GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Badamdar bələdiyyəsinin Həbib Əsədov problemi

Badamdar bələdiyyəsinin Həbib Əsədov problemi

Tarix: 16-11-2018, 17:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 662
Badamdar bələdiyyəsinin Həbib Əsədov problemi


Səbaelin icra başçısı mat durumuna düşəcək..?

Son bir neçə ay ərzində həyata keçirilən kadr islahatları həm də sübut etdi ki, bu gün ölkədə diqqəti cəlb etməyən elə məmurlar var ki, dünyanın ən aparıcı oliqarxlarını belə kölgədə qoya bilərlər. Hətta bu məmurların əmlakları milyonları belə aşaraq fantastik həddə çatıb. Görünür bu səbəbdən millət vəkili Fəzail Ağamalı bu məmurların əmlaklarının müsadirə edilərək şəhid ailələrinə verilməsini təklif etməsi təsadüfi deyil. Hətta apardığımız araşdırmalar sübut edir ki, diqqəti ümumiyyətlə cəlb etməyən adi bələdiyyə sədrləri var ki, həyata keçirtdikləri xırda əməliyyatlar nəticəsində yüz minlərlə manat pulu mənimsəyə bilirlər. Hələlik isə əsas islahatlar icra strukturalrında həyata keçirilir və görünür bunun davamı olaraq digər sahələrə də diqqət ayrılacaq. Bəri başdan bunu demək mümkündür ki, hazırda maliyyə fırıldaqlarının, çirkab əməliyyatların daha çox həyata keçirildiyi bölgələrdən biri də Bakı və Bakı ətrafı bölgələrdir. Elə buna görə də prezidentin sərancamı ilə Bakı şəhər icra hakimiyyəti başçısı postuna Eldar Əzizov gətirildi və Bakının ən strateji rayonu olan Səbael rayonuna da müasir təhsilli, heç bir korrupsiya olaylarında adı çəkilməyən Vüqar Zeynalov təyinat aldı. Həm də bu təyinat o zaman oldu ki, rayonun Badamdar-Bayıl bölməsi ciddi təhlükə ilə üz-üzə qalmışdır və çıxılmaz durum bu gün də davam edir. Bu haqda sonra... Amma məsələnin maraqlı tərəfi budur ki, yeni təyinatlar olsada bu kadrlar məcburdurlar ki, adları yüzlərlə maxenasiyalarda hallanan şəxslərlə işləsinlər. Bu isə özlüyündə işin keyfiyyətini aşağı salır və ciddi nəticə əldə etmək mümkün deyil. Məsələn, götürək Səbael rayonunu. Yeni başçı effektli nəticə əldə etmək üçün, yaranmış qruplaşmaları sıradan çıxartmaq üçün real addımlar atmalı və digər təşkilatlarla, o cümlədən bələdiyyələrlə əməkdaşlıq etməlidir. Bəs belə olan halda başçı Vüqar Zeynalov tutalım Badamdarın 90 faizini az qala satan simalarla necə işləyə bilər? Hansı formada yeni başçı tutalım Badamdar bələdiyyəsinin sədri Həbib Əsədovla və yaxud Səbail bələdiyyəsinin sədri Firdovsi Cəbrayılovla əməkdaşlıq edə bilər? Adı çəkilən bu bələdiyyə sədrləri bir zamanlar Səbael rayon icra hakimiyyəti başçısının müavini, MTN-nin keçmiş şefi Eldar Maumudovun yaxın qohumu Yavər Allahverdiyevin az qala şəxsi yavərləri olublar və bu bölgədə, sürüşmə bölgəsində torpaqların qeyri-qanuni olaraq satılmasında iştirakçı olublar. Bu gün isə bələdiyyə sədri Həbib Əsdov yaxasını kənara çəkərək bütün məsuliyyəti gah Yavər Allahverdiyevin, gah da Səbael rayonunda hazırda müavin olan Abit Əliyevin üzərinə yıxmaqla yaxasını kənara çəkir. Amma sir deyil ki, bu gün torpaqların satılması, özü də qeyri-qanuni satılması bələdiyyə sədrlərinin iştirakı olmadan mümkün deyil.
GundemXeber.az-a daxil olan məlumata görə, hətta Badamdar bölgəsində olan alqı-satqı bürolarının da böyük əksəriyyəti Həbib Əsədovla şərikdirlər və onların vasitəsi ilə tapılan müştərilər bələdiyyəyə dəvət olunur. Gəlin elementar faktlara baxaq. Bu gün kimsə tutalım Badamdarda qeyri-rəsmi olaraq sotu 30-40 min manat olan boş torpaq sahəsindən bircə sot zəbt edib, ev tikə bilərmi? Yəqin ki, bunu deyənə gülərsiniz. Amma Badamdar bələdiyyəsinin sədri bildirir ki, onun bu torpaqların zəbtindən xəbəri yoxdur və dediklərindən belə çıxır ki, yəqin bu torpaqlar yiyəsiz olduğuna görə qəpiksiz olaraq kimlərsə tərəfindən ələ keçirilib, ya da icra hakimiyyətinə getmək lazımdır. Başqa sözlə başı möhürlü, namazlı Həbib Əsədov otağının pəncərəsindən kənara nə baxa bilər, nə də hansısa göstərişi verə bilər. Məsələ isə fərqlidir. Hələ bir neçə il öncə rayonların birinin bələdiyyə sədri həbs olunan zaman maraqlı bir maxenasiya xətti ortaya çıxdı. Aydın oldu ki, torpaqların qeyri-qanuni satışı sistemi aşağıdakı kimidir. Deməli müştəri göz altı etdiyi ərazi ilə bağlı bələdiyyəyə gedirmiş, orada ilkin razılaşma edilir, sənədsiz torpaq üçün ayrıca haqq alınır və sənədləşmə üçün isə icra hakimiyyətinə getmək məsləhət görülür. Yox əgər imkanların yaxşıdırsa bütün məsələləri elə bələdiyyənin özündə də həll etmək mümkün olurmuş. Bunu isə Həbib Əsədovun elə belə olaraq nəzərinə çatdırdıq. Çox maraqlıdır ki, bu şəkildə torpaqlar satılan zaman bələdiyyələr hüquqi baxımdan heç bir məsuliyyət daşımırlar. Amma bələdiyyə sədrlərinin oliqarxa çevrilmələrinin səbəbləri hələ də “aydın” deyil. Bax bütün bunlardan sonra yeni icra hakimiyyəti başçıları hansı səmərəli nəticələr əldə edə bilərlər? Bundan başqa qeyd edək ki, hazırda ən çox islahatların həyata keçirilməli olan orqanlardan biri də bələdiyyələrdir. İdarəetmə sistemində az qala qara yaraya çevrilən bələdiyyələr qanunsuz fəaliyyətdən başqa ortaya heç nə çıxara bilmirlər və bir çox bələdiyyələrdə bələdiyyə üzvləri demək olar ki, oyundan kənarda saxlanılır və sədrlə onun əl altısı bütün məsələlərin başında dayanırlar. Necə ki, Badamdar bələdiyyəsində də Həbib Əsədovla Bələdiyyə Vergi şöbəsinin rəisi Ramiq Mustafa birliyi mövcuddur. Bu haqda gələn yazıda...

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bələdiyyə sədri Həbib Əsədov nədən icra başçısının müavinini hədəf seçdi?

    Bələdiyyə sədri Həbib Əsədov nədən icra ...

    8-11-2018, 17:01

  • 
  • Məmurların kompromat savaşı başladı

    Məmurların kompromat savaşı başladı ...

    21-06-2017, 20:43

  • 
  • Asif Əsgərovun tikinti biznesi və kanalizasiya problemli rayonu

    Asif Əsgərovun tikinti biznesi və kanalizasiya ...

    5-06-2017, 19:48

  • 
  • Eldar Mahmudov Asif Əsgərovla Yavər Allahverdiyevin himayədarına necə çevrildi?

    Eldar Mahmudov Asif Əsgərovla Yavər ...

    24-10-2018, 14:15

  • 
  • Bələdiyyə sədri icra başçısının “sınaq imtahanı”ndan keçə biləcəkmi?

    Bələdiyyə sədri icra başçısının “sınaq ...

    5-11-2018, 14:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu