GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ŞAHİN MÖVSÜMOVUN 100 MİLYONUQ BORCUNUN AQİBƏTİ - “ƏMANƏTLƏRİN SIĞORTALANMASI FONDU PƏRDƏARXASI DANIŞIQLAR APARIR”

ŞAHİN MÖVSÜMOVUN 100 MİLYONUQ BORCUNUN AQİBƏTİ - “ƏMANƏTLƏRİN SIĞORTALANMASI FONDU PƏRDƏARXASI DANIŞIQLAR APARIR”

Tarix: 15-12-2018, 13:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 611
ŞAHİN MÖVSÜMOVUN 100 MİLYONUQ BORCUNUN AQİBƏTİ - “ƏMANƏTLƏRİN SIĞORTALANMASI FONDU PƏRDƏARXASI DANIŞIQLAR APARIR”


Lisenziyası ləğv edilmiş banklarda həm dövlət xidmətləri, həm şirkətlər, həm də əhalinin kifayət qədər vəsaiti qalıb. Amma faktiki olaraq pullar geri qaytarılmır. Lisenziyası ləğv edilmiş banklarda Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin 30 milyon manata yaxın pulu qalıb. Həmin vəsait də geri qaytarılmır.

Əmanətlərin Sığortalanması Fondu hələlik nə problemi həll etməkdə maraqlı görünür, nə də faktiki olaraq müflis olan banklarda qalan pulları ödəyir.

Bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında deyib ki, proses başa çatmayıb və yaxın 5 ildə də yekunlaşmayacaq:

“Ən sonuncu müflisləşən bank “DəmirBank” idi. Bu bankda ümumiyyətlə, proses getmir. Ondan əvvəl 2016-cı ilin oktyabrında bağlanan “Standart Bank” idi ki, elə bunun misalında danışmaq kifayətdir. Bu, Azərbaycanın ən iri bankı idi. Orada təkcə əhalinin 157 milyon manat vəsaiti qalıb. Proses uzanır. Bunun səbəbi var və digər banklarda da oxşar vəziyyətdir. Məsələ ondan ibarətdir ki, bu bankların ləğv prosesini aparan Əmanətlərin Sığortalanması Fondu məsələni həll etməkdə maraqlı deyil. Əmanətlərin Sığortalanması Fondu bu bankların daşınan və ya daşınmaz əmlakını satmalı və borcu qaytarmalıdır. Amma bu fond nə edir? İki ildən çoxdur ki, “Standart Bank” bağlanıb. Fondun satdığı isə bankomatlar, avtomobillər və kompüterlərdir. Bu bankın bir neçə iri binası var. Təkcə baş ofis satılsa, problem həll olunar. Əmanətlərin Sığortalanması Fondu nədənsə bu əmlakları hərraca çıxarmır. Halbuki orada çətin bir şey yoxdur. Bina hərraca çıxarılsa, ən çox qiyməti verilənə satılacaq. Bu da ondan xəbər verir ki, Fond pərdəarxası danışıqlar aparır və həmin əmlakları kimlərsə ucuz qiymətə satmaq istəyir. Hətta onu da qeyd edim ki, Fond təkcə “Standart Bank”ın əmlakının qorunmasına rübdə 40 mindən çox pul xərcləyir. Bu, kimin puludur? Təbii ki, kütlənin...”

Kreditlərin qaytarılması məsələsinə gəlincə, ekspert deyib ki, iri borcalanlara qarşı Fond məhkəmədə iddia qaldırmır:

“Ancaq xırda borc üzrə məhkəmə iddiası qaldırır. Məsələn, Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümovun qardaşı Şahin Mövsümovun “Standart Bank”a 100 milyondan çox borcu var. Amma onu məhkəməyə vermirlər. Bu da ondan xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondu bu pulların qaytarılması məsələsində də pərdəarxası oyunlar aparır. Ötən il Fond elan etmişdi ki, “Standart Bank”ın ləğvi 2019-cu ildə bitəcək. İndi isə Fond deyir ki, bankın ləğvi 2021-ci ildə başa çatacaq. Yəni, vaxtı daha da uzadırlar. Bütün bunlar onu göstərir ki, Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti qeyri-şəffafdır. Böyük ehtimalla orada korrupsiya faktları var və bu günlərdə “Standart Bank”ın kollektiv əmanətçiləri dövlət başçısına müraciət edib. Xahiş olunub ki, Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinə qiymət verilsin. Çünki bu pulların qaytarılması üçün heç bir tədbir görmür və hətta hər bankın ləğvi üçün yüzlərlə insan işə götürülür. Böyük ehtimalla bu insanlar qohum və tanışlarıdır. Elə bu insanlar üçün iş yeri düzəldiblər ki, illərlə proses davam etsin və pulları yeyilsin. Ləğv prosesinə nəzarət edən məhkəmələr- ən əsası Apellyasiya Məhkəməsi belə Fondun öhdəsindən gələ bilmir. Belə getsə, nəinki insanlara, hətta dövlət xidmətləri və şirkətlərə də pul çatmayacaq”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gizli sövdələşmə, yoxsa:Bağlanan bankların əmlakı niyə satılmır? - GƏLİŞMƏ

    Gizli sövdələşmə, yoxsa:Bağlanan bankların əmlakı ...

    22-11-2018, 11:00

  • 
  • Bağlanan bankın müştəriləri təlaşda

    Bağlanan bankın müştəriləri təlaşda ...

    26-12-2017, 15:26

  • 
  • Bankda əmanəti olanlara şad xəbər

    Bankda əmanəti olanlara şad xəbər ...

    14-01-2016, 21:56

  • 
  • “Dəmirbank”da pulu olanlar nə etsin...

    “Dəmirbank”da pulu olanlar nə etsin... ...

    6-01-2018, 10:30

  • 
  • “Dəmirbank”da əhalinin 28 milyonu batdı (EKSPRET)

    “Dəmirbank”da əhalinin 28 milyonu batdı (EKSPRET) ...

    27-12-2017, 13:46


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu