GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Məmmədyarovun “görmədiyi” Kiyev – Səfir azərbaycanlılarla niyə vuruşur?

Məmmədyarovun “görmədiyi” Kiyev – Səfir azərbaycanlılarla niyə vuruşur?

Tarix: 16-11-2018, 18:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 580
Məmmədyarovun “görmədiyi” Kiyev – Səfir azərbaycanlılarla niyə vuruşur?


Son günlər ölkə mətbuatında xarici ölkələrdəki səfirlərimizlə bağlı xoşagəlməz xəbərlər yayılmaqdadır. Azərbaycan oxucusu əsasən Ukraynadakı səfirimiz Azər Xudiyevin bu ölkədə yaşayan soydaşlarımıza qarşı müharibə elan etməsinə dair xəbərlər oxuyur. Üstəlik, indiki səfirin sabiq səfirimiz barədə Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət etməsi, başqa bir keçmiş diplomatımız barədə erməni daxili işlər nazirinə şikayət məktubu göndərməsi, səfirliyimizi öz şəxsi qalasına çevirərək yalnız “lyubimçikləri” içəri buraxması və s. barədə informasiyaların da ardı-arası kəsilmir.

Gundemxeber.Az Mediaxeberleri.az-a istinadla xəbər verir ki, ölkə ictimaiyyətindən Azər Xudiyevin davranışlarına olduqca sərt reaksiya müşahidə olunmaqdadır. Milli Məclisin deputatları, ziyalılar, politoloqlar səfirin davranışlarını kəskin şəkildə tənqid edir, 7-8 il əvvələ təsadüf edən təmir məsələsi ilə Azərbaycanın adına utanc gətirəcək addımlar atmasını milli təəsübkeşlikdən uzaq fəaliyyət nümunəsi kimi qiymətləndirirlər. Faktiki olaraq bu gün Ukraynada Azərbaycan diasporu ilə səfirlik arasında qarşıdurma yaşanır. Kiyevdə səfirin fəaliyyətindən narazı olanlar mətbuat konfransları keçirir və nəticədə azərbaycanlılar arasında yaşananlar xarici ölkə mətbuatının manşetinə çevrilir. Nə baş verir? Niyə başqa bir ölkədə soydaşlarımız səfirliklə problem yaşamalıdırlar? Necə olur ki, Azər Xudiyevə qədər Ukraynada qeyd olunan xüsusda hər hansı problem yaşanmadığı halda, bu gün Azərbaycan üçün olduqca vacib ölkələrdən birində soydaşlarımız diplomatik görəv yerinə yetirənlərlə qarşıdurma vəziyyətindədirlər? Əvvəlki səfirlərin zamanında azərbaycanlılarla bağlı Ukraynanın hüquq-mühafizə orqanlarına öz səfirimiz tərəfindən şikayət məktubları göndərilməsi kimi hallara rast gəlinməyib. Amma Azər Xudiyev dizini yerə qoyaraq bir əldən döşəyir – daxili işlər naziri demir, baş prokuror demir, hamıya şikayət edir, bəyənmədiyi, yola getmədiyi azərbaycanlıları ölkədən deportasiya etdirməyə çalışır. Niyə? Hamını bir araya gətirmək, mübahisəli məsələlərə işıq salmaq, diasporun güclənməsi üçün gərəkli addımlar atmaq, səfirliyi hər bir diaspor nüməyəndəsi üçün doğma ocağa çevirmək bu qədərmi çətindir? Axı o adamlar həmişə orada qalacaqlar. Çünki həyatlarını Ukrayna ilə bağlayıblar. Azər Xudiyev isə gedəcək. O adamlar bundan sonra da Azərbaycan üçün çalışacaqlar. Diaspor nümayəndələri müstəqil şəxslərdir, hər hansı dövlət görəvi yerinə yetirmirlər, ölkə üçün etdikləri də yalnız mənəvi məsuliyyətdən irəli gəlir. Azər Xudiyev olsun ya olmasın, onlar üçün bunun elə bir ciddi fərqi yoxdur. Sabah başqa səfir gələcək, onlar yenə öz işləri ilə məşğul olacaq, vətənə, dövlətə gərəkli layihələrə imza atacaqlar. Yaxşı olmazmı ki, diaspor nümayəndələri öz səfirliklərindən də mənəvi güc alsınlar, səfiri özlərinin dostu hesab etsinlər? Belə olarsa, dövlətimiz, millətimiz qazanmazmı? Qazanar əlbəttə. Amma nədənsə Azər Xudiyev bunu istəmir, münasibətləri istiləşdirməyə cəhd göstərmir, diaspor fəallarını səfirliyə dəvət edib onlarla açıq və səmimi söhbət aparmır. Necə olur ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov cəmi bir səfəri ilə iki diaspor lideri arasında uzun illərdir davam edən anlaşılmazılığı aradan qaldırır, onları barışdırır, lakin dövlətimizin elçisi “Ukraynada diasporla səfirlik arasında qarşıdurma” kimi söhbətlərə son qoymağa maraq göstərmir? Nədir ona mane olan? Şəxsi hikkəsimi? Biznes maraqlarımı? Ya hansısa gizli oyunun tələblərimi? Bu suallara birmənalı cavab vermək çətindir. Yalnız onu əminliklə söyləmək olar ki, səfir Azər Xudiyev diasporla münasibətləri qaydasına qoymaqda maraqlı deyil, əksinə, intriqaların daha da dərinləşməsi, diaspor fəalları arasında münaqişələrin yaranması kimi arzulanmaz halların yaşanmasına həvəslidir. Diplomatiya ilə bağlı məşhur bir misal var: Diplomatlar çox nadir hallarda müharibənin qarşısını ala bilirlər. Amma bəzən sülhü aradan qaldırmağa müvəffəq olurlar. Heç istəməzdik ki, bu misalı Azər Xidiyevin də şəxsinə şamil edək. Amma təəssüf ki, hazırkı vəziyyətdə başqa cür düşünə bilmirik...

...Həm də onu başa düşə bilmirik ki, bu qədər “minuslar” ortadaykən, bu qədər “çp”lər göz qamaşdırarkən Azər Xudiyev hələ də hörmətli Elmar Məmmədyarovun diqqətini çəkmir. Bir səfirlə bağlı az qala hər gün mənfi xəbərlər gözə dəyir, bir səfirin hərəkətləri Milli Məclisdə müzakirə olunur, amma nazir bunu görmür! Eşitmir! Bir nəfər çıxıb izahat vermir ki, məsələn, Ukraynadakı səfirliyin düz “dizinin dibində” o boyda göydələnin tikintisinə kim icazə verib və niyə? Necə oldu ki, əvvəlki səfirlərin heç biri, məhz təhlükəsizlik məsələlərinə görə həmin binanın tikintisinə imkan vermədi, lakin Azər Xudiyev o boyda zıppıltının ərsəyə gətirilməsinə “xeyir-dua” verəsi oldu? XİN-dən heç kəs səsini çıxarıb, “O göydələnin bütün mərtəbələrindən səfirliyimizin mətbəxi belə aydın görünür və bu, təhlükəli məsələdir” kimi həyacan dolu çağırışlara reaksiya vermir.

Bəlkə hörmətli nazirimiz yazılanları başa düşmür? Bəlkə məhz bu səbəbdən söhbəti tutmaqda çətinlik çəkir? Ola bilsin belədir, istisna etmirik. Odur ki, hər ehtimala qarşı belə də deyə bilərik: « Господин министр, ради Бога, остaновите посла!»
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Erməni nazirə şikayət etmək biabırçılıqdır” – "Azər Xudiyev XİN-ə çağırılmalıdır”

    "Erməni nazirə şikayət etmək biabırçılıqdır” ...

    2-11-2018, 12:08

  • 
  • Ukraynadakı səfirimizin prokurorluğa şikayətindən Elmar Məmmədyarovun xəbəri olubmu?

    Ukraynadakı səfirimizin prokurorluğa şikayətindən ...

    5-11-2018, 19:46

  • 
  • XİN Ukraynadakı səfirliyimizdə yoxlamalara başladı - 2,4 milyonluq təftiş

    XİN Ukraynadakı səfirliyimizdə yoxlamalara ...

    6-11-2018, 11:57

  • 
  • Putin səfirin qətlindən danışdı

    Putin səfirin qətlindən danışdı ...

    20-12-2016, 01:22

  • 
  • Fuad Muradov Elmar Məmmədyarov ixtilafı Ukraynaya sıçrayıb?

    Fuad Muradov Elmar Məmmədyarov ixtilafı Ukraynaya ...

    5-10-2018, 15:00


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu