GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şamaxının yeni icra başçısı qalmaqallı I müavinlə işləyəcəkmi?- Qara qovluq...

Şamaxının yeni icra başçısı qalmaqallı I müavinlə işləyəcəkmi?- Qara qovluq...

Tarix: 13-11-2018, 13:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 008
Şamaxının yeni icra başçısı qalmaqallı I müavinlə işləyəcəkmi?- Qara qovluq...


Şamaxıya yeni icra başçısı təyin olunan Tahir Məmmədovdan sonra nəzərlər 1-ci müavin Qasım Qasımova yönəlib

Cahan.info mediaya istinadla xəbər verir ki, sabiq başçı Asif Ağayevin dövründə “meydan sulayan” Q.Qasımovun taleyinin necə olacağı sual altındadır.

A.Ağayevin Beyləqan icra başçısı kimi onu yanına gətirəcəkmi, Şamaxının yeni icra başçısı onunla işləyəcəkmi, bu sualların cavabları qeyri-müəyyəndir.
Lakin bilinən odur ki, Q.Qasımovun adı müxtəlif yeyintilərdə, qalmaqallı işlərdə hallanıb və T.Məmmədovun onu yanında saxlayacağı inandırıcı görünmür.
Rayondakı bu özbaşınalıq və qanunsuzluğun başında Şamaxı RİH başçısının 1-ci müavini Qasım Qasımov dayanır. Qasım Qasımovun Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyevə yaxın şəxs olduğu bildirilir.
Maraqlısı budur ki, Şamaxının sabiq icra başçısı Asif Məmmədov da elə Qasım Qasımovun güdazına gedərək vəzifəsini itiribmiş.
Şamaxı keçmiş başçısı Ağayev və müavini Q.Qasımovun Şamaxının Göylər kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsində ciddi yeyintiyə yol verdikləri deyilir.
Bu müqavilənin imzalandığı tədbirdə Şamaxı RİH başçısı, Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Teruyuki Katori iştirak ediblər.
Mətbuatda gedən yazılara görə, özünü hər yerdə PA-nın şöbə müdiri Zeynal Nağdəliyevin adamı kimi təqdim edən Şamaxı rayon İcra Hakimiyyəti başçısının I müavini Qasım Qasımovun əməlləri tükənmir.
Adamın iddiaları vəzifəsi ilə müqayisədə çox böyükdür. İddianın miqyası o qədər böyük miqyasdadır ki, sanki Qasım müəllim Şirvanşah olmaq istəyir.
Bir müddət öncə Şamaxı rayon İcra Hakimiyyətinin sabiq başçısı Asif Ağayevə xüsusi aşbaz belə təyin edən I müavin, xidmətin ən üst mərtəbəsini də bacarır. Məsələ bununla da bitməmişdi. Aşpaza xidməti maşın da təhkim olunmuşdu.
Bu da son deyil. Şamaxı Təhsil şöbəsini fasiləsiz nəzarətində saxlayan Qasım Qasımov, yaxın qohumu Eyvaz Eminalıyevi həmin müəssisəyə rəhbər təyin etdirməklə tam nəzarətə nail olub.
Qasım Qasımov artıq ölkə hüdudlarından kənarda ticarət bazası qurub. Başçı müavini Rusiyanın Sankt-Peterburq şəhərində biznes şəbəkəsi qurub.
Bu biznesin təşkilində ona hərbi xidmətdən yayındığı və adıçəkilən şəhərə getdiyi iddia olunan oğlunun dəstək verdiyi bildirilir.
Habelə, Q.Qasımovun qardaşı oğlanlarının da əsgərlikdən yayınaraq Rusiyanın ikinci şəhərinə getdikləri və biznesə nəzarət etdikləri söylənir.
İcra başçısının müavinin S.Peterburqda hansı biznesi qurduğu açıqlanmır. Güman olunur ki, həm geyim, həm ərzaq mağazaları fəaliyyətdədir.
Bu biznesi hansı maliyyə hesabına yaratdığı bilinmir. Hər halda dövlət məmurunun aldığı maaş ölkədən kənarda deyil, rayonda da biznes qurmağa imkan vermir.
Qasım Qasımovun xaricdə biznesinin olması onun investor kimi fəaliyət göstərməsinə rəvac verir. Büdcə pullarına biznes quran və inkişaf etdirən başçı müavini ən azından bu istiqamətdə dövlət rəhbərinin göstərişinə əməl edə bilər.
Şamaxıda Qasım Qasımov adı, soyadı çox populyardır. Demək olar ki, hamı ondan danışır. Buna səbəb heç də onun rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini kimi işgüzarlığı, rayonun problemlərinin həllinə səy göstərməsi deyil.
Qasım Qasımov "fenomen”inin digər səbəbi isə 1995-ci ildə icra hakimiyyəti orqanlarından qovulduqdan sonra (16 illik fasilədən sonra) 2011-ci ildə Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini kimi məsuliyyətli bir vəzifəyə təyin edilməsidir.
Hətta ADSP-nin sədri olmuş, ADSP-nin o vaxtkı sədri Mahmud Məmmədovun etimadından sui-istifadə edərək min cür oyundan çıxmış belə bir adamın bu vəzifəyə sahiblənməsi hamının təəccübünə səbəb oldu.

Onunla bağlı mətbuatda gedən bu yazılara münasibətini dərc edə bilərik.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hesablama Palatası Şamaxıda yarım milyonluq korrupsiyanı ifşa etdi

    Hesablama Palatası Şamaxıda yarım milyonluq ...

    2-02-2017, 20:58

  • 
  • Şamaxının icra başçısına 100 minlik ittiham

    Şamaxının icra başçısına 100 minlik ittiham ...

    8-05-2013, 15:59

  • 
  • Şamaxıda Qasım Qasımov müavindir, yoxsa icra başçısıdır?

    Şamaxıda Qasım Qasımov müavindir, yoxsa icra ...

    25-07-2017, 21:17

  • 
  • Şamaxı RİH başçısı müavininin fərari qohumları - ŞOK MƏKTUB

    Şamaxı RİH başçısı müavininin fərari qohumları - ...

    14-04-2016, 01:02

  • 
  • Şamaxı da qalxdı: icra başçısı su və yol dərdinə əncam çəkmir – Aksiya

    Şamaxı da qalxdı: icra başçısı su və yol dərdinə ...

    14-03-2018, 19:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu