Abit Əliyevin verəcəyi cavab çox mətləblərə aydınlıq gətirəcək...
Bayıl yamacında sürüşmə prosesi bir çox məmurların kimliyini ortaya çıxartdı. Aydın oldu ki, Səbael rayonunda torpaq satışı məhz Asif Əsgərov icra başçısı təyin olunduğu zaman baş verib və bu işlərdə rayonun Səbail bələdiyyəsinin sədri Cəbrayılov Firdovsi və Badamdar bələdiyyəsinin sədri Əsədov Həbib əsas iştirakçısı olublar. GundemXeber.Az-ın apardığı araşdırmalar göstərir ki, Badamdar bələdiyyəsinin sədri Həbib Əsədov üç yerdə ev alqı-satqı məntəqəsi yaradaraq torpaq satışı ilə məşğul olub. Çox qəribədir ki, bu işləri Səbael rayon icra hakimiyyəti başçısının müavini Yavər Allahverdiyevlə görən Həbib Əsədov saytımıza verdiyi açıqlamada bəyan etdi ki, icra hakimiyyətinin satdığı torpaqlarla bağlı heç bir məsuliyyət daşımır. Hətta Bakı şəhər icra hakimiyyəti başçısının birinci müavini Eldar Əzizovun, Səbael rayonunda işlədiyi zaman müavini olan və yenə də müavin olan Abit Əliyevin torpaq satqısındakı roluna və onunla birgə görülən işlərə aidiyyatı olmadığını bildirdi:”Mən nə bilim Abit Əliyev nə satır, nə alır. Bunlar mənlik deyil. Həqiqətən də bu ərazidə minlərlə sənədsiz evlər var və bunu Abit Əliyevdən soruşun”. Çox maraqlıdır ki, Abit Əliyev qısa zamandır ki, Səbael rayonunda işləyir və Səbael bölgəsində torpaq “biznesi” məhz Həbib Əsədovun bələdiyyə sədri təyin olunmasından sonra aktivləşib. Amma bu gün Həbib Əsədovun açıqlamasından aydın olur ki, bütün qeyri-qanuni işlər öncələr Səbael rayonunda bir zamanlar müavin olan Yavər Allahverdiyevlə, hazırki müavin Abit Əliyev vasitəsiylə həll edilib. Maraqlıdır, bəs reallıq necədir? Araşdırmalarımız davam edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?