GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Şamaxı da qalxdı: icra başçısı su və yol dərdinə əncam çəkmir – Aksiya

Şamaxı da qalxdı: icra başçısı su və yol dərdinə əncam çəkmir – Aksiya

Tarix: 14-03-2018, 19:42 Bölmə :Cəmiyyət Baxış: 553
Şamaxı da qalxdı: icra başçısı su və yol dərdinə əncam çəkmir – Aksiya


Bir neçə öncə Beyləqanda yol problemi ilə əlaqədar Daşburun qəsəbəsi sakinləri ayağa qalxmışdı

gundemxeber.az bildirir ki, FİA.Az-ın sosial şəbəkələrdən və gozetci.az-dan əldə etdiyi məlumata görə, növbəti aksiya Şamaxıda olub.

Vətəndaşlar sosial problemlərinin həll olunmaması və içməli suyun verilməməsinə etiraz olaraq rayonun su idarəsinin qarşısına toplaşıblar.

Onların tələbləri sırasında rayonda yolların bərbad vəziyyətdə olması və yol idarəsinin müdirinin yolların təmiri üçün ayrılan pulları mənimsəməsi və onun cəzalandırılması yer alır.

Aksiyada 200-ə yaxın insanın iştirak etdiyi bildirilir və şəhərin mərkəzi yolunda nəqliyyatın hərəkəti dayandırılıb.

Yolun açılması və aksiyanın dayandırılması üçün rayon rəhbərliyi və polis etirazçılarla danışıq aparıb.

Şamaxı rayonunda problemlər xirtdəyə qədərdir. Asif Ağayev və müavini Qasım Qasımovun tapdağı altında inildəyən rayonda əhalinin dərd-sərinə baxılmır.

İcra hakimi seçkiqabağı xalqı ayağa qaldırmağa səbəb olan siyasət yürüdür. Dəfələrlə camaatın su, yol və başqa sosial çətinliklərindən bəhs olunub.

Amma göründüyü kimi, məmur laqeydliyi nəhayətdə Şamaxı camaatını etiraza qaldırıb.

Şamaxı ölkənin ən fəal bölgələrindən biridir. A.Ağayev və Q.Qasımov isə biganəlik göstərir, əhalinin problemlərinə arxa çevirir.

Əvəzində isə Şamaxının ən səfalı yerlərində özlərinə villalar tikirlər, torpaqlar alırlar, təsərrüfatlar yaradırlar.

Ölkəmizə qarşı bəzi qara qüvvələr seçkiqabağı kampaniyalar aparırlar, xalqa çağırışlar edirlər. Onların əlinə fürsət verən Şamaxı icra başçısı kimilər seçki ərəfəsində etiraz aksiyalarına zəmin yaradırlar.

A.Ağayev düşünmür ki, Şamaxıda İsmayıllı, Quba olaylarına bənzər hadisələr meydana çıxa bilər, hansısa katalizatorlar, təxribatçılar provokasiyalara şərait yaradar, başqa rayonlara yayılmasına imkan yarada bilərlər.

Ona görə də prezidentin siyasətinə zidd fəaliyyət göstərən Şamaxı rəhbərliyi vətəndaşların problemlərini tezliklə həll etməlidirlər. Dövlət başçısı hər zaman bildirib ki, icra başçılarını təyin edərkən xalqla işləməyi tapşırır.

Aksiya bitəndən sonra yol və su problemi ilə bağlı heç bir iş görülməyib.

Prezident İlham Əliyevin məmurlara yönəlik xəbərdarlığı, onların sadə həyat tərzi yaşamağa etdiyi çağırışı, ayrı-ayrı oliqarxlaşmış icra hakimlərinə verdiyi mesajlar görünür, A.Ağayev üçün keçərli olmayıb.

Çünki Şamaxıda boş torpaq saxlamayan və villalarının sayını artıran icra başçısı olduqca “təvazökar” özünü aparır, “sadə” həyat yaşayır.

Şamaxının icra başçısı Asif Ağayev və müavini Qasım Qasımov Pirqulu dağını ətrafında da yeni istirahət obyektləri tikiblər. İcra başçısı Pirqulu dağının ətrafındakı torpaqlara Bakıdan və rayonlardan olan məmurlara satır.

Şamaxının Pirqulu kəndindən olan şikayətçi iddia edir ki, icra başçısı və müavini dağın ətrafında yaşayış evi tikdirdikdən sonra turistlərin gəlib istirahət etməsi üçün istirahət mərkəzləri inşa edirlər. Asif Ağayev Şamaxıya icra başçısı təyinatı aldıqdan onların ata-baba torpaqları satışa çıxarıb.

Yaxın dostu olan və əvvəllər İmişli rayonunda başçının müavini vəzifəsində çalışan Qasım Qasımovu özünə müavin təyin etdirməyə nail olan Asif Ağayev bütün qara işlərini, həmçinin «yığım və alış-veriş» işlərini ona həvalə edib.

Şamaxı rayonuda icra hakimiyyəti tərəfindən görülən tikinti, təmir, abadlıq yaşıllaşdırma işlərinə də başçının dostu Qasım Qasımov nəzarət edir.

Şamaxı icra başçısı görünür prezidentin bu çıxışını unudub: “Məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalıdır. Məmurlar özlərini təvazökar aparmalıdırlar, insanlara qayğı göstərməlidirlər.

Unutmamalıdırlar ki, onlar tutduğu vəzifələrdə xalqa xidmət etmək üçün işləyirlər və əlbəttə ki, xalqın bütün problemləri, bütün qayğıları öz həllini tapmalıdır”.

Ümumiyyətlə, son zamanlar Şamaxı rayonundan daxil olan şikayət və müraciətlərin ardı-arası kəsilmir.

Rayonda sosial-iqtisadi durumun digər rayonlarla müqayisədə olduqca bərbad olduğu iddia edilən həmin şikayətlərdə diqqətimizi çəkən digər nüans oldu.

Belə ki, rayondakı bu özbaşınalıq və qanunsuzluğun başında Şamaxı RİH başçısının 1-ci müavini Qasım Qasımovun xüsusi rolu qeyd edilir. Qarşı tərəfi dinləməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Beyləqanda Susuz qalan camaat üsyan etdi - (FOTOLAR)

    Beyləqanda Susuz qalan camaat üsyan etdi - ...

    6-10-2016, 21:49

  • 
  • Sakinlər İcra Hakimiyyətinə yürüş etdi - Şamaxıda etiraz aksiyası

    Sakinlər İcra Hakimiyyətinə yürüş etdi - Şamaxıda ...

    4-03-2015, 23:14

  • 
  • Hesablama Palatası Şamaxıda yarım milyonluq korrupsiyanı ifşa etdi

    Hesablama Palatası Şamaxıda yarım milyonluq ...

    2-02-2017, 20:58

  • 
  • Şamaxının şefi üçün “əcəl zəngi” çalınır...

    Şamaxının şefi üçün “əcəl zəngi” çalınır... ...

    17-03-2015, 00:40

  • 
  • Şamaxının icra başcısının işdən çıxarılmasının səbəbi məlum oldu

    Şamaxının icra başcısının işdən çıxarılmasının ...

    19-02-2013, 10:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu