GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır

Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır

Tarix: 15-01-2019, 13:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 800
Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır


Zamirə Hacıyevanın oğurladıqları üzə çıxdıqdan sonra İngiltərədə daxili işlər nazirinin rəhbərliyi ilə Azərbaycandan gələn pul vəsaitlərini araşdırmaq üçün qrup fəaliyyətə başlayır; Anar Məmmədov bu ölkədə ən çox varidatı olan azərbaycanlı hesab olunur

Böyük Britaniyada fırıldaqçılıq, korrupsiya və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə xüsusi qrup yaradılacaq. Bu barədə “Report” “Deutsche Welle”yə istinadən xəbər verir.

Qrupa maliyyə naziri Filip Hammond və daxili işlər naziri Sacid Cavid rəhbərlik edəcək. “Santander”, “Lloyds” və “Barclays” banklarının nümayəndələri isə qrupun tərkibində yer alacaq.

S.Cavidin sözlərinə görə, rəsmi London korrupsiyaya qurşanmış fırıldaqçılara qarşı bütün cəbhələrdə addımlar atmaq niyyətindədir. Yeni antikorrupsiya strukturu əsasən Rusiyadan, MDB ölkələrindən, Nigeriyadan və Asiya ölkələrindən gələn pul vəsaitlərinə diqqət yetirəcək.

Britaniya Maliyyə Nazirliyinin hesablamalarına görə, ölkədə hər il ümumi dəyəri 14,4 milyard funt sterlinqə bərabər olan iqtisadi cinayətlər törədilir.

İngiltərə bir neçə il bundan əvvələdək oliqarxlar üçün cənnət sayılırdı və bu ölkəyə yönləndirilən pulların mənbələri ilə rəsmi London maraqlanmırdı. Amma dünyada çirkli pulların yuyulmasına göz yuman ölkə kimi tanınması Britaniyanı narahat etməyə başladı. Məlumdur ki, Britaniyada Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevaya qarşı vəsaitlərin mənimsənməsi ittihamı üzrə iki cinayət işi qaldırıblar. Ev dustağı edilən xanım Hacıyevanın dəyəri milyonlarla funt-sterlinqlə ölçülən əmlaklarına həbs qoyulub. Qərardan da göründüyü kimi, Britaniya hökuməti adları korrupsiyada hallanan əcnəbilərin, eləcə də Azərbaycandan bu və ya digər səbəbdən qaçmış digər oliqarxların yaxasını buraxmaq fikrində deyil.

Londonda bəzi azərbaycanlı oliqarxların və iş adamlarının dəyəri milyonları aşan malikanələrinin olması sirr deyil. Amma məlumatlara görə, onlar arasında ən çox varidatı olan sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. Britaniyanın Cinayətkarlığa qarşı Mübarizə Agentliyinin (“National Crime Agency”) yaydığı hesabatda bildirilirdi ki, Londonu çirkli pulların yuyulması və qanunsuz daşınmaz əmlakın alınması mərkəzinə çevirən şirkətlər və dövlətlər arasında Azərbaycanın da adı var. Həmçinin digər beynəlxalq hesabatlarda deyilirdi ki, sabiq MTN şefi Eldar Mahmudovla oğlu Anar Mahmudovun, eləcə də sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Londonda mənbəyi şübhəli olan əmlakları var.

Britaniyada Məmmədovların “BROOKWOOD INTERNATIONAL lIMITED” şirkəti olduğu rəsmi mənbələrlə təsdiqlənmiş məlumatdır. Şirkətin təsisçisi və direktoru A.Məmmədovdur. Şirkətin yerləşdiyi özəl mülkiyyət isə A.Məmmədov tərəfindən hələ bir neçə il bundan əvvəl 2 milyon 700 min funt sterlinqə alınıb. Bir il əvvəl isə Məmmədovlar bu malikanəni 9 milyon 500 min funta satışa çıxarmışdılar. Malikanənin yerləşdiyi küçə Londonun bahalı ərazilərindən hesab olunur. Malikanənin satılıb-satılmadığı məlum deyil. Bilinən həm də budur ki, Məmmədovların rusiyalı və səudiyyəli oliqarxlarla Britaniyada şərikli daha bir neçə şirkətləri var.

Londonun mərkəzində tikilmiş çox bahalı “One Hyde Park” yaşayış kompleksində mənzil sahiblərindən biri Anar Məmmədovdur. Təxminən 1,7 milyard dollara başa gələn dünyaca məşhur dəbdəbəli kompleksdə mənzillərin kvadrat metri 100 min dollardan başlayır. Kompleksdə ən ucuz mənzilin dəyəri 29 milyon dollardır.

Tanınmış vəkil Əkrəm Həsənov hələ bir müddət əvvəl yerli mediaya açıqlamasında demişdi ki, “Britaniya yaxın vaxtlarda sabiq spiker Rəsul Quliyevin və keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun əmlakına da həbs qoymaq niyyətindədir”. Güman ki, yeni yaradılacaq qrupun “qara siyahısı”na varidatının mənbəyi şübhəli olan bir neçə azərbaycanlı oliqarxın adı da salınıb. Bu sırada isə Məmmədovların başda olacağı gözləniləndir. Yada salaq ki, A.Məmmədov iki ildən çoxdur ki, Azərbaycanı tərk edib və Bakıya hələ də bilinməyən səbəblərdən qayıtmır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Anar Məmmədov Londondan qaçmağa məcbur qala bilər

    Anar Məmmədov Londondan qaçmağa məcbur qala bilər ...

    6-06-2018, 12:31

  • 
  • Sabiq nazirlərin Anarlarına bəd xəbər var

    Sabiq nazirlərin Anarlarına bəd xəbər var ...

    5-02-2018, 10:00

  • 
  • Ziya Məmmədovun xaricə qaçırdığı pullar TƏHLÜKƏDƏ... - GƏLİŞMƏ

    Ziya Məmmədovun xaricə qaçırdığı pullar ...

    10-10-2018, 11:59

  • 
  • Oliqarxların London sirləri açılır

    Oliqarxların London sirləri açılır ...

    9-04-2017, 23:11

  • 
  • Londonda çirkli pullara qarşı mübarizəni Cahangir Hacıyevdən başladılar - ZAMİRƏNİN MALİKANƏSİ, BRİLYANTLARI VƏ ŞƏXSİ TƏYYARƏSİ...

    Londonda çirkli pullara qarşı mübarizəni Cahangir ...

    8-10-2018, 13:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (492)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu