GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Yekəxana başçı müavininin bəd əməlləri ölkə başçısının atdığı addımlara adekvat deyil

Yekəxana başçı müavininin bəd əməlləri ölkə başçısının atdığı addımlara adekvat deyil

Tarix: 3-02-2019, 10:29 Bölmə :GündəmXəbər / Manşet Baxış: 946
Yekəxana başçı müavininin bəd əməlləri ölkə başçısının atdığı addımlara adekvat deyil


Tural Quliyevin törətdiyi qanunsuzluqlar şahbuzluların işini Allaha qoyub

Məmur yekəxanalıq etməməli, qanunsuz tələb irəli sürməməli, rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.


Dövlətimizin başçısı bütün çıxışlarında qeyd edir ki, insanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə, məmur-vətəndaş münasibətlərinin xüsusi yer tutduğunu da vurğulayır: "Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır – özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax, belə, dediyim kimi olmalıdır.

Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də, göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir. Biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun, xoşagəlməz hallara son qoyulmalıdır”.

Əfsuslar olsun ki, bəzi vəzifə sahibləri dövlət başçısının yuxarıda göstərdiyi düz yolla getmir, onun iradəsinə zidd xoşagəlməz əməllər torətməklə, yürütdüyü hərtərəfli uğurlu siyasətə kölgə salırlar. Naxçıvan Muxtar Respublikasının təbii sərvətlərlə zəngin dilbər guşələrindən biri olan Şahbuz rayonunun sakinləri də, məmur özbaşınalıqlarından əziyyət çəkənlər sırasındadırlar. Onlar, sözün həqiqi mənasında, olmazın məmur əziyyəti ilə üzləşirlər. Bəd əməllərlə insan hissləriylə oynayan, onları “sındıran” belə məmurların önündə gedənlərdən biri də, rayon icra başçısının müavini Tural Quliyevdir. Özü də, ozünü başqalarından fərqləndirməyə çalışanlardan, gözlərini xalqdan gizlədən, bu məqsədlə qara eynək taxanlardandır. Ondan qorxanlar dalınca “Dördgöz” deyirlər.

“Dördgöz"ün qanunsuz "qəti" göstərişləriylə, insanları xofda, qorxu içərisində yaşadırlar ona tabe olan digər iradəsiz məmurlar. Məqsədli surətdə evlərə, həyətlərə icazəsiz, yerli-yersiz təxminən on dövlət qurumunun əlliyə yaxın əməkdaşı daxil olur. Beləcə, rayon camaatı heç bir əsas olmadan sıxışdırılır. Tural Quliyev haqq səsini ucaldanları, konustitusyon hüquqlarını tələb edənləri yerindəcə döydürtməkdən, onları sutkaliq həbsə atdırmaqdan belə çəkinmir. Etdiyi qanunsuzluqların da adını belə qoyur ki, guya, "filankəs dövlətə qarşı çıxır, sədrin göstərişlərini pozur”. Bu kimi əsassız, sərsəm "sığorta sözlərlə" törətdiyi qanunsuz əmməllərinə “don geydirən" başçı müavini haqqında rayon camaatı nələr danışmır?!.

Yekəxana başçı müavininin bəd əməlləri ölkə başçısının atdığı addımlara adekvat deyil


WhatsApp Image 2019-02-02 at 22.34.40.jpeg...Vay o günə ki, vətəndaş Naxçıvan Ali Məclisinə şikayətə gedə və ya onun elektron ünvanına başına gətirilənlər barədə hansısa şikayət xarakterli müraciət yaza! Elə, həmin gün, şikayətçi vətəndaşın başına "od ələnir". Naxçıvana şikayətə gedən, qayıdanda Şahbuza qalxan həmin sakin, “Vayxır” deyilən dik ərazidə Turalın Quliyevin qeyri-rəsmi əmriyə saxlanılır. Elə, buradaca, şikayətə getdiyi üçün, dəhşətli işgəncələrə məruz qalır.

İradəcə olduqca zəif olan Şahbuzun icra başçısı Rafael Babayevi barmağına dolayan onun bu müavininin pis əməllərinin səsi hər gün çıxmaqdadır. Ən pisi odur ki, Ali Məclisin adından istifadə edərək, rayon camaatını əzdirir bu harın, yekəxana kreslo sahibi. Etdikləri adı əməlləri də, qanuna, kitaba sığan deyil. Məsələn, mal-qara saxlayanlara bərk-bərk tapşırtdırır ki, heyvanlarını otlağa elə aparsınlar ki, biçarə mal-qara yolu “batırmasın”. Və ya, dam-tövlə sahibi içəridən çıxan peyini həyətə tökməsin və sairə, və ilaxır. Daha bir qəribəlik: Əgər hansısa inzibati binanın açılışında Vasif Talıbov əhalini incitmədən, kompensasiya ödəyərək, üç metr yolu genişləndirməyi şifahi şəkildə tövsiyə edirsə, Rafel Babayevlə Tural Quliyev, “ağına-bozuna baxmadan", həmin ərazinı darmadağın etdirir, bir manat da kompensasiya ödəmir, narazılıq edəni isə, sürütdürərək, polis məntəqəsinə apartdırır.

Əslində, Vasif Talıbovun naxçıvanlıları sevdiyini, bu sayaq cılız işlərlə məşğul olmadığını və heç buna vaxtı belə çatmadığını hər kəs gözəl bilir. Lakin sonda Tural Quliyevin Ali Məclis rəhbərliyini inandıra biləcəyindən tam əmin olan sakinlər, qorxudan "dillərini qarınlarında saxlayırlar". Məhz, buna görə, rayonda hər kəs pıçıltı ilə danışır. Sanki 1937-ci ildir, Şahbuzda hələ də repressiya hökm sürür.

Bu yerdə, narahatçılıq doğuran başqa bir məsələyə də toxunmağı vacib bildik. Hamı deyir ki, rayonun bütün idarə, müəssisə, təşkilat müdirləri Tural Quliyevin “şinelindən çıxıblar". Elə, buna görədir ki, rayon Su İdarəsinin rəisi, Təhsil Şöbəsinin müdiri, Uşaq Baxçasının müdirəsi, xələfi olan İşıq İdarəsinin rəisi və sair onlarla idarə rəhbəri, şəxsən onun göstəriş və himayəsi altında, qorxub-cəkinmədən camaatı soyurlar. Üstəlik, müxtəlif ağlagəlməz bəhanələrlə, yuxarıların adından sui-istifadə etməklə, “gəncləşdirmə siyasəti pərdəsi altında"... öz xeyirlərinə yararlanırlar. Tural Quliyev ali məktəbləri güc-bəla, birtəhər bitirən, diplomları toz içində yatan, bir il belə iş təcrübəsi olmayan “məzunları” da vəzifəyə təyin etdirir. Təbii ki, başçı Rafael Babayevin imzası ilə. Vətəndaş-məmur münasibətlərindən, etik davranışlardan bixəbər olan bu gənc, təcrübəsiz "kadrlar” da, Tural adlı “allahlarına” güvənərək, sakinləri “gözlərini qırpmadan” incidirlər. Bəzən, düşmən blokadasında olan bu əyalətin ev sahiblərinin də, komunal haqq-hesab sayğaclarına, çirkin niyyətlə “barmaq edilir". Allah göstərməsin, yazıq, biçarə ailə başçısının qara günləri də, elə, bundan sonra başlayır. Qurumlar bunu “müəyyən” etdikdə, abonentlər yaxşıca döyülür, yeddi sutka qeyri-rəsmi həbs edilirlər. Həbsdən sonra da, bir-iki min manat sələmə pul götürərək, sayğac aid olan qurumun rəhbərinə verirlər ki, onları daha incitməyib, əl çəksinlər onlardan. Həmin məmurlar da, bu “şirinlikləri” ağaları Turala çatdırırlar...

Onu da qeyd edək ki, rayon ictimaiyyəti, o cümlədən dövlət işində çalışanlar hər şənbə günü “iməcilikdə” olurlar. Ancaq onlar dövlətin nəfinə deyil, şəxsi məqsədlər üçün istismar edilirlər. Misal üçün, başçının, Tural Quliyevin fermalarının içini və həyətini təmizləyir, restoranlarının böyür-başına sal daşlar döşəyir və sair işlər görürlər. Hətta iş o yerə çatır ki, iməciliyə gedən insanlar, Allah-təaladan yağış yağdırmasını yalvarışla xahiş edirlər ki, bəlkə Tural Quliyev və Rafael Babayev islanmaqdan “qorxub”, həmin şənbə günü onların o ağır işdə işləmələrinə əmr verməsinlər.

Bəs, görəsən, bu əzazil, sakinlərə bu boyda divan tutmaq "səlahiyyəti olan Tural Quliyev kimdir?! Deyək, oxucularımız da bilsinlər bu “dəli oğlanın” kimliyini. Qərəzsiz-filansız, şər-şəbatasız deyirik ki, o, o vaxtlar Ulu Öndər Heydər Əliyevə qarşı çıxan, onun yürütdüyü siyasətə qara yaxan məşhur müxalifətçi Qeyrət Quliyevin əmisi oğludur. Müxalifətçi əmisi oğlundan "dərin tərbiyə" alıb, onun tövsiyələri ilə böyüyüb. Yəqin ki, camaatdan da, elə, bunun qisasını alır. Məgər, adi bir vətəndaş günahkardırmı ki, Qeyrət Quliyev doğulduğu Naxçıvana, onun düşünən beyni hesab edilən Heydər Əliyevə ağ olub?! Bəs, görəsən, Muxtar Respublikanın hörmətli rəhbərləri, Tural Quliyevin onların adından bəhrələndiyini bilmirlər?! Əgər bilirlərsə, o zaman nədən, o, “əl quzusu” kimi bəslənir?!.

Bu və bu kimi narahatedici çox qəribə suallar gecə-gündüz hədsiz düşündürür şahbuzluları. Düşündurücü bu sualların cavablarını tapmaq üçün, araşdırmalarımızı davam etdiririk. Tural Quliyevin Şahbuz rayon İşıq İdarəsinin rəisi olanda, hər ay əhalidən yığılmış işıq pulundan yüksək məbləğləri necə mənimsədiyi də, bu sualların cavabını tapmağa ağırlıq gətirir. Olduqca düşündürücü olduğu üçün, araşdırma yazılarımızı izləyin.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “onların cəzası veriləcək”

    “onların cəzası veriləcək” ...

    2-02-2017, 21:00

  • 
  • Məmur bu cür olmalıdır… - Prezident

    Məmur bu cür olmalıdır… - Prezident ...

    31-01-2017, 23:59

  • 
  • Azərbaycan prezidenti: “Məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar”

    Azərbaycan prezidenti: “Məmurlar özlərini apara ...

    12-07-2017, 20:45

  • 
  • İlham Əliyev məmurlara və övladlarına xəbərdarlıq etdi - Video

    İlham Əliyev məmurlara və övladlarına xəbərdarlıq ...

    26-01-2016, 17:10

  • 
  • PREZİDENT İMİŞLİ SSİ-NİN RƏİSİ NİZAMİ MƏMMƏDOVA “TƏRƏQQİ” MEDALI VERDİ, O İSƏ… - RƏZALƏT DAVAM EDİR (Foto və video – yenilənib)

    PREZİDENT İMİŞLİ SSİ-NİN RƏİSİ NİZAMİ MƏMMƏDOVA ...

    16-06-2017, 17:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino . escortnica.ru
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu