GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Baş redaktordan Prezident İlham Əliyevə ŞİKAYƏT – hüquq-mühafizə orqanları JURNALİSTİ aldadan dələduzları müdafiə edir

Baş redaktordan Prezident İlham Əliyevə ŞİKAYƏT – hüquq-mühafizə orqanları JURNALİSTİ aldadan dələduzları müdafiə edir

Tarix: 10-01-2019, 10:03 Bölmə :GündəmXəbər / Manşet Baxış: 891
Baş redaktordan Prezident İlham Əliyevə ŞİKAYƏT – hüquq-mühafizə orqanları JURNALİSTİ aldadan dələduzları müdafiə edir


Fariz Quliyev: "Mənim günahım YAP-çı, Naxçıvanlı olmağımdır, yoxsa Sizə olan rəhbər sevgim?”

Cənab Prezident!
Çox uzun-uzadı yazaraq, Sizin qızıl kimi dəyərli vaxtınızı almaq istəmirəm. Ona görə də fikirlərimi qısa yazmağa çalışacağam.
Mən, "Araz Media" adlı ictimai-siyasi qəzetin, eyni adlı xəbər portalının (arazmedia.az) Baş redaktoru və YAP-ın ən sadiq üzvlərindənəm. Rəhbərlik etdiyim qəzet və saytın bir şüarı var: “Dövlətçiliyə Sadiq Olaq!”.
Himayəmdə yaşlı təqaüdçü müəllimə anam və Birinci qrup Qarabağ əlili qardaşım var. Ailə üzvlərimizin hamısı YAP-ın üzvləridirlər. Ailəlikcə Sizə, dövlətə və dövlətçiliyə daim sədaqətlə xidmət etmişik. Lakin müəyyən məmurlar var ki, ailəmizi Sizdən narazı, incik salmağa çalışırlar. Kirayədə yaşadığımız darısqal, cansıxıcı bir otaqlı "ev”dən genişliyə çıxmaq istəyimiz bizə çox baha başa gəldi.
Belə ki, min-bir əziyyətlə illərdir əldə etdiyimiz 7.330 manat pulu, bir neçə adamla sövdələşərək onlara verdik ki, onlar bizə Abşeron rayonunun Qobu kəndi ərazisində bir neçə sot torpaq satsınlar. Həmin adamların dələduz olduqlarını dörd-beş ay sonra, ortaya sənəd çıxara bilməyəndə başa düşdük. Həmin adamlardan torpağımıza sənəd istəyəndə "sənəd yoxdur" dedilər və daha sonra ortaya çıxdı ki, bizdən pulu alıb aldadanlar məşhur dələduzlar imiş. Məlum oldu ki, hətta onlardan birinin Poladov Ərəstun Məbud oğlunun barəsində eyni əməllər törətdiyinə görə, bir neçə istintaq orqanlarında cinayət işi var imiş. Çoxsaylı şikayətlərimdən, haqlı tələblərimdən sonra həmin adamlara Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsi Cinayət Məcəlləsinin 178.2-ci (dələduzluq) maddəsi ilə fakt üzrə cinayət işi başladı. Amma başladı, nə başladı... Elə mənim də, xəstə anamın da, əlil qardaşımın da qara günləri bundan sonra başladı. İllərdir axtarışda olan adamı sanki öz əlləri ilə qoyubmuş kimi, bir neçə saat ərzində guya "tutub" gətirdilər. 178.2-ci maddə ilə cinayət işi başladılar, heç bir yüngülləşdirici hal olmadan dələduzu dərhal da azad etdilər. İstintaq orqanı çox gülünc bir cinayət işinə başladı. Çünki bu gün dələduz Ərəstun Poladov və onun şəriki Əliyoldaşov Məmmədhəşim çöldə sərbəst gəzirlər, bəlkə də hər gün mənim kimi digər vətəndaşları da aldadırlar. Əminliklə deyirəm ki, həmin dələduzların sərbəst gəzməsinə səbəbkar Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi Şahin Quliyevdir. Təqsirləndirilən şəxs qismində tanınan, haqqında cinayət işi açılan həmin dəlduzlara zəng çatmamağına baxmayaraq, hansısa maraqlarına görə, Şahin Quliyev onların barəsində axtarış elan etmir. Halbuki, təqsirləndirilən şəxslərin daimi iş yerləri olmadıqda, istintaq aparan orqanın ərazisində daimi pasport qeydiyyatında olmadıqda, çöldə sərbəst gəzərək, hadisə şahidlərinə təzyiq göstərmək imkanları olduğuna və sairə bu kimi hallara görə dərhal həbs edilməlidirlər.

Qeyd edim ki, Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsi Sizin cəzaların humanistləşdirilməsi barədə imzaladığınız sərəncamı, sözün əsl mənasında başına "qalxan" edir. Onları başa salan yoxdur ki, Cənab Prezidentin bu humanist sərəncamı, ilk dəfə cinayət törədənlərə, bilməyərəkdən cinayətə alət olanlara və ən nəhayət cəmiyyətə ictimai təhlükə saçmayanlara aiddir. Dələduzluq əməli cəmiyyətə açıqca təhlükədir. Ərəstun Poladov kimi, eyni əməllərlə, təkrar cinayət törətmiş Bakının Nizami Rayon Polis İdarəsində və Şamaxı Rayon Polis Şöbəsində barəsində açıq cinayət işləri olan, axtarışda olan cinayətkara şamil oluna bilməz! Xatırladıram ki, bu Yasamal rayon Polis İdarəsinin və Yasamal rayon Prokurorluğunun mənə qarşı atdığı birinci qanunazidd əməlləri deyil. Ölkəmizdə ilk Avropa Oyunları keçirilən zaman da tanımadığım şəxs mənə hücum etmiş, müəyyən xəsarətlər yetirmişdir. O vaxt da, Yasamal rayon prokuroru Rasim Hacıyev idi, indi də... Həmin hadisə zamanı da, Yasamal hüquq-mühafizə orqanları mənə qarşı soyğunçuluq və xuliqanlıq etmiş şəxsin başını tumarlayaraq sərbəst buraxdılar, indi də. Bəzən fikirləşirəm, hüquq-mühafizə orqanları bəlkə mənim dövlətimə, Sizə etdiyim xidmətlərimə görə məni cəzalandırırlar, şikayəltərimə baxmırlar. Bunlar bir jurnalist kimi məndən kimin və nəyin qisasını alırlar? Bununla bağlı dəfələrlə daxili İşlər Naziri Ramil Usubova, Baş Prokuror Zakir Qaralova, Bakı Şəhər Prokuroruna və digər səlahiyyətli şəxslərə müraciət etmişəm. Əfsuslar olsun ki, onlar da mənə qaranlıq qalan məqamlara görə, dələduzların həbsini təmin etməyiblər.
2018-ci ilin avqust ayında məsələ ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Mirqafar Seyidovun da qəbulunda olmuşam. Sağ olsun, Mirqafar müəllim mənim şikayətimə xüsusi həssaslıqla yanaşaraq dələduzların həbsi və ya dəymiş zərərin ödətdirilməsi üçün Yasamal rayon Polis İdarəsinin rəisinə şifahi tapşırıqlar da verdi. Lakin Yasamal Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev və İstintaq şöbəsinin rəisi Şahin Quliyev, Mirqafar Seyodovun da tapşırığına məhəl qoymadı. Yasamal polisində mənə “bura arzular, istəklər verilişi deyil ki, həmin şəxsləri tutaq” dedilər. Deməli, cinayətkarı tutmur və məni də borclu çıxarırlar. Üstəlik, Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə qarşı da hörmətsizlik edirlər.
Əslinə qalsa, 17 illik mətbu fəaliyyətimə nəzər salsaq, mənə iki dəfə Sizin sərəncamınızla jurnalistlər üçün inşa edilmiş binalarda, mənzil verilməli idi. Əslində... Çünki şəxsi vəsaitim hesabına, 9 il qəzet buraxmışam və qəzet səhifələrində yalnız dövləti və dövlətçiliyi, iqtidarımızın yürütdüyü uğurlu daxili və xarici siyasəti təbliğ etmişəm. Bu, məsələnin başqa bir tərəfidir. Minnət qoymuram. Əstağfurullah. Əksinə deyirəm ki, əməyimiz, illərdir qəzetimizin çapına sərf etdiyimiz pullar dövlətimizə, iqtidarımıza fəda olsun!
Möhtərəm Cənab Prezident!
7.330 manat pul bir dləduza bağışlanılası pul deyil. Biz onu zülümlə yığmışdıq ki, bir kiçik ev tikib içində yaşayaq. Mən rüşvət almadan yaşayıram, beynimin məhsulu ilə pul qazanıram. Elə 7.330 manat pulu da gözümün nuru ilə qazanmışdım... Siz hər bir Azərbaycanlının normal yaşamasının, həyatda qalmasının qarantısınız. Ola bilər ki, 7.330 manat kimlər üçünsə kiçik puldur. Lakin mənim kimi kasıb jurnalist ailəsi üçün bu çox böyük bir məbləğdir.
Sizdən xahiş edirəm ki, həmin dələduzların tutularaq həqiqi istintaqın qarşısına çıxarılması üçün göstəriş verəsiniz. Əgər, Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi Şahin Quliyevin, Yasamal rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyevin, Yasamal rayon Prokuroru Rasim Hacıyevin dələduzlara "yazıqları" gəlirsə, onlara ürəkləri "yanırsa" eybi yox, zəhmət çəkib ciblərindən mənə dəymiş zərəri ödəsinlər. Ya da ki, cinayətkarları dərhal həbs etsinlər.
Mən, Prezidentimin o tip ictimai təhlükə saçan insanların hər gün günahsız insanları aldatmalarına göz yummayacağına əminəm.

Dərin hörmət və ehtiramla,
jurnalist Fariz Quliyev.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vətəndaş İlham Əliyevə müraciət etdi

    Vətəndaş İlham Əliyevə müraciət etdi ...

    24-11-2014, 22:29

  • 
  • YAP MSK-ya şikayət etdi

    YAP MSK-ya şikayət etdi ...

    20-09-2013, 18:21

  • 
  • «Vahid Millət» Dövlətçiliyə Dəstək İ.B jurnalistləri təbrik edir

    «Vahid Millət» Dövlətçiliyə Dəstək İ.B ...

    22-07-2013, 11:11

  • 
  • YAP iyunun 7-də prezidentliyə namizədini təsdiqləyəcək

    YAP iyunun 7-də prezidentliyə namizədini ...

    1-06-2013, 20:13

  • 
  • YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya təqdim etməyə hazırlaşır

    YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya ...

    5-08-2013, 19:29


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (83)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu