Quba rayonu Təhsil Idarəsinin rəisinin maaşını alan Rüfət Hacıyevin ,vəzifəsindən sui istifadə edərək çoxsaylı qanunsuzluqlar edir.
Bir müddət əvvəl mətbuatda onun 2600 müəllimdən və 2500 texniki işçidən Qızıl Aypara adı ilə rəsmi cədvəllə,hər birindən 3 manatdan pul toplaması haqda yazı getmişdi.
O, bu pulun rayon icra hakimiyyəti başcısının və təhsil nazirliyinin şifahi ğöstərişləri ilə edildiyini, israrla iddia edirdi.
Məsələ ictimailəşəndən sonra müəllimləri məcbur ediblər ki,pulu könüllü ödəmələri barədə ərizə yazsınlar.
Gundemxeber.az Mozalan.az-a istinadla xəbər verir ki, indi həmin vəziyyət təkrarlanır.
Bu dəfə rayon üzrə hər müəllimdən 15-20 manat qəzet pulu adı altında yığılaraq mənimsənilir.
Maraqlıdır, əgər bunlar dövlətdən maliyyə alan qəzetlərdirsə niyə güclə müəllimlərə sıranır. Yox, özəl qəzetlərdisə yenə pulla müəlimlərə satılması qanunsuzdur. Həmin mətbu orqanların siyahısıını verəcəyik, görək özlərinin xəbəri varmı Rüfət Hacıyevin "biznes"indən.
Quba TŞ-də olan diğər korrupsiya layları ilə bağlı yazımızı izləyin.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?