GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ağstafanın Vurğun (Qrünfeld) kəndindən reportaj-FOTOLAR

Ağstafanın Vurğun (Qrünfeld) kəndindən reportaj-FOTOLAR

Tarix: 28-01-2019, 15:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 679
Ağstafanın Vurğun (Qrünfeld) kəndindən reportaj-FOTOLAR


II hissə
Qəzalı vəziyyətdə olan baxçalar və...

Vurğun ( Qrünfeld ) kəndindən növbəti
təəssüratıma başlamadan öncə ABŞ-ın dünyaca məşhur qaradərili gitaraçı-müğənnisi, blüz janrının kralı hesab edilən Bi Bi Kinqin ( əsl adı Rayli Bencamin Kinq ) aforizmini qeyd etmək yerinə düşər:

Ağstafanın Vurğun (Qrünfeld) kəndindən reportaj-FOTOLAR


“Təhsildə ən gözəl cəhət odur ki, onu sənin əlindən heç kəs ala bilməz”.
Amma blüz kralı olan xanəndə bu ifadəni söyləyərkən ya çox tələsib, ya da yanılıb. Çünki Suriyada, Liviyada, Yəməndə, Əfqanıstanda, Fələstində, eləcə də Afrikanın və Hind-Çin yarımadasının bəzi ölkələrində başda uşaqlar olmaqla insanların oxumaq hüquqları xəyal olaraq qalmaqdadır. Sadalanan dövlətlərin bəzisində müharibə-münaqişələr, bəzilərində isə epidemiyalar, aclıqlar insanların təhsil almaları qarşısında möhkəm səddə çevrilib. Amma təhsil həsrəti çəkənlər, məktəblərin xarabalığa çevrilməsi yalnız yuxarıda qeyd etdiyim ölkələrlə məhdudlaşmır. Elə “dinamik” inkişafda olan Azərbaycanda da təhsil ürəkaçan vəziyyətdə deyil. Kimiləri imkansızlıqdan, kimisi “müəllim”lər ( yaxşı istisnalar xaric ) ordusunun alverçiliyindən, bəzən də məktəblərin yararsız, qəzalı olması dolayından normal təhsil ala bilmirlər.

Ağstafanın Vurğun (Qrünfeld) kəndindən reportaj-FOTOLAR


Heç kimə sirr deyil ki, dəniz səviyyəsindən 1500-2000 metr yüksəklikdə yerləşən əksər kəndlərin uşaq baxçaları, məktəbləri son dərərcə yararsız vəziyyətdədir.
Zavallı almanlar tərəfindən salınan Qrünfeld (Vurğun) kəndi nə 2000 metr yüksəklikdə, nə də sıx meşələrlə əhatələnmiş vəhşi təbiətin qoynunda yerləşir. Kəndin coğrafi relyefi düzənlikdir. Lakin buna baxmayaraq kəndi gəzən zaman xaraba qalmış, yanmış, qəzalı evlər gözümdən yayınmadı. Ən böyük sarsıntını isə, baxçaların vəziyyətini görən zaman keçirdim. Onu da qeyd edim ki, kənddə iki baxça, bir məktəb var.
Dövlətin təhsil haqqında qanununda Körpələr evi – Uşaq baxçaları ilkin ibtidai təhsilə hazırlıq kimi qeyd edilir. Kəndin hər iki Körpələr evi – Uşaq baxçaları Bosniya müharibəsindən çıxmış binaları xatırladır. №1 baxçada cəmi səkkiz, №2 baxçada isə 20-yə yaxın uşaq təlim-tərbiyə alır. Uşaqların belə az olması hər iki binaların yararsız vəziyyətdə və qızdırma sistemlərinin olduqca zəif olması ilə bağlıdır. №1 baxçada vəziyyət olduqca acınacaqlıdır. Binanın pəncərələrinin çoxu sıradan çıxıb, dam örtüyü qəzalı vəziyyətdədir hər an uçmaq təhlükəsi var. Ətrafı zibillik, uzunmüddətli biçinməmiş otlarla çəpərlənib. Həyətində itlər yuva salıb.
Gördüklərimdən aydın olur ki, hər iki binalar neçə onilliklərdir təmir üzünə həsrət qalıb. Baxçaların direktorları binaların qəzalı vəziyyətdə olması ilə bağlı aidiyyatı qurumlara şikayətlərini bildiriblərmi?!...
Bəzi müəllimlərdən bina barədə söz açanda, “əşşi kimdi eee şikayətə-zada baxan, şikayətdə edən də deyirlər canınız çıxsın öz vəsaitləriniz hesabına təmir edin, ya da ərizənizi yazın çıxın”.
Aldığım cavablarda həqiqət olsa da, yalanlar da az deyil. Çünki ölkə başçısı, Təhsil nazirliyi, “Heydər Əliyev Fond”u baxçaların, məktəblərin təmirinə, restavrasiyasına kifayət qədər vəsait ayırır. Təbii ki, icra orqanlarındakı bir çox acgözlər, vicdanı, şərəfi olmayanlar bu pulları mənimsəyir. Amma günahı yalnız məmurların üstünə atmaq ədalətli yanaşmadımı?! Əlbəttə ki, yox! Bu xoşagəlməz hala hər iki baxçanın direktorları, müavinləri, eləcə də həqiqəti görüb susan müəllimlərin hamısı birinci növbədə günahkardırlar! Çünki kreslolarını itirməmək, maaşdan başqa “gəlir”lərindən, yeyintilərindən məhrum olmamaq üçün ağızlarına su alıb oturmaqdadırlar.
Kənddə olduğum 11 gün ərzindəki araşdırmalarım nəticəsində bəlli oldu ki, №2 baxçanın direktoru Qasımova Rahilə bəzi üzdəniraq “jurnalist”lərin ciblərinə “şirinlik”lər basıb razı yola salaraq həm öz qanunsuzluqlarını komuflyaj edib, həm də özlərini media nümayəndəsi kimi təqdim edən ikiayaqlıları yığıcılığa dadandırıb.
Belə vicdansız müəssisə rəhbəri olanlar həqiqəti nə vaxta kimi gizlədəcəklər? Yəgin gözləyirlər ki, çürümüş dam örtüyü körpələrin başına uçsun ondan sonra rahatlanacaqlar...

Ağstafanın Vurğun (Qrünfeld) kəndindən reportaj-FOTOLAR


Uşaqlara bu cür qayğı göstərən üzdəniraq direktor, müəllimləri görən zaman kəndin məktəbinin hansı vəziyyətdə olduğunu bilmək üçün yol aldım birbaş təhsil müəssisəsinə. Təyinat başına çatanda qarşıma əksər kənd məktəbləri kimi yararsız vəziyyətdə olan bina əvəzinə normal təmirli, üçmərtəbəli bina çıxdı. Binanın hər bir otağında qızdırma sistemləri təchic edilmişdi və işlək vəziyyətdə idilər. Məktəbin idarə heyəti məni isti qarşıladı. Məktəb direktoru Tahir müəllim hər hansı dərsdə içtirak edə biləcəyimi də bildirdi. Fürsətdən istifadə edib 10C sinifində öz ixtisasım olan GÇQHH dərsində iştirak etdim. Fənni 25 ildən çox pedaqoji təcrübəsi olan Arif müəllim tədris edirdi. Söhbət əsnasında bəlli oldu ki, Arif müəllim məktəbdə həmçinin şahmatdan da dərs deyir. Hətta məktəbin şahmat komandası bölgələrdə təşkil olunan yarışlarda dəfələrlə birinciliyi də götürüb. Ağstafa rayonu üzrə ali məktəblərə qəbul olanlar içərisində ən yüksək göstərici də məhz bu kəndin abituriyentləridir. Qısası məktəblə bağlı gördüklərim məni çox sevindirdi. Gələcəkdə bu məktəbdə təhsil alan şagirdlərin sayəsində bəlkə kənd ağ günə çıxdı.
Ardı var...

Abdulla İsmayıloğlu
GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ağstafanın Vurğun kəndindən reportaj - FOTOLAR

    Ağstafanın Vurğun kəndindən reportaj - FOTOLAR ...

    23-01-2019, 16:13

  • 
  • Təhsildə yenilik - məktəblərin “Nümunəvi Nizamnaməsi” dəyişdi

    Təhsildə yenilik - məktəblərin “Nümunəvi ...

    4-11-2015, 17:20

  • 
  • Xalq artisti: "Mən olan toyda hər kəs..."

    Xalq artisti: "Mən olan toyda hər ...

    10-02-2016, 14:29

  • 
  • Vurğun Əyyubdan Arif Hacılı haqda şok açıqlama

    Vurğun Əyyubdan Arif Hacılı haqda şok açıqlama ...

    29-09-2014, 12:37

  • 
  • Vurğun Əyyub Məleykə Abbaszadəni “topa tutdu”

    Vurğun Əyyub Məleykə Abbaszadəni “topa tutdu” ...

    23-09-2017, 20:10


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (369)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu