GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gömrük qapılarındakı xəfiflik... - Və yaxud Səfər Mehdiyevin düzəltdiyi “qaş”...

Gömrük qapılarındakı xəfiflik... - Və yaxud Səfər Mehdiyevin düzəltdiyi “qaş”...

Tarix: 5-01-2019, 12:10 Bölmə :GündəmXəbər / Manşet Baxış: 640
Gömrük qapılarındakı xəfiflik... - Və yaxud Səfər Mehdiyevin düzəltdiyi “qaş”...


Dövlət Gömrük Komitəsi pirotexniki vasitələrin ölkə ərazisinə keçirilməsinin məsuliyyətini üzərindən atmaq üçün digər dövlət qurumlarını hədəf göstərir.

Ötən ilin son həftələrindən etibarən, pirotexniki vasitələrdən istifadə məsələsi yenə diqqət mərkəzinə gəldi. Bayram günlərində raket-artilleriya təlimlərini xatırladan “atəşfəşanlığın” yaratdığı narahatlıq, doğrudan da, ciddi problemdir.

Pirotexniki vasitələrin ölkəyə gətirilməsi qadağan edilsə də, hər il eyni mənzərənin şahidi oluruq. Paytaxt Bakı, böyük şəhərlər, rayon mərkəzləri, hətta ucqar kəndlərdə belə partlayıcılar açıq şəkildə satılır, alınır, istifadə edilir.

O baxımdan, Gömrük Komitəsinin yeni rəhbərliyinin qətiyyətli vədlərinə ümidli olan əhali Yeni ili başı-qulağı dinc qarşılayacağını düşünürdü. Ancaq ilin tamamlanmasına sayılı günlər qaldıqca aydın olurdu ki, partlayıcılarla bağlı vəziyyət daha da pisləşib.

Bakının mərkəzi hissələrində, metroların ətrafında, bir sözlə, ticarətin mümkün olduğu hər yerdə, polisin gözünün qabağında partlayıcı vasitələr yenə də satılırdı. Bu da sizə “qadağa”…

Gömrük Komitəsinin Yeni ilə bir neçə gün qalmış “ölkəyə qanunsuz gətirilən pirotexniki vasitələri məhvetmə şousu” isə əhali üçün ucuz təsəlli də olmadı. Dekabrın 31-i axşamdan başlayan “atəşfəşanlıq” saatlarla davam etdi…

Buna görə media və sosial şəbəkələrdə Gömrük Komitəsinə yönələn ittihamların dərəcəsini təsəvvür etmək çətin deyil. Əksəriyyət pirotexniki vasitələrin ölkə ərazisinə qanunsuz yolla keçirilməsinə görə bu qurumu günahkar və məsul görür. Əslində, Gömrük Komitəsinin reputasiyasını nəzərə alsaq, bu ittihamları aksiom kimi də qəbul edə bilərik.

Yaxşı, bəs Gömrük Komitəsi bu ittihamlar qarşısında nə etdi? “Üzrü günahından betər” açıqlama yayaraq, bu işdə əl(lər)inin olmadığına xalqı inandırmağa çalışdı.

Komitənin açıqlaması kövrəldici statistika ilə zəngindir. Sən demə, mübariz gömrükçülər son ayda sayı milyonlarla ifadə olunan qədər partlayıcı vasitə müsadirə edərək, zərərsizləşdiriblər.

Deyəcəksiz, o zaman Bakıda və ölkənin bütün yaşayış məntəqələrində partladılan, barıt qoxusu hələ də çəkilməyən vasitələr Azərbaycana necə gətirilib? Komitənin açıqlamasında bu suala da cavab “tapılıb”:

“Həmin məhsulların gömrük sərhədindən keçirilməsinə gəlincə isə bu yalnız qaçaqmalçılıq yolu ilə və ya qanunvericilikdə nəzərdə tutulan xüsusi icazə əsasında mümkündür”.

İndi aydın oldu? Bilin və agah olun ki, rahatlığımızı pozan partlayıcılar ölkəyə “qaçaqmalçılıq yolu” ilə keçirilib. Özü də “xüsusi kontrabanda qrupu” bütün ölkəni partlayıcı vasitələrlə təmin edəcək səviyyədə yüksək “məhsuldarlıq” göstərib.

Gördüyünüz kimi, Gömrük Komitəsi özünü məsuliyyətdən kənar saxlamaq üçün ölkənin sərhəd mühafizəsinin etibarlılığını belə şübhə altına almaqdan çəkinmir.

Bəli, qaçaqmalçılıq yolu ilə ölkəyə qadağan olunmuş məhsulların gətirilməsi mümkündür. Ancaq bunun da bir həddi var. Necə iddia etmək olar ki, pirotexniki vasitələr tam həcmdə “kontrabanda”nın nəticəsidir?

Adı rüşvətin sinonimi kimi hallanan Gömrük Komitəsi yəni bu qədər kristal qurumdur? Hər halda, fikrimcə, Komitənin sədri, “1 manat da rüşvət almadığını” deyən Səfər Mehdiyev məhz bu iddiası üçün izahat verməli olacaq…

Yeri gəlmişkən, Komitənin açıqlamasında pirotexniki vasitələrin “qanunvericilikdə nəzərdə tutulan xüsusi icazə əsasında” gətirilməsinin mümkünlüyü də qeyd olunub. Lakin o icazənin vətəndaşların “bayram atəşfəşanlığı”na xidmət etdiyini düşünmək belə artıqdır./yenicag.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda əlində pirotexniki vasitə partladı… - Ürəyi zəiflər baxmasın/Fotolar

    Bakıda əlində pirotexniki vasitə partladı… - ...

    3-01-2019, 16:28

  • 
  • Gürcüstandan Azərbaycana xeyli sayda pirotexniki vasitənin gətirilməsinin qarşısı alınıb

    Gürcüstandan Azərbaycana xeyli sayda pirotexniki ...

    6-10-2018, 17:30

  • 
  • Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı sərəncam imzaladı

    Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı ...

    17-11-2018, 17:11

  • 
  • Yeni sədr rəislərin yerini dəyişdi

    Yeni sədr rəislərin yerini dəyişdi ...

    4-05-2018, 16:21

  • 
  • Bakıda yeni il “partapart”ı: olub, yenə də olacaq

    Bakıda yeni il “partapart”ı: olub, yenə də olacaq ...

    20-12-2016, 00:52


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (83)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu