müraciətində bildirmişdi ki, Nicat Həsənov Ümumtəhsil məktəblərindəki texniki ştatları 500 manata satır. Sitat: “Nicat Həsənov Azərbaycan Respublikasının Təhsil haqqında qanunları ,Təhsil Nazirliyinin müvafiq əmr və sərəncamlarını kobudcasına pozaraq Bakı şəhər orta ümumtəhsi l məktəblərdə oxuyan 100-dən çox 9,10,11-ci sinif şakirdlərinin hər birindən 500 manat rüşvət alaraq Laçın rayonunun Bakı Şəhərində yerləşən 50-dən çox orta ümumtəhsil məktəblərinin 9,10,11-ci siniflərinə qəbul edib. Nicat Həsənov 9,10,11-ci siniflərin şagirdlərindən direktorlar vasitəsi ilə aylıq hesab alaraq məktəbdə dərs məşxələlərində iştirak etməmələri üçün şərait yaradır və bu şagirdlər reptitor yanında hazırlaşırlar. Nicat Həsənov Təhsil haqqında qanunları pozaraq müəllimləri 2000 manat rüşvət alaraq kənar məktəblərdən mərkəzələrə yerdəyişmə edir. Dövlət büdcəsindən Laçın rayon ümumtəhsil məktəblərinin 2016-2017-ci tədris ili üçün zəruri və əsaslı təmir bərpa işlərinə ayrılan vəsaitin bir qəpiyidə məktəblərin təmirinə xərclənməyib Nicat Həsənov şəxsi budcəsinə əlavə edib”
Sorğu
Yeni dizaynımız necədir?