GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gədəbəyin icra başçısı Oqtay Qaroğlunu “əsir-yesir” etdirib

Gədəbəyin icra başçısı Oqtay Qaroğlunu “əsir-yesir” etdirib

Tarix: 16-11-2017, 15:48 Bölmə :GündəmXəbər / Manşet Baxış: 649
Gədəbəyin icra başçısı Oqtay Qaroğlunu “əsir-yesir” etdirib


Səbəb də, onun şəxsi mülkiyyətində olan obyektinin 12 fevral 2015-ci il tarixdə heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan darmadağın etdirilməsi olub

Respublikamızın dilbər guşələrindən biri hesab olunan və öz füsunkar gözəlliyi ilə tam əksəriyyətin nəzər-diqqətini cəlb edən Gədəbəy rayonunun, bu gün özünəməxsus problemləri, illər uzunu həllini tapmayan sağalmaz dərdləri var. Açıq-aydın şəkildə vurğulamaq yerinə düşər ki, əgər əvvəlki icra başçılarının dövründə bu rayonda yaşanan sosial-iqtisadi problemlərin sərhəddi müəyyən qədər bəlli idisə, bu gün həmin sərhəddi müəyyən etmək heç cür mümkün deyil. Onu da vurğulamaq yerinə düşər ki, bu gün rayon ərazisində tüğyan edən çoxsaylı sosial problemlərin varlığı, yalnız və yalnız şəxsi maraqların həlli naminə həyata keçirilən idarəçiliyin varlığı səbəbindən əmələ gəlir. Əslində Gədəbəy rayonu sərhəd zolağında yerləşdiyindən, 2012-ci ildən icra başçısı vəzifəsini daşıyan Ramiz Yediyarov, bu rayonun nəinki mərkəzi hissələrinə, hətta ucqar ərazilərində yerləşən kənd və qəsəbələrinə, iri yaşayış məntəqələrinə və s. nəzər-diqqətini daha çox artırmalı olduğu halda, təəssüflər olsun ki, ötən illər ərzində belə bir hal baş vermədi. Ona görə də rayonun bütün ərazilərində, daha çox isə ucqar ərazilərində sosial problemlər tüğyan etməkdədir.

Şınıxın meşə zolaqlarında “yaşıl soyqrım” tüğyan edir

Məsələn, rayonun ayrılmaz bir hissəsi olan Şınıx zonasının kəndlərində yaşayan sakinlərin mavi qazla təminatları, hələ də tam həllini tapmayıb. İcra başçısı vəzifəsini daşıyan Ramiz Yediyarovun bu əraziyə bəslədiyi ögey münasibətin varlığı, hazırda çoxsaylı problemlərin əmələ gəlməsinə səbəb olur ki, bu da böyük bir faciələrin varlığından xəbər verir. Bu gün Şınıx zonasında təqribən 26-28 kəndin olduğu bildirilsə də, həmin kəndlərdən yalnız 3-də və ya 4-də mavi qazdan istifadə etmək mümkündür. Belə bir halın varlığı əslində biabırçılıqdır, birbaşa utanc gətirən haldır. Çünki, indiki dövr 21-ci əsrdir. Təəssüf hissi ilə qeyd olunası hal odur ki, 2006-cı ildə ölkə rəhbəri cənab İlham Əliyev Gədəbəy rayonuna etdiyi səfər zamanı, rayonun sərhəd zolağında yerləşən bütün kəndlərin də mavi qazla təmin olunmaları üçün tapşırığını versə də, cənab Prezidentin verdiyi həmin tapşırıq hələ də tam icra olunmayıb.

Gədəbəyin icra başçısı Oqtay Qaroğlunu “əsir-yesir” etdirib[/center]

Ölkə rəhbərinin vermiş olduğu tapşırıq tam həllini tapmayıb

Mavi qazın yoxluğu səbəbindən, bu gün Şınıx zonasının ərazisindəki meşə zolaqları tam şəkildə məhv olunmaq üzrədir. Yəni, real vəziyyəti hər kəs görür, amma bir kimsə əməli addımlarını atmır. Çox maraqlıdır ki, Ramiz Yediyarov icra başçısı olaraq bu gün də meşə zolaqlarının məhv olunmasının qarşısını almaq üçün əməli addımını atmır. Bəlkə də belə bir problemin varlığını kimlərsə lazımınca qiymətləndirmir, amma onu da untmaq olmaz ki, Şınıxın meşə zolaqlarının tam məhvi, çox yaxın vaxtlarda ərazidə çoxsaylı ekoloji problemlərin əmələ gəlməsinə səbəb olacaq. Odur ki, belə bir halın varlığı, bu gün həyacan təbili çalmağa tam əsas verir. O halda sual oluna bilər ki, hər il Şınıx zonasının meşə zolaqlarında həyata keçirilən “yaşıl soyqrım”ın qarşısını almaq üçün, hansı vəzifə sahibi addımını atmalıdır ki, ərzidə əmələ gələn təhlükəni sovuşdurmaq mümkün olsun? Bəlkə də, Şınıxın bütün kəndlərinin tam şəkildə mavi qaz təminatlarının ödənilməsi üçün, zamanında büdcədən lazımınca vəsait ayrılıb, sadəcə olaraq həmin vəsaitlər kimlər tərəfindən “qeybə çəkildiyi” üçün, problem bu gün də problem olaraq qalmaqda davam edir. Sözsüz ki, bu cür açıqlama düşündüyümüz versiyalardan biridir.

Gədəbəydə sahibkarlar “gözümçıxdıya salınır”

Ümumi şəkildə götürdükdə, Gədəbəyin problemləri yenə də bitib tükənmək bilmir. Yaşanan problemlər içərisində daha çox, rayonun müxtəlif ərazilərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin “gözümçıxdıya salınmaları”, şəxsi mülkiyyətlərində olan əmlaklarının heç bir əsas olmadan tarmar edilməsi və atlan addımların qarşılığında isə onlara hər hansı kompensasiyanın, digər təminolunmaların ödənilməməsidir. Bu da onu onu söyləməyə əsas verir ki, bugünkü gündə Gədəbəydə qanun şah deyil, şah qanundur yanaşması mütləqi-hakimdir. Məsələn, indiyə kimi “Gündəm Xəbər” qəzetinin ayrı-ayrı saylarında əslən Gədəbəy rayonundan olan Əliyev Oqtay Qara oğlunun, 2015-ci ildən üz-üzə qaldığı problemləri dəfələrlə ictimailəşdirmişik. Çox təəssüf hissi ilə qeyd edək ki, dərc olunan çoxsaylı açıqlamaların varlığına baxmayaraq, vaxtilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan bu şəxsin problemləri, hələ də qanunun tələb etdiyi formada həll olunmur.

Gədəbəyin icra başçısı Oqtay Qaroğlunu “əsir-yesir” etdirib

Oqtay Qaraoğluna məxsus obyekt, hansı əsasla tarmar edilib?

Problemin mahiyyəti ondan ibarətdir ki, 12 fevral 2015-ci il tarixdə Əliyev Oqtay Qara oğlunun Gədəbəy şəhəri M.Quliyev küçəsində şəxsi mülkiyyətində olan 38,5 kvm-lik obyekti, heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan, eyni zamanda onun yaxınlarından bir kimsə belə xəbərdar edilmədən, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Yediyarovun vermiş olduğu şifahi tapşırıqlar əsasında altüst edilir. Onu da vurğulayaq ki, Oqtay Qaraoğlu şəxsi mülkiyyətində olan obyektinə 08 iyul 2008-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Şəmkir rayon Ərazi İdarəsindən qeydiyyat nömrəsi 3108001461, reyestr nömrəsi isə 505013000395-06301 olan 0001695 saylı çıxarış da alıb. Amma icra başçısı başda olmaqla, rayonun əksər vəzifə sahibləri ona qarşı olduqca qanunsuz addımlarını atırlar. Belə olan halda zərərçəkən şəxs aidiyyəti qurumlara, yüksək çinli vəzifə sahiblərinə, o cümlədən Gədəbəy rayon İcra Hakimiyyəti Aparatına dəfələrlə yazılı, yaxud da şifahi müraciətlərini ünvanlasa da, bir kimsə onun müraciətlərinə, yazmış olduğu ərizələrinə məhəl qoymur. Bu cür münasibətin varlığı da, Oqtay Əliyevin Konstitusiya ilə qorunan hüquqlarının tapdaqlar altına atılması demək olur.

Ramiz Yediyarov Konstitusiyasının tələbinə məhəl qoymur

Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndində qeyd olunub ki, insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin olunması dövlətin ali məqsədidir. Konstitusiyanın 13-cü maddəsinin 1-ci bəndində isə qeyd olunub ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən də müdafiə olunur. O halda sual oluna bilər ki, sadalananlar mövcud Konstitusiyamızda öz əksini tapıbsa, bəs Əliyev Oqtay Qara oğlunun mülkiyyət hüququ niyə qorunmur? Yaxud da, adı çəkilən şəxsin mülkiyyət hüququnu kim qorumalıdır?
Onu da qeyd edək ki, zərəçəkən şəxs şəxsi mülkiyyətində olan obyektini 2011-ci ildə “RabitəBank”a girov qoymaqla, adı çəkilən bankdan 50 min manat kreditə pul götürür. Məqsədi gələcəkdə sahibkarlıq fəaliyyətini genişləndirmək olur. Elə ki, 12 fevral 2015-ci il tarixdə onun şəxsi mülkiyyətində olan obyekti, icra başçısının şifahi tapşırıqları əsasında darmadağın edilir, o halda obyektin içərisindəki avadanlıqlarla bərabər, ayrı-ayrı firmalardan nisyə götürdüyü ərzaq malları və s. tam yarasız hala salınır. Daha faciəli hal odur ki, Oqtay Qaraoğlu 2011-ci ildə şəxsi mülkiyyətində olan obyektini “RabitəBank”a girov qoyub 50 min manat kreditə pul götürərkən, adı çəkilən banka yaxın qohumu İbrahimova Esmira Rüstəm qızına məxsus, Bakı şəhəri Biləcəri qəsəbəsi Biləcəri Yolu ev-1, mən-5 ünvanında yerləşən mənzili də ikinci girovluğa qoyur. O, kreditə götürdüyü pulu bu günədək ödəyə bilməyib. Səbəb də, onun şəxsi mülkiyyətində olan obyektinin 12 fevral 2015-ci il tarixdə heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan darmadağın etdirilməsi olub.

Bankı məhkəməyə müraciət etməyə icra başçısı vadar edib

Belə olan halda bank tərəfi Oqtay Qaraoğlunun birinci girovluğa qoyduğu obyektinin altüst edilməsini əsas tutaraq, ikinci girovluğa qoyduğu mənzillə bağlı Binəqədi rayon Məhkəməsinə müraciət edir. Yuxarıda qeyd etdiyimiz kimi, həmin mənzil onun yaxın qohumu 1973-cü il təvəllüdlü İbrahimova Esmira Rüstəm qızının adına olduğu üçün, bank tərəfinin iddia tələbi əsasında proses Bakı şəhəri, Binəqədi rayon Məhkəməsində keçirilir. Proses zamanı qərar qəbul olunur ki, banka borclu Əliyev Oqtay Qara oğlunun şəxsi mülkiyyətində olan və Gədəbəy şəhəri M.Quliyev küçəsində yerləşən qeyri-yaşayış binası, açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılaraq boşaldılsın və əldə olunan pul vəsaiti borcun ödənilməsinə yönəldilsin. Əgər satılmış əmlakdan əldə olunmuş pul vəsaiti ümumi borcun ödənilməsinə kifayət etməzsə, o halda ikinci girovluğa qoyulmuş və İbrahimova Esmira Rüstəm qızının adına olan Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi-2 “B” saylı evin 5-ci mənzil də satışa çıxarılsın. Onu da vurğulayaq ki, Oqtay Qarağluna məxsus əmlak vaxtilə məhkəmənin müəyyən etdiyi ekspert komissiyası tərəfindən 50 min manat dəyərində, ikinci girovluğa qoyduğu mənzil isə 70 min min manat dəyərində qiymətləndirilmişdi. Diqqəti cəlb edən hallardan biri də o olur ki, zərərçəkən şəxsin şəxsi mülkiyyətində olan və 0.006 ha torpaq üstündə yerləşən 2 nömrəli 1 girişli, ümumi sahəsi 38,5 kvm olan obyektilə bağlı məhkəmə qərarından sonra, “Market” qəzetinin 02 fevral-08 fevral 2015-ci il tarixli sayında həmin obyektin satışı ilə bağlı elan yerləşdirilir. Çox keçmir ki, verilmiş elan əsasında həmin obyekti 50 min manata almaq istəyən müştəri meydana çıxır. Elan çıxdıqdan bir neçə gün sonra Oqtay Qaraoğlu müştəri ilə birlikdə Gədəbəy rayonunda olur və birlikdə obyektə baxış keçirmək istəyir. Həmin vaxt onlar gördükləri mənzərədən dəhşətə gəlirlər.

Gədəbəyin icra başçısı Oqtay Qaroğlunu “əsir-yesir” etdirib

İcra başçısı iki ailəni “çıxılmaz oyun”a salıb

Çünki, onun müştəriyə satmaq istədiyi obyeki nəinki yerlə-yeksan edilir, hətta obyektin içərisindəki avadanlıqları, ayrı-ayrı firmalardan nisyə aldığı ərzaq məhsulları və s-də kimlər tərəfindənsə “qeybə çəkilir”. Həmin vaxtdan Oqtay Qaraoğlu ilə “Rabitə Bank”la arasında əmələ gələn problemlər xoşagəlməz macəraya yönəlir və bu gün də davam etməkdədir. Deməli, qeyd olunan tarixdə ona məxsus obyekt dağıdılmasaydı, o halda o, şəxsi mülkiyyətində olan obyektini həmin müştəriyə satmaqla bankla olan borcunu ödəyə bilərdi. Bu da onu söyləməyə əsas verir ki, “Rabitə Bank”la Oqtay Qaraoğlu arasınada əmələ gələn problemlərin kökündə, 12 fevral 2015-ci il tarixdə şəxsi mülkiyyətində olan obyektinin icra başçısının vermiş olduğu şifahi tapşırıqları əsasında darmadağın edilməsi durur. Onu da vurğulayaq ki, Oqtay Qaraoğlunun ikinci girovluğa qoyduğu mənzillə bağlı Binəqədi rayon Məhkəməsində çıxarılmış qərardan sonra, həmin mənzil hərraca çıxarılır. Hərracın 27 fevral 2015-ci il tarixdə saat 11:00-da Bakı şəhəri M.Müşfiq küç 2A ünvanında keçirilməsi haqda “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-i tərəfindən ona, İbrahimova Esmira Rüstəm qızına və onun övladları İbrahimova Aysel Elman qızına, Seyfarli Aqşin Elman oğluna bildiriş də çatdırılır. Bütün bunları qeyd etməkdə məqsədimiz ondan ibarətdir ki, bu gün həmin mənzil “RabitəBank”ın balansına keçib və bank tərəfi gec-tez həmin mənzili hərrac yolu ilə satıb dörd nəfərlik ailə üzvlərini bayıra atdıracaq. Bu da iki ailənin üz-üzə qalması ilə bərabər, digər xoşagəlməz olayların da əmələ gəlməsi ilə nəticələnəcək..

İcra hakimiyyəti məsuliyyəti boynundan atmaq istəyir

Bir həqiqəti də qeyd edək ki, təqribən 34-35 aydan çoxdur ki, Oqtay Qaraoğlu qanuni əsaslarla şəxsi mülkiyyətində olan əmlak problemini heç cür həll edə bilmir. Bu şəxsin aidiyyəti qurumlara sayı-hesabı bilinməyən sayda ünvanladığı müraciətləri, yazmış olduğu ərizələri və teleqramları hələ də nəticəsiz qalmaqdadır. Diqqəti bir məqama da yönəldək ki, zərərçəkən şəxs 2016-ci ildə bir neçə dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Apelliyasiya Şurasının sədri, Prezident Administrasiyası Dövlət Nəzarəti Şöbəsinin müdiri cənab Eldar Nuriyevə, üz-üzə qaldığı probleminin həlli ilə bağlı müraciətlərini ünvanlayır. Ünvanlanan müraciətlərə “etdiyiniz müraciətinizlə bağlı problemin araşdırılması Gədəbəy rayon İcra Hakimiyyətinə göndərilmişdir. Qarşı tərəf problemi araşdırıb müraciət müəllifinə cavab verəcək” deyə, ötən müddət ərzində bu cür cavablar verilib. Təəssüf və təəccüb doğuran hal o olur ki, Gədəbəy RİH Aparatının səlahiyyətliləri problemlə bağlı lazımi araşdırmalar aparmaq, vətəndaşın problemini həll etmək əvəzinə, ona başdansovdu cavablar verib bir növ işlərini bitmiş hesab edirlər.

[center]Gədəbəyin icra başçısı Oqtay Qaroğlunu “əsir-yesir” etdirib

İcra hakimiyyətinin rəsmi şəxsləri zərərçəkənə “vozdux cavab”lar verirlər

Məsələn, 26 iyul 2016-cı il tarixdə Gədəbəy RİH başçısının müavini Oqtay Qaraoğluna yazdığı cavab məktubunda qeyd edir ki, “Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-824/2014 nömrəli, 15.04. 2015-ci il tarixli qətnaməsinə və Bakı Apellliyasiya Məhkəməsinin 2(103)-3900/14 nömrəli 05.10.2015-ci il tarixli qətnaməsinə əsasən, mağazanızın boşaldılması və hərrac yolu ilə satılaraq məbləğin kredit borcuna tutulmasına qərar verilmişdir. Buradan aydın olur ki, mağazanın boşaldılması və fəaliyyətinizin dayandırılması Gədəbəy RİH-i tərəfindən deyil, məhkəmənin qərarına əsasən özünüz və aidiyyəti üzrə icra qrupu tərəfindən həyata keçirilmişdir”. O halda sual oluna bilər ki, cənab vəzifə sahibləri! Əgər siz deyənlər həqiqətdirsə, o halda 12 fevral 2015-ci il tarixdə Oqtay Qaraoğlunun şəxsi mülkiyyətimdə olan obyektini kim dağıtdırıb və həmin obyektin alt hissəsində 0.006 ha torpaq sahəsindəki künbəzşəkilli abidəni kim inşa etdirib? Deməli zərərçəkən şəxsə verilən bu cür cavablar olduqca qərəzli, olduqca həqiqətdən uzaq bir cavablardır. Bütün bunlar da onu söyləməyə əsas verir ki, problemin varlığına məsuliyyət daşıyanlar bu cür mövqe ortaya qoymaqla, bir növ məsuliyyətdən yayınmağa çalışırlar. Axı, Binəqədi rayon Məhkəməsi qərar verir ki, adı çəkilən şəxsin şəxsi mülkiyyətində olan 38,5 kvm olan obyekti açıq hərrac yolu ilə satışa çıxarılsın və və əldə olunan pul vəsaiti “RabitəBank”a olan borca ödənilsin. Əgər Azərbaycan Respublikası adından məhkəmənin hakimi belə bir qərarı elan edirsə verirsə, o halda RİH-nin səlahiyyətlisinin verdiyi cavaba nə ad vermək olar, hələlik biz onu bilmirik.
Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Mövzu diqqətimizdədir.

Akif
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra başçısının özbaşınalığı hər kəsə bəlli oldu

    İcra başçısının özbaşınalığı hər kəsə bəlli oldu ...

    4-03-2015, 13:48

  • 
  • İki məmurun “giroluğunda” saxlanılan rayon

    İki məmurun “giroluğunda” saxlanılan rayon ...

    16-07-2016, 02:04

  • 
  • Məhkəmə İcra Hakimiyyətini 66 min cərimə etdi - İcra başçısı haqda ittihamlar

    Məhkəmə İcra Hakimiyyətini 66 min cərimə etdi - ...

    3-03-2015, 16:28

  • 
  • Gədəbəyli sahibkar mübarizə yolundan çəkinmir

    Gədəbəyli sahibkar mübarizə yolundan çəkinmir ...

    11-11-2016, 17:25

  • 
  • Gədəbəydə zülmün və rəzalətin əmələ gətirdiyi fəryad

    Gədəbəydə zülmün və rəzalətin əmələ gətirdiyi ...

    20-03-2016, 00:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu