GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakıda yeni il “partapart”ı: olub, yenə də olacaq

Bakıda yeni il “partapart”ı: olub, yenə də olacaq

Tarix: 20-12-2016, 00:52 Bölmə :Ölkə Baxış: 590
Bakıda yeni il “partapart”ı: olub, yenə də olacaq

Bir neçə gün öncə “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gətirilən 60 minə yaxın pirotexniki vasitə aşkarlanaraq götürülüb. Bu həmin vasitələrin yalnız sərhəddə tutulan hissəsidir, hamı bilir ki, pirotexnik vasitələr ölkəyə gətirilir də, satılır da. Çox vaxt mağazalarda açıq şəkildə satılmasa da, satıcının kəşfiyyat xarakterli müşahidəsindən sonra stolun altından, şkafdan, corabdan və ya digər gizlədildiyi yerdən çıxarılaraq alıcıya təqdim olunur.

Bakıda yeni il “partapart”ı: olub, yenə də olacaq

Hələ şəhərin küçələrində belə yüksək səsyayıcıların və partlayıcı fişənglərin səsini eşitməsək də, yeni il yaxınlaşdıqca, yəqin ki, bu səslər tez-tez beynimizi deşəcək. Bəs aidiyyatı orqanların inkar etdikləri yüksək səsli partlayıcıların və partlayıcı fişənglərin satış bazarı həqiqətən yoxdurmu? “Gündəm Xəbər” virtualaz.org-un Bakıda ticarət obyektlərində pirotexnik vasitələrin satılıb-satılmadığı araşdırmasını oxucularımız üçün maraq doğuracağını nəzərə alıb həmin reportajı təqdim edir.

Bakıda yeni il “partapart”ı: olub, yenə də olacaq

“Gününə 300 manat ver, sat…”
Elə “28 May” metro stansiyasının yaxınlığındakı mağazalardan başladıq. Məlum oldu ki, yolka oyuncaqları və digər aksessuarlar satılan mağazalarda pirotexnik vasitələr satılmır. Satıcı da israrla bildirdi ki, belə mağazalarda dekabrın 30-na kimi həmin vasitələri tapa bilməyəcəyəm. Əgər mütləq almağı qarşıma məqsəd qoymuşamsa, onda ya “vosmoy” bazarına, ya da “Sədərək” Ticarət Mərkəzinə üz tutmalıyam.
Həqiqətən də, satıcının məsləhəti ilə xalq arasında “vosmoy bazarı” kimi tanınan “8-ci km” bazarına yollandım.
Bazarın girişində al-əlvan bəzədilmiş yeni il aksessuarları satılan mağazalar göz oxşayır. Alıcı əlindən də tərpənmək olmur. Növbəmiz çatanda Yeni il oyuncağı istədiyimizi düşünüb həvəslə yaxınlaşan satıcıya nə istədiyimizi deyəndə bir az duruxdu. Məlum oldu ki, bu obyektdə belə vasitələrin satışına qadağa qoyulub.
Elə baş çəkdiyimiz mağazaların əksəriyyətində eyni cavabı aldıq: “icazə vermirlər, qorxuruq satmağa”.
Amma əlbəttə ki, qorxunu necəsə yenib satanlar da var idi.

Bakıda yeni il “partapart”ı: olub, yenə də olacaq

Adını demək istəməyən satıcıdan onu da öyrəndik ki, indi gizli şəkildə tək-tük mağazalarda pirotexnik vasitələr satılsa da, dekabr ayının 30-dan sonra bütün mağazalardan rahatca ala biləcəyik:
- İndi partlayıcıları satmağa qoymurlar axı, qanunsuzdur. Bilsələr, adamı tutarlar. Ona görə də, satıcıların çoxu risk eləyib onları satışa çıxarmır. Amma ayın 30-da gəlin, istədiyinizi seçib alın.
- 30-da satmağa icazə verirlər ki?
- Gününə 300 manat alıb, icazə verirlər…

Bakıda yeni il “partapart”ı: olub, yenə də olacaq

Bir ailənin Yeni il bazarlığı qiymətində fişəng
“İcazəsini alıb” satsalar belə, bəzi satıcılar pirotexnik vasitələrdən danışmağa ehtiyat edirlər. Hətta bir satıcı bizə bu barədə ucadan danışmamağı məsləhət gördü:
“Yavaş danışın, gəlib sizi də tutarlar, məni də. Mən elə şeylər satmıram. Amma istəsəniz, qonşu satıcıda var”, - deyə özünü Ümid kimi təqdim edən satıcı məni qonşuya yönləndirdi.
O isə yolka zərlərinin altında gizlətdiyi çantanı eşələyib lap alta qoyduğu partlayıcını tapdı. İçərisində 60 ədəd partlayıcı olan qutunun qiyməti 1,5 manatdır. Lakin satıcının sözlərinə görə, bundan güclü partlayıcılar olsa da, ona yalnız bundan satmağa icazə verilib. Həm də istəsək, bizə bir dənəsi 1 manata satılan güclü partlayıcılar “təşkil edə” bilər.
Bundan istəmədiyimizi deyib mağazadan uzaqlaşırıq.

Partlayıcılara tək-tük rast gəlsək də, bazarda fişənglər, ümumiyyətlə, satılmırdı. Burada daha çox yeniyetmələrin aldığı "vzrıvpaket"lərə də rast gəlmədik. Satıcıların sözlərinə görə, belə vasitələri və fişəngləri almaq üçün yalnız “Sədərək” Ticarət Mərkəzinə getmək lazımdır.
Qiymətləri isə 3 manatdan başlanır. Bir yaxşı Yeni il süfrəsini təşkil etməyə yetəcək qədər - 50, hətta 70 manata kimi davam edir.

Gözdən, qulaqdan, barmaqdan olmaq qorxusu
2000-ci illər idi, Yeni ilə hazırlaşırdıq. Onda pirotexnik vasitələrin satışı indiki kimi qadağan edilməmişdi. Qardaşımın mağazadan alıb bayram tədarükü etdiyi bir neçə qutu pirotexnik vasitədən bir neçəsini götürmüşdüm. Həyətdə uşaqlarla yandırıb hara gəldi tullayıb əylənirdik. Uşaq olduğumuzdan nə dərəcədə təhlükəli olduğunu da anlamırdıq. Əlimdəki partlayıcını yandırmışdım ki, ədəbiyyat müəllimim haradansa qarşımızda peyda oldu və indi xatırlamadığım nəsə soruşdu. Utandığımdan əlimdəki partlayıcını arxamda gizlətdim. Həm də alışdığından xəbərim yox idi. Müəllim bizdən aralanmağa macal tapmamış partlayıcı əlimdə partladı. Barmaqlarımın 10-u da yanmışdı. Dəhşətli göynəməni bildirməmək üçün səsimi çıxarmadım, amma pirotexnik vasitə əllərimdə və yaddaşımda öz izini belə qoydu.
Partlayıcıların ən təhlükəli tərəfi ondan ibarətdir ki, yandırarkən bir neçə saniyə alışmır. Elə bilirsən ki, yanmayıb. Bu zaman uşaqlar onu əlinə alır, üzünə, hətta gözünə belə yaxınlaşdıra bilirlər. Bir neçə saniyədən sonra alışan partlayıcı beləcə neçə uşağı kor, kar, şikəst edib.

Doğrudur, indi uşaqlar üçün onu əldə etmək əvvəlki kimi asan deyil, amma heç əlçatmaz deyil, yəni axtaran tapır. Lakin bir çox hallarda uşaqlar qəpik-qəpik topladıqları pulu verib aldıqları həmin vasitələrin potensial təhlükəsindən xəbərsiz olurlar.
Bəs aidiyyati qurumlar bu vasitələrin uşaqlarımızın əlinə keçməməsi üçün necə mübarizə aparırlar?

Gömrükdə qarşısı alınmalıdır – BŞİH
Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırovun virtualaz.org-a bildirdiyinə görə, pirotexnik vasitələrin satışı ilə il boyu mübarizə aparılır, Yeni il şənlikləri ərəfəsində isə bu tədbirlər intensivləşir.
“Əvvəllər bu işlə BŞİH Ticarət və Xidmət Departamenti məşğul olurdu. İndi polis və Gömrük Komitəsinin əməkdaşalrı ilə birgə belə vasitələrə qarşı tədbirlər görürük. Bu vasitələrin qarşısını birinci olaraq Gömrük Komitəsi almalıdır. Əgər gömrükdən belə vasitələr buraxılmasa, mağazalarda da satıla bilməz. Son 10-15 ildə bu vasitələrin ölkəyə gətirilməsinin, demək olar ki, qarşısı alınıb. İl-ildən də satışda azalma müşahidə edilir. İndi satışa çıxarılanlar isə ötən illərdən qalanlardır.
Ə.Bağırov bu il ərzində Bakı şəhərində satışda heç bir pirotexnik vasitə aşkarlanmadığını dedi.
Qeyd edək ki, belə vasitələrin satışı ilə məşğul olan şəxsləri İnzibati Xətalar Məcəlləsinə görə 80 manat həcmində cərimə gözləyir.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakmiyyəti başçısının 17 dekabr 2001-ci il tarixli sərəncamı ilə partlayıcı oyuncaqların, fişənglərin satışı və istifadəsi qadağan edilib.

Gülnar Əliyeva
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda hərbi sursat və pirotexnik vasitələrin reklamı qadağan olunur

    Azərbaycanda hərbi sursat və pirotexnik ...

    12-08-2013, 16:55

  • 
  • «Sınıq körpü»də əhaliyə divan tutulur

    «Sınıq körpü»də əhaliyə divan tutulur ...

    25-12-2012, 12:14

  • 
  • 10 minə yaxın qaçaqmal siqaret aşkar edildi - FOTO

    10 minə yaxın qaçaqmal siqaret aşkar edildi - FOTO ...

    1-12-2016, 11:19

  • 
  • Azərbaycanla Gürcüstan arasında “Borjomi” müharibəsi

    Azərbaycanla Gürcüstan arasında “Borjomi” ...

    3-02-2014, 21:36

  • 
  • Tovuz Gömrük İdarəsində tabesizlik

    Tovuz Gömrük İdarəsində tabesizlik ...

    18-01-2014, 11:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (266)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu