GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gədəbəydə Zülfüqar İsgəndərov icra başçısına “quyu qazır”

Gədəbəydə Zülfüqar İsgəndərov icra başçısına “quyu qazır”

Tarix: 13-12-2017, 17:40 Bölmə :GündəmXəbər / Manşet Baxış: 602
Gədəbəydə Zülfüqar İsgəndərov icra başçısına “quyu qazır”


“Təəccüblü haldır ki, həmin gün şöbə müdiri vəzifəsini daşıyan bu şəxs PA-dan verilən tapşırığı, rayon icra hakimiyyəti başçısının vermiş olduğu vədi saya salmadı”

Artıq bir neçə ildir ki, “Gündəm Xəbər” qəzetində əslən Gədəbəy rayonundan olan və əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş Əliyev Oqtay Qara oğlu adlı şəxsin, 12 fevral 2015-ci il tarixdən üz-üzə qaldığı problemlərlə bağlı bir neçə dəfə tənqidi açıqlamalar dərc edib, hər kəsi baş verənlərlə bağlı az-çox
məlumatlandırmışıq. Təəssüf doğuran hal odur ki, adı çəkilən şəxsin problemi haqda Prezident Administrasiyasında rəsmi vəzifə sahibi olan şəxslərdən bəziləri məlumatlı olsalar belə, hələ də Oqtay Qaraoğlunun problemi həllini tapmır ki, tapmır. Problemin mahiyyəti ondan ibarətdir ki, 12 fevral 2015-ci il tarixdə Əliyev Oqtay Qara oğlunun Gədəbəy şəhəri M.Quliyev küçəsində şəxsi mülkiyyətində olan 38,5 kvm-lik obyekti, heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan, eyni zamanda adı çəkilən şəxsin yaxınlarından bir kimsə belə xəbərdar olunmadan, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun vermiş olduğu şifahi tapşırıqlar əsasında altüst edilir. Onu da qeyd edək ki, Oqtay Qaraoğlu şəxsi mülkiyyətində olan obyektinə 08 iyul 2008-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Şəmkir rayon Ərazi İdarəsindən qeydiyyat nömrəsi 3108001461, reyestr nömrəsi isə 505013000395-06301 olan 0001695 saylı çıxarış da alıb. Adı çəkilən qurumdan belə bir çıxarışın verilməsinə baxmayaraq, Gədəbəy RİH-nin başçısı başda olmaqla, rayonun əksər vəzifə sahibləri ona qarşı olduqca qanunsuz addımlarını atırlar. Belə olan halda zərərçəkən şəxs aidiyyəti qurumlara, yüksək çinli vəzifə sahiblərinə, o cümlədən İcra Hakimiyyəti Aparatına bu günədək dəfələrlə yazılı, yaxud da şifahi müraciətlərini ünvanlasa da, bir kimsə onun müraciətlərinə, yazmış olduğu ərizələrinə məhəl qoymayıb. Bu cür münasibətin varlığı da, Oqtay Əliyevin Konstitusiya ilə qorunan hüquqlarının tapdaqlar altına atılması deməkdir.
Onu da vurğulayaq ki, zərəçəkən şəxs şəxsi mülkiyyətində olan obyektini 2011-ci ildə “RabitəBank”a girov qoymaqla, adı çəkilən bankdan 50 min manat kreditə pul götürür. Məqsədi gələcəkdə sahibkarlıq fəaliyyətini genişləndirmək olur. Elə ki, 12 fevral 2015-ci il tarixdə onun şəxsi mülkiyyətində olan obyekti, icra başçısının şifahi tapşırıqları əsasında darmadağın olunur, o halda obyektin içərisindəki avadanlıqlarla bərabər, ayrı-ayrı firmalardan nisyə götürdüyü ərzaq malları və s-də tamamilə yarasız hala salınır. Daha faciəli hal odur ki, Oqtay Qaraoğlu 2011-ci ildə şəxsi mülkiyyətində olan obyektini “RabitəBank”a girov qoyub 50 min manat kreditə pul götürərkən, adı çəkilən banka yaxın qohumu İbrahimova Esmira Rüstəm qızına məxsus, Bakı şəhəri Biləcəri qəsəbəsi Biləcəri Yolu ev-1, mən-5 ünvanında yerləşən mənzili də ikinci girovluğa qoyur. O, kreditə götürdüyü pulu bu günədək ödəyə bilməyib. Səbəb də, zərərçəkən şəxsin şəxsi mülkiyyətində olan obyektinin 12 fevral 2015-ci il tarixdə heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan darmadağın etdirilməsi olub. Belə olan halda bank tərəfi Oqtay Qaraoğlunun birinci girovluğa qoyduğu obyektinin altüst edilməsini əsas tutaraq, ikinci girovluğa qoyduğu mənzillə bağlı Binəqədi rayon Məhkəməsinə müraciət edir. Yuxarıda qeyd etdiyimiz kimi, həmin mənzil onun yaxın qohumu İbrahimova Esmira Rüstəm qızının adına olduğu üçün, bank tərəfinin iddia tələbi əsasında proses Bakı şəhəri, Binəqədi rayon Məhkəməsində keçirilir. Proses zamanı qərar qəbul olunur ki, banka borclu Əliyev Oqtay Qara oğlunun şəxsi mülkiyyətində olan və Gədəbəy şəhəri M.Quliyev küçəsində yerləşən qeyri-yaşayış binası, açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılaraq boşaldılsın və əldə olunan pul vəsaiti borcun ödənilməsinə yönəldilsin. Əgər satılmış əmlakdan əldə olunmuş pul vəsaiti ümumi borcun ödənilməsinə kifayət etməzsə, o halda ikinci girovluğa qoyulmuş və İbrahimova Esmira Rüstəm qızının adına olan Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi-2 “B” saylı evin 5-ci mənzil də satışa çıxarılsın. Onu da vurğulayaq ki, Oqtay Qarağluna məxsus əmlak vaxtilə məhkəmənin müəyyən etdiyi ekspert komissiyası tərəfindən 50 min manat dəyərində, ikinci girovluğa qoyduğu mənzil isə 70 min min manat dəyərində qiymətləndirilmişdi. Diqqəti cəlb edən hallardan biri də o olur ki, zərərçəkən şəxsin şəxsi mülkiyyətində olan və 0.006 ha torpaq üstündə yerləşən 2 nömrəli 1 girişli, ümumi sahəsi 38,5 kvm olan obyektilə bağlı məhkəmə qərarından sonra, “Market” qəzetinin 02 fevral-08 fevral 2015-ci il tarixli sayında həmin obyektin satışı ilə bağlı elan yerləşdirilir. Çox keçmir ki, verilmiş elan əsasında həmin obyekti 50 min manata almaq istəyən müştəri meydana çıxır. Elan çıxdıqdan bir neçə gün sonra Oqtay Qaraoğlu müştəri ilə birlikdə Gədəbəy rayonunda olur və birlikdə obyektə baxış keçirmək istəyirlər. Həmin vaxt onlar gördükləri mənzərədən dəhşətə gəlirlər. Çünki, onun müştəriyə satmaq istədiyi obyeki nəinki yerlə-yeksan edilir, hətta obyektin içərisindəki avadanlıqları, ayrı-ayrı firmalardan nisyə aldığı ərzaq məhsulları və s-də kimlər tərəfindənsə “qeybə çəkilir”. Həmin vaxtdan Oqtay Qaraoğlu ilə “Rabitə Bank”la arasında əmələ gələn problemlər xoşagəlməz macəraya yönəlir və bu gün də davam etməkdədir. Deməli, qeyd olunan tarixdə ona məxsus obyekt dağıdılmasaydı, o halda o, şəxsi mülkiyyətində olan obyektini həmin müştəriyə satmaqla banka olan borcunu ödəyə bilərdi. Bu da onu söyləməyə əsas verir ki, “Rabitə Bank”la Oqtay Qaraoğlu arasınada əmələ gələn problemlərin kökündə, 12 fevral 2015-ci il tarixdə şəxsi mülkiyyətində olan obyektinin icra başçısının vermiş olduğu şifahi tapşırıqları əsasında darmadağın edilməsi durur. Onu da vurğulayaq ki, Oqtay Qaraoğlunun ikinci girovluğa qoyduğu mənzillə bağlı Binəqədi rayon Məhkəməsində çıxarılmış qərardan sonra, həmin mənzil hərraca çıxarılır. Hərracın 27 fevral 2015-ci il tarixdə saat 11:00-da Bakı şəhəri M.Müşfiq küç 2A ünvanında keçirilməsi haqda “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-i tərəfindən ona, İbrahimova Esmira Rüstəm qızına və onun övladları İbrahimova Aysel Elman qızına, Seyfarli Aqşin Elman oğluna bildiriş də çatdırılır. Bütün bunları qeyd etməkdə məqsədimiz ondan ibarətdir ki, bu gün həmin mənzil “RabitəBank”ın balansına keçib və bank tərəfi gec-tez həmin mənzili hərrac yolu ilə satıb dörd nəfərlik ailə üzvlərini bayıra atdıracaq. Bu da iki ailənin üz-üzə qalması ilə bərabər, digər xoşagəlməz olayların da əmələ gəlməsi ilə nəticələnəcək. Bir həqiqəti də qeyd edək ki, təqribən 34-35 aydan çoxdur ki, Oqtay Qaraoğlu qanuni əsaslarla şəxsi mülkiyyətində olan əmlak problemini heç cür həll edə bilmir. Bu şəxsin aidiyyəti qurumlara sayı-hesabı bilinməyən sayda ünvanladığı müraciətləri, yazmış olduğu ərizələri və teleqramları hələ də nəticəsiz qalmaqdadır.
Amma baş verən belə bir olayların varlığına baxmayaraq, Oqtay Qaraoğlu üz-üzə qaldığı problemlərlə bağlı 13 noyabr 2017-ci il tarixdə Prezidentinin Administrasiyası, Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin “ukrator”u cənab Əlibala müəllimin təkrar qəbulunda olur və bütün problemləri haqda bir daha ona ətraflı məlumat verir. Ümumi söhbətin gedişi zamanı PA-nın rəsmisi Oqtay Qaraoğluna “biz Gədəbəy RİH-i ilə əlaqə saxlayıb, səni rayon rəhbərliyinin qəbul etməsi tapşırığını verərik” deyir. Bəli, əslində bu belə də olur. Oqtay Qaraoğlu baş verənlərlə bağlı “Gündəm Xəbər”ə ünvanladığı təkrar müraciətində qeyd edir ki, “13 noyabrda Gədəbəy RİH Aparatı, Hüquq şöbəsinin müdiri Zülfüqar İsgəndərov mənə zəng edib bildirdi ki, “16 noyabr 2017-ci il tarixdə saat 10:00-da Gədəbəy RİH-nin başçısı Ramiz Yediyarov səni və “RabitəBank”ın nümayəndəsini birlikdə qəbul edəcək”. Dərhal “RabitəBank”la əlaqə saxladım və hansısa nümayəndənin ayrılmasını qarşı tərəfdən xahiş də etdim. 16 noyabrda icra başçısı məni və bankın nümayəndəsi Abbas Abbasov adlı şəxslə birlikdə qəbul etdi və problemin həlli yolları haqda müəyyən müzakirələr də apardıq. Ümumi vəziyyət haqda ətraflı məlumat əldə edən rayon rəhbərliyi, problemin həlli məqsədilə şəxsi mülkiyyətimdə olan və 12 fevral 2015-ci il tarixdə heç bir əsas olmadan dağıdılmış mağazamın əvəzində, mənə yeni mağazanın verilməsi vədini verdi və bu yöndə Gədəbəy RİH Aparatı, Hüquq şöbəsinin müdiri Zülfüqar İsgəndərova lazımi tapşırıqlar verdiyini də diqqətimizə çatdırdı. Elə ki, səhərisi gün Bakı şəhərində oldum, o halda Zülfüqar İsgəndərov təkrar mənə zəng edərək “RabitəBank”ın problemlər şöbəsindən əlaqə nömrəsi istədi və bir daha Gədəbəyə getməyimi bildirdi. Elə ki, 05 dekabr 2017-ci il tarixdə səhər saatlarında Gədəbəy RİH-də oldum, o zaman icra hakimiyyətinin rəsmisi günorta saat 16:00-da onun qəbulunda olmağımı məsləhət bildi. Bu dəfəki müzakirə isə, sanki Zülfüqar İsgəndərovun düzüb-qoşduğu plan əsasında olduğundan, müzakirələr tamamilə fərqli macəraya yönəldi. Yəni, təkrar müzakirələr zamanı adı çəkilən şəxs RİH-nin başçısı Ramiz Yediyarovun vermiş olduğu tapşırığı deyil, sanki özünün mərkli planlarını qarşıma şərt olaraq qoydu. Yəni, bu şəxs mənə hər hansı mağazanın verilməsini, hər hansı kompensasiyanın ödənilməsini qəti şəkildə inkar etdi. İH rəsmisinin rəsmisi yalnız onu bildirdi ki, “biz icra hakimiyyəti olaraq 12 fevral 2015-ci il tarixdə dağıdılmış və şəxsi mülkiyyətində olmuş obyektinin alt hissəsindəki 0.006 ha torpaq sahəsinin alqı-satqısını həyata keçirə bilərik və bunun qarşılığında, sənə yalnız 15 min manat pul verərik” dedikdə, adı çəkilən şəxsin danışdıqları sanki məni hövsələdən çıxartdı və həmin an ona bildirdim ki, obyektim darmadağın edilməzdən öncə məhkəmə əməkdaşlarının baxışı ilə mağazam 50 min manat dəyərində qiymətləndirilib. Odur ki, ilk əvvəl həmin zərəri ödəyin, sonra şəxsi mülkiyyətində olan 0.006 ha torpaq sahəsinin alqı-satqısının həyata keçirilməsi yöndə müəyyən müzakrələr apara bilərik. Torpaq sahəsi ilə bağlı bugünkü bazar qiyməti, təqribən 60-65 min manat həndəvərindədir dedim. Zülfüqar İsgəndərovun belə bir davranışı və qarşıma qoyduğu şərtlərlə, 13 noyabr 2017-ci il tarixdə icra başçısı Ramiz Yediyarovun verdiyi vəd tamamilə bir-birini inkar edirdi. Bu da o deməkdir ki, şöbə müdiri vəzifəsini daşıyan bu şəxs icra başçısına “quyu qazmaq”la bərabər, həm də çoxsaylı sakinləri dövlət-hakimiyyət orqanlarından narazı salmağı qarşısına məqsəd qoyub. Çox təəccüblü haldır ki, həmin gün Zülfüqar İsgəndərov PA-dan verilən tapşırığı, rayon icra hakimiyyəti başçısının vermiş olduğu vədi saya salmadı. Yəni adı çəkilən şəxs, bu gün şəxsi maraqlarının təmin olunması məqsədilə hər cür iyrənc addımlara əl atır. Görəsən illərdən bəri daşıdığı vəzifəsindən “ikiəlli yapşan”, müxtəlif xarakterə və fərqli iş üslubuna məxsus icra başçıları ilə “dil tapmağı” bacaran Zülfüqar İsgəndərov, bu gün məsuliyyətini dərk etmirmi? Axı, bu şəxs onu dərk etmirmi ki, qarşıdan növbəti prezident seçkiləri gəlir və çoxsaylı seçiciləri narazı salmaq nə deməkdir?”.
Baş verənlərə və Oqtay Qaraoğlunun danışdıqlarına diqqət yetirdikdə belə bir qənaətə də gəlmək olur ki, zərərçəkən şəxsin illər uzunu getgələ salınmasında, məhz Zülfüqarov faktoru əsas rol oynayıb. Çünki, Qaraoğlu ünvanladığı müraciətində vurğulayır ki, “mən bu günə kimi aidiyyəti dövlət qurumlarına saysız-hesabsız ərizə və teleqramlar göndərmişəm. Hər dəfə də, mənə yuxarı instansiyalardan “probleminizin araşdırılması məqsədilə məktubunuz Gədəbəy RİH-nı göndərilmişdir” deyə cavablar verilib. Deməli, PA-na və digər qurumlara ünvanladığım məktubar Gədəbəy RİH-nə göndərilir və həmin qurumda da Zülfüqar İsgəndərov bütün məktubları itbata saldırır, yaxud da özü salır. Bax budur bu şəxsin gördüyü işlər, atdığı qanunsuz addımlar! Belə bir səbəblər üzündəndir ki, bu günə kimi neçə-neçə sakinlərin problemləri həllini tapmır, ünvanlanan məktublar isə, sanki toz-torpaqlar içərisində itib-batır”.

P.S. Hörmətli oxucular! Növbəti saylarımızda Gədəbəy RİH Aparatı, Hüquq şöbəsinin müdiri Zülfüqar İsgəndərovun təkcə iş prosesində deyil, iş prosesindən kənar hansı əməllərə qol qoymasından da bəhs etməyə çalışacağıq. Odur ki, bizi izləyin.

Akif
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sahibkardan bəzi xəbər portallarına müraciət

    Sahibkardan bəzi xəbər portallarına müraciət ...

    14-11-2016, 16:50

  • 
  • Gədəbəydə sahibkarın mülkiyyət hüququ qorunmur

    Gədəbəydə sahibkarın mülkiyyət hüququ qorunmur ...

    4-11-2016, 15:40

  • 
  • Gədəbəyli sahibkar mübarizə yolundan çəkinmir

    Gədəbəyli sahibkar mübarizə yolundan çəkinmir ...

    11-11-2016, 17:25

  • 
  • Gədəbəydə məmurlar “silkələndi”

    Gədəbəydə məmurlar “silkələndi” ...

    16-05-2016, 13:07

  • 
  • Gədəbəydə Oqtay Əliyevlər problemi

    Gədəbəydə Oqtay Əliyevlər problemi ...

    21-12-2015, 13:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (385)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu