GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » “Dəmirbank”da pulu olanlar nə etsin...

“Dəmirbank”da pulu olanlar nə etsin...

Tarix: 6-01-2018, 10:30 Bölmə :İqtisadiyyat Baxış: 463
“Dəmirbank”da pulu olanlar nə etsin...


Bağlanan banklara krediti necə qaytarmaq olar; mütəxəssis: “Ləğvedici məlumat göndərməyibsə...”

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən “DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası dekabrın 23-dən ləğv edilib.

Palata bu qərarı bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimumdan aşağı olduğuna və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3 faizdən az olduğuna, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilmədiyinə və “Banklar haqqında” qanundan irəli gələn tələblərə əsasən qəbul edib.

Qeyd edək ki, “Dəmirbank” 2017-ci il 3-cü rübün yekunlarına əsasən aktivlərinin həcminə görə 31 bank arasında 15-ci, kredit portfelinə görə 12-ci, depozit portfelinə görə 20-ci yerdə qərarlaşıb. Ötən ilin doqquz ayının yekunlarına görə, bankın fəalliyyətində 20 milyon manatdan artıq zərər yaranıb, balans kapitalı minimum normativdən təxminən 2 dəfə az olub. Aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün 53 milyon manata yaxın ehtiyat yaradılıb ki, bu bankın aktivlərinin 10 faizindən bir az çoxdur.

Verilən məlumata görə, “DəmirBank” ASC Əmanətlərin Siğortalanması Fonduna(ƏSF) üzv bankdır və əhalinin bu bankda qorunan əmanətləri fond tərəfindən ödəniləcək. Palatanın qərarına əsasən, banka müvəqqəti inzibatçı təyin edilib.

Dünən Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarına müraciət edib. Müraciətdə qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən dekabrın 27-də “DəmirBank” ASC-nin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında qərar qəbul olunub, Əmanətlərin Sığortalanması Fondu həmin gündən banka ləğvedici təyin edilib: “”Banklar haqqında" qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Kreditorlardan xahiş olunur ki, bu elanın dərc edildiyi gündən 60 gün ərzində “DəmirBank”ın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etsinlər".

Xatırladaq ki, lisenziyasının geri alınması qərarı elan olunan gündən “Dəmirbank”ın bütün növ kartları üzrə əməliyyatlar da dayandırılıb ki, bu da əmək haqqı, kredit kartlarının sahiblərini çətin durumda qoyub. “Yeni Müsavat”a müraciət edən vətəndaşların verdiyi məlumatdan aydın olur ki, çətin durumda qalanlar təkcə bank kartlarının sahibləri deyil, həm də bankdan kredit götürənlərdir. Onlar kreditlər üzrə ödənişləri hara edəcəklərini bilmədikləri üçün qəzetimizdən bu barədə məlumat almağa çalışırlar.

Əkrəm Həsənov ile ilgili görsel sonucu

Bank sahəsi üzrə ekspert, “Standard Bank” Kreditorlar Şurasının sədri Əkrəm Həsənovun verdiyi məlumata görə, əgər ləğvedici - yəni ƏSF tərəfindən kredit götürən vətəndaşlara hər hansı əlavə məlumat verilməyibsə, onda ödənişlərini əvvəlki qaydada “Dəmirbank”ın filial və şöbələrində həyata keçirə bilərlər: “Bank hələ ləğv edilməyib. Onun lisenziyası geri alınıb, müflis elan edilib. Bankın ləğv edilməsi prosesi ən azı bir neçə il davam edəcək. Ola bilsin ki, prosesin gedişində kreditlər başqa banklara ötürülsün, bu zaman da borclu vətəndaşlara mütləq məlumat veriləcək. Məndə olan məlumata görə, hələlik yalnız ipoteka kreditləri başqa banklara ötürülüb. Bunun özü əslində qanunsuzdur, amma artıq ediblər. Ümumiyyətlə, banklar bağlanan kimi İpoteka Fondu kreditlərini başqa banklara keçirir”.

Ə.Həsənov onu da bildirdi ki, bankların ləğv olunması dünya praktikasında da uzunmüddətli proses hesab olunur: “Ləğv olunan bankın bütün əmlakı satılmalıdır, bütün kreditləri toplanmalıdır, əmanətlər qaytarılmalıdır. Yəni bu, uzun illər tələb edən bir işdir. Dünyada da belədir. Məsələn, Almaniyada bir bankın ləğvi 70 il vaxt aparmışdı. Bu da onda irəli gəlir ki, kimlərsə bankdan uzunmüddətli dövr üçün kredit götürmüş olur. Onu krediti vaxtından əvvəl bağlamağa məcbur etmək mümkün deyil. Buna görə də ləğvedici kreditlərin tam qaytarılmasını gözləməlidir”.

Mütəxəssisin dediyinə görə, bağlanan banklardan alınan kreditlərin başqa banklara ötürülməsi də mümkündür: “Bu, ləğvedici ilə digər banklar arasında razılaşma ilə baş verir. Məsələn, bağlanan bankın kimdəsə 10 min manat krediti varsa, onu 8-9 min manata satırlar başqa banka. Yəni bağlanan bank bu yolla ləğvetmə prosesini tezləşdirir, alan bank isə 1-2 min manat xeyir götürür. Bu, dünya təcrübəsidir. Azərbaycanda onun tətbiqi çətin alınar. Çünki kreditlərin böyük hissəsi problemlidir, girov təminatı zəifdir və sair. Xüsusilə ”Dəmirbank"da problemli kreditlər xeyli yüksək idi. Bu şəraitdə digər banklar belə kreditləri almaqda maraqlı olmurlar. Belə də ola bilər ki, bağlanan bankın kreditləri dəyərindən çox aşağı məbləğə başqa banklara ötürülsün. Bu, açıq korrupsiya əməli olar və bağlanan bankların kreditorlarına belə məsələləri diqqətdə saxlamağı tövsiyə edirəm"./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Dəmirbank”ın lisenziyası ləğv edilib

    “Dəmirbank”ın lisenziyası ləğv edilib ...

    23-12-2017, 13:47

  • 
  • “DəmirBank”ın əmanətçilərinə ödəniləcək kompensasiyanın məbləği açıqlandı

    “DəmirBank”ın əmanətçilərinə ödəniləcək ...

    27-12-2017, 00:30

  • 
  • ​“DəmirBank” niyə bağlandı? –Digər bankların da ləğv ediləcəyi gözlənilir

    ​“DəmirBank” niyə bağlandı? –Digər bankların da ...

    25-12-2017, 13:23

  • 
  • Mərkəzi Bank bağladığı bankı məhkəməyə verdi

    Mərkəzi Bank bağladığı bankı məhkəməyə verdi ...

    14-03-2016, 12:27

  • 
  • "DəmirBank"ın gecikən iflasının səbəbləri — Ekspertlər açıqlayır

    "DəmirBank"ın gecikən iflasının ...

    24-12-2017, 16:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (152)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu