GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gədəbəydə Zülfüqar İsgəndərovun yalanları üzə çıxır - FOTO

Gədəbəydə Zülfüqar İsgəndərovun yalanları üzə çıxır - FOTO

Tarix: 10-12-2018, 16:03 Bölmə :GündəmXəbər / Manşet Baxış: 896
Gədəbəydə Zülfüqar İsgəndərovun yalanları üzə çıxır - FOTO


Oqtay Qaraoğluna qarşı belə bir addımların atılması, əslində adı çəkilən bu şəxsin Konstitusiya ilə qorunan hüquqlarının tapdaqlar altına atılması deməkdir

Artıq neçə illərdir ki, əslən Gədəbəy rayonundan olan və vaxtilə rayonun mərkəzi hissəsində kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş Əliyev Oqtay Qara oğlunun M.Quliyev küçəsində 0.006 ha torpaq sahəsi üstündə yerləşən 2 nömrəli 1 girişli, ümumi sahəsi 38,5 kvm olan obyekti (mağazası) 12 fevral 2015-ci il tarixdə, RİH-nin sabiq başçısı Ramiz Yediyarovun vermiş olduğu şifahi tapşırıqlar əsasında heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan, hətta bir kimsə bu yöndə məlumatlandırılmadan darmadağın olunur. Onu da bildirək ki, belə bir qanunsuz addım Oqtay Qaraoğlu Bakı şəhərində müalicədə olarkən atılır. Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, adı çəkilən bu şəxs 08 iyul 2008-ci il tarixdə şəxsi mülkiyyətində olan obyektinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Şəmkir rayon 11 saylı Ərazi İdarəsindən qeydiyyat nömrəsi 3108001461, reyestr nömrəsi isə 505013000395-06301 olan 0001695 saylı çıxarış alsa da, qarşı tərəf belə bir sənədlərin varlığına əhəmiyyət vermir və Oqtay Qaraoğluna məxsus obyekti darmadağın edirlər. Baxmayaraq ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin olunması dövlətin ali məqsədidir. Konstitusiyanın 13-cü maddəsinin 1-ci bəndində isə qeyd olunub ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən də müdafiə olunur. Bütün bunlar qəbul olunmuş Konstitusiyamızda açıq-aşkar şəkildə qeyd olunsa da, nədənsə qarşı tərəf belə bir halların varlığını nəzərə almırlar və düşünüb-daşındıqları addımlarını da atırlar. O halda meydana belə bir sual çıxır ki, Azərbaycan Respublikasının vətəndaşı olan Əliyev Oqtay Qara oğlunun konstitusion hüquqlarının tapdaqlar altına atılmasına səbəb nədir? Bəlkə o, bu ölkənin vətəndaşı deyil, ona görə də ona qarşı belə bir aqressiya həyata keçirilir? Daha faciəli hal odur ki, sabiq icra başçısı Ramiz Yediyarov başda olmaqla, onun bu yöndə vermiş olduğu şifahi tapşırıqları “canı-qəlbdən” yerinə yetirən, həmçinin RİH Aparatında hüquq təhsili olmadan hüquq şöbəsinə rəhbərlik edən Zülfüqar İsgəndərovla bərabər, şəhər icra nümayəndəsi vəzifəsini daşıyan Şahbaz Bayramov da, zərərçəkən şəxsə bir qəpik olsun belə kompensasiya ödəmirlər və ödəməkdən də imtina edirlər. Vurulmuş maddi və mənəvi ziyana görə Oqtay Qaraoğlunun kompensasiya almaq həm onun haqqıdır, həm də vətəndaş hüququdur. Ona qarşı belə bir addımların atılması, əslində bu şəxsin Konstitusiya ilə qorunan hüquqlarının tapdaqlar altına atılması deməkdir.
Əldə etdiyimiz məlumatlara görə, 15 fevral 2015-ci il tarixdə belə bir addım atıldıqdan sonra, Oqtay Əliyev Gədəbəy rayonuna gedir və RİH Aparatıda Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsini daşıyan Elxan Vəliyevin qəbulunda olur. O, həmin vaxt adı çəkilən vəzifə sahibinə “Bu nə biabırçılıqdır başıma gətirmisiniz?” deyə sual verir. Həmin an sabiq icra başçısı Elxan müəllimin iş otağına daxil olur və Oqtay Əliyevin iştirakı ilə birlikdə müzakirə apardıqdan sonra, müəyyən razılıq da əldə olunur. Yəni, adı çəkilən vəzifə sahibləri zərərçəkən şəxsə rayonun Heydər Əliyev prospektində yerləşən ticarət mərkəzindən 18 kvm sahəsi olan mağaza təklif etsələr də, Oqtay Qaraoğlu nəinki təklif olunan mağazadan, hətta ona təklif olunan mağazanın açarını ələ götürməkdən belə imtina edir. O, hətta bu haqda yazılı ərizə də yazıb qarşı tərəfə təqdim edir. O halda Elxan müəllim Oqtay Qaraoğlunun ərizəsini qəbul edir və ona “Biz həmin mağazanı sataq və əldə olunan pul vəsaitini sənə kompensasiya şəkilində verək” deyir.

Gədəbəydə Zülfüqar İsgəndərovun yalanları üzə çıxır - FOTO


Belə bir şərtlər daxilində müəyyən razılaşmaların əldə olunduğu bir vaxtda heç bir hüquq təhsili olmayan, amma Gədəbəy RİH Aparatında hüquq şöbəsinə rəhbərlik edən, hətta bugünə kimi buraxdığı çoxsaylı “çp”ləri ilə ad-san çıxaran Zülfüqar İsgəndərov meydana çıxır. Yəni, o, sabiq icra başçısı Ramiz Yediyarova bildirir ki, “Oqtay Əliyevin həyat yoldaşının bizimlə yaxın qohumluq əlaqələrimiz var. Həm bu baxımdan, həm də daşıdığım vəzifəyə görə mən bu problemi həll edə bilərəm” deyir. Söylənilənlərə görə o, həmin vaxtlarda Oqtay Qaraoğlunun yaxın qohum-əqrəbasına zəng edib “Siz heç də narahat olmayın, mən bu işi üzərimə götürmüşəm, lazım olan köməkliyi də göstərəcəyəm” deyə vəd verir. Həmin vaxtlarda zərərçəkən şəxs Zülfüqar İsgəndərovdan altüst edilmiş mağazasının içərisində olmuş ərzaq mallarının, avadanlıqların və s. harada olmasını ondan soruşur. O halda o, şəhər icra nümayəndəliyinə rəhbərlik edən Şahbaz Bayramovla birlikdə Oqtay Qaraoğlunu rayon mərkəzindən təqribən 15 km aralı məsafədə yerləşən köhnə “Avtobaza”nın həyətinə aparıb, ora atılmış mallarını və avadanlıqlarını ona göstərirlər. Həmin vaxt zərərçəkən şəxs görür ki, malları və avadanlıqları olduqca yarasız vəziyyətdədir. Belə bir vəziyyətə salındığından o, ərzaq mallarının, avadanlıqlarının şəkillərini çəkir və üz-üzə qaldığı problemlər haqda, çox keçmir ki, bir çox media qurumlarında tənqidi açıqlamalar da dərc etdirir. Hətta, vəziyyət o həddə gəlib çatır ki, şikayətçi probleminin həlli ilə bağlı DİN-nin rəhbərliyinə də müraciət ünvanlayır. Ünvanlanmış müraciətdən sonra DİN-nin əməkdaşları Gədəbəy rayonuna ezam olunur və belə bir problemlə bağlı RPŞ-də müzakirələr aparılır. Müzakirələr başlamazdan öncə şəhər icra nümayəndəliyinə rəhbərlik edən Şahbaz Bayramov, şəhər bələdiyyəsinin sədri və heç bir hüquq təhsili olmadan RİH Aparatında hüquq şöbəsinə rəhbərlik edən Zülfüqar İsgəndərov da RPŞ-nə dəvət olunurlar. Ümumi müzakirələr zamanı DİN-i əməkdaşının yanında Zülfüqar İsgəndərov bir daha yalan vədlərini açıqlayır. Yəni, o, elə bir yalan açıqlama danışır ki, onun açıqlamasından sonra DİN-nin əməkdaşı Oqtay Qaraoğluna zəng edir və “Axı, sizə RİH-i tərəfindən 54 kvm-lik sahəsi olan obyekt verilib” deyir. Zülfüqar İsgəndərovun belə bir yalan açıqlamasından sonra aparılan araşdırmalar zamanı bəlli olur ki, bu şəxsin qeyd etdiyi obyek Gədəbəy rayon sakini Səfərov Vaqif Qara oğluna məxsusdur. Hansı ki, həmin obyekt DƏDRX-i tərəfindən verilmiş Çıxarış və digər lazımi sənədlər əsasında, adı çəkilən şəxsin şəxsi mülkiyyətindədir. Bu da bir daha Zülfüqar İsgəndərovun hansı əməl, hansı əqidə sahibi olmasını aşkara çıxarır.

Gədəbəydə Zülfüqar İsgəndərovun yalanları üzə çıxır - FOTO


Təqribən beş-altı gün bundan öncə Gədəbəy RİH Aparatında zərərçəkən şəxsin üz-üzə qaldığı problemlərlə bağlı bir daha müzakirələr aparılır və icra başçısı cənab İbrahim Mustafayev tabeçiliyində olan şəxsə Zülfüqar İsgəndərovla əlaqə saxlamağı, ondan Oqtay Qaraoğlunun problemi ilə bağlı vəziyyətin nə yerdə olduğunu soruşmağı tapşırır. Elə ki, adı çəkilən şəxs həmin vaxt kənarda olduğundan onunla telefon bağlantısı yaradılır, o halda hüquq şöbəsinə rəhbərlik edən şəxs ünvanlanan suallara “Biz bankla razılığa gəlmişik” deyə cavab verir. Az sonra o da bəlli olur ki, heç bir hüquq təhsili olmadan RİH Aparatında hüquq şöbəsinə rəhbərlik edən Zülfüqar İsgəndərov növbəti dəfə “quş buraxır”. Yəni, bank tərəfi heç bir razılığın əldə olunmadığını və adı çəkilən şəxsin cəfən danışıqlar danışdığını bildirir.
Bu gün Oqtay Əliyevin əsas tələbi yalnız şəxsi mülkiyyətində olan və 12 fevral 2015-ci il tarixdə Gədəbəy RİH-nin sabiq başçısı Ramiz Yediyarovun vermiş olduğu şifahi tapşırıqlar əsasında, heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan, hətta bir kimsə bu yöndə məlumatlandırılmadan darmadağın olunmuş obyektinə, yararsız vəziyyətə salınmış, “itbat edilmiş” ərzaq məhsullarına və bir çox avadanlıqlarına görə kompensasiyasını əldə etməkdir. Bu şəxs istəyir ki, ona qanuni əsasla verilməli olan kompensasiyasını əldə etsin və ilk növbədə “Rabitə Bank”a olan bocunu ödəsin, həm də girovluqda qalan mənzilini girovluqdan çıxara bilsin. Çünki, adı çəkilən şəxs bu gün ailəlikcə Bakı şəhərində kirayədə yaşayır və dolanışıq vəziyyətini də heç cür təmin edə bilmir. Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

P.S. Belə bir mövzu öz aktuallığı ilə hər kəsin diqqəti cəlb etdiyindən, bu yöndə araşdırmalarımızı bundan sonra da davam etdirəcəyik.

GundemXeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gədəbəydə Şahbaz Bayramov və Zülfüqar İsgəndərov  sahibkarı hansı oyuna salıblar?

    Gədəbəydə Şahbaz Bayramov və Zülfüqar İsgəndərov ...

    4-12-2018, 15:58

  • 
  • Gədəbəydə Zülfüqar İsgəndərov icra başçısına “quyu qazır”

    Gədəbəydə Zülfüqar İsgəndərov icra başçısına ...

    13-12-2017, 17:40

  • 
  • Gədəbəyin icra başçısı Oqtay Qaroğlunu “əsir-yesir” etdirib

    Gədəbəyin icra başçısı Oqtay Qaroğlunu ...

    16-11-2017, 15:48

  • 
  • Gədəbəydə sahibkarın mülkiyyət hüququ qorunmur

    Gədəbəydə sahibkarın mülkiyyət hüququ qorunmur ...

    4-11-2016, 15:40

  • 
  • Gədəbəydə hüquq təhsili olmayan hüquqşünasın “çp”ləri

    Gədəbəydə hüquq təhsili olmayan hüquqşünasın ...

    19-11-2018, 14:52


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu