GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » CAVİD QURBANOV XARİCDƏN 5 QATAR ALDI, BİRİ YOLDA “YOXA ÇIXDI” – Qalmaqal

CAVİD QURBANOV XARİCDƏN 5 QATAR ALDI, BİRİ YOLDA “YOXA ÇIXDI” – Qalmaqal

Tarix: 5-02-2019, 11:32 Bölmə :GündəmXəbər / Manşet Baxış: 668
CAVİD QURBANOV XARİCDƏN 5 QATAR ALDI, BİRİ YOLDA “YOXA ÇIXDI” – Qalmaqal


Beynəlxalq aləmdə Azərbaycan dövlətinin etibarını zədələyəcək, xarici şirkətlərin Bakı ilə ticari münasibətlərdə daha ehtiyatlı mövqe tutmasına səbəb olacaq qalmaqallı məhkəmə prosesi başlayıb.

Yavarın 25-də Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsində Latviyanın "ALBUVE” Açıq Səhmdar Cəmiyyətinin (ASC) "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) qarşı iddiası üzrə hazırlıq iclası keçirilib. Şirkətin iddiasına eyni zamanda Latviya Arbitraj Məhkəməsində də baxılacaq.

Bəs iddia nədən ibarətdir?

"AzPolitika.info” saytına verilən məlumatlardan və təqdim olunan sənədlərdən belə məlum olur ki, "Azərbaycan Dəmir Yolları” QSC ilə Latviyanın "ALBUVE” ASC şirkəti arasında 02.03.2015- ci il tarixdə 5 ədəd elektrik qatarının alınması barədə müqavilə imzalanıb.

Ümumi dəyəri 4 669 500 avro (dörd milyon altı yüz altmış doqquz min) olan müqaviləni "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və "ALBUVE” ASC-nin sədri Albert Uvarov imzalayıblar.

Müqavilədə Latviya şirkəti Azərbaycan tərəfinə hər biri 4 vaqondan ibarət ER-2 seriyalı 5 elektrik qatarını 2015-ci ilin may ayının 31-nə qədər təhvil verməyi öhdəsinə götürüb. "Azərbaycan Dəmir Yolları” QSC-nin isə həmin qatarları təhvil alması və 15 il ərzində müvafiq qaydalara uyğun onların əsaslı təmirini həyata keçirməsi nəzərdə tutulub.

Bu müqavilənin sonradan tərəflər arasında niyə məhkəmə çəkişməsinə səbəb olduğuna keçməzdən əvvəl diqqətimizi cəlb edən maraqlı bir detalı qeyd etməyi lazım bilirik. Belə ki, Cavid Qurbanov Latviya şirkəti ilə bu müqaviləni "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsinə təyinat aldıqdan (9 fevral 2015-ci il) cəmi 3 həftə sonra imzalayıb.

Bu cür yüksək dəyərə malik bir müqavilənin belə qısa müddətdə hazırlanaraq imzalanması maraq doğurur. Əlbəttə, Cavid Qurbanovun təyin olunar-olunmaz dərhal işə başlamasını təqdir də etmək olar. Ancaq müqavilə bağlanarkən tələskənliyə yol verilməsinin sonradan bir sıra suallar və problemlər doğurduğunu da qeyd etməliyik.

logotip4Bunu bir müddət sonra ilkin müqavilədə əksini tapmayan məsələlərin həlli üçün "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla "ALBUVE” ASC-nin sədri Albert Uvarov arasında əlavə razılaşmaların imzalanması da təsdiqləyir. Məsələn, 370 700 avro dəyərində olan ikinci razılaşmada ilkin müqavilədə "yaddan çıxan” müddəalar əks olunub.

Belə ki, ilkin müqavilədə elektrik qatarlarının "Azərbaycan Dəmir Yolları” QSC-yə Riqada təhvil verilməsi nəzərdə tutulub ki, bu da görünür, müəyyən problemlər yaradıb. Hər halda 01 oktyabr 2015-ci il tarixdə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla "ALBUVE” ASC-nin sədri Albert Uvarov arasında imzalanan 370 700 avroluq əlavə razılaşmada 5 qatarın Azərbaycana nəql edilməsi (104 500 avro müqabilində), həmin qatarlarda radiostansiyaların quraşdırılması (57 200 avro müqabilində) və 3301 saylı qatarın 2 baş vaqonun modernləşdirilməsi (209 000 avro müqabilində) nəzərdə tutulub. Müqavilənin müddəti isə 2015-ci ilin dekabr ayının 31-ə qədər uzadılıb.

Ancaq maraqlıdır ki, müqavilənin üzərindən 3 il keçdikdən sonra tərəflər arasında məhkəməyə qədər gedib çıxan mübahisə yaranıb.

"AzPolitika.info” saytına daxil olan məlumata görə, Latviyanın "ALBUVE” ASC şirkəti "Azərbaycan Dəmir Yolları” QSC-ni müqavilənin şərtlərini yerinə yetirmədiyini əsas göstərərək məhkəməyə verib – həm Bakıda, həm də Latviyada.

Şirkət bütün elektrik qatarlarını təqdim etməsinə, bununla bağlı iki tərəfin təmsilçiləri arasında elektrik qatarlarının təhvil-təsliminə dair Akt tərtib edilməsinə baxmayaraq, "Azərbaycan Dəmir Yolları” QSC-nin müqavilədə nəzərdə tutulan vəsaiti tam ödəmədiyini, 522 000 avro borclu qaldığını iddia edir. Buna görə də məhkəmədə "Azərbaycan Dəmir Yolları” QSC-nin hesabından 522 000 avro tutularaq "ALBUVE” ASC-yə ödənilməsi barədə iddia qaldırıb. İddiasında, həmçinin bu vəsait ödənilənə qədər "Azərbaycan Dəmir Yolları” QSC- nin 522 000 avro dəyərində əmlakına həbs qoyulması tələbi əksini tapıb.

"AzPolitika.info” saytına verilən məlumata görə, "Azərbaycan Dəmir Yolları” QSC borclu qaldığı 522 000 avro vəsaiti ödəməməsinin səbəbi kimi "ALBUVE” ASC-nin elektrik qatarlarından birini təhvil verməməsini göstərir.

Ancaq şirkətin təmsilçiləri bunun həqiqətə uyğun olmadığını iddia edirlər. Bildirirlər ki, əvvala ortada təhvil-təslim Aktı var.

İkincisi, elektrik qatarının birinin qiyməti təxminən 934 min avroya bərabərdir. "Azərbaycan Dəmir Yolları” QSC-nin Latviyanın "ALBUVE” ASC şirkətinə isə cəmi 522 000 avro borcu qalıb. Əgər Latviya şirkəti elektrik qatarlarından birini təhvil verməyibsə niyə ona əlavə 412000 avro ödənilib?

Üçüncüsü və ən əsası, Latviya şirkəti əgər doğrudan da elektrik qatarlarından birin təhvil verməyibsə, niyə "Azərbaycan Dəmir Yolları” QSC ötən 3 il ərzində "ALBUVE” ASC-ni məhkəməyə verməyib?

Eyni zamanda Latviya şirkəti elektrik qatarlarından birini təhvil verməyibsə, təhvil-təslim Aktı "Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri tərəfindən nəyə görə imzalanıb?

Beləliklə, nə qədər təəccüblü olsa da, belə çıxır ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin Latviyadan aldığı 5 elektrik qatarından biri yoxa çıxıb. Baxmayaraq ki, Azərbaycan dövləti bu qatarların pulunu son qəpiyinədək ödəyib! Lakin təxminən 2 milyon manat dəyərində olan bir qatar ortada yoxdur və Latviya Şirkətinə də 1 milyon manatlıq borc yaranıb.

"Latviya şirkətinə ödənilməli olan pulun Gürcüstan üzərindən bir Avropa ölkəsinə – Avstriyaya ötürüldüyünə dair çox ciddi şübhələr var”, – mənbə həmçinin bildirib.

Bu şübhənin hansı məlumat və faktlara əsaslandığı haqda daha sonra. Hələlik diqqəti "Azərbaycan Dəmir Yolları” QSC-yə qarşı şok iddia əsasında başlayan məhkəmə proseslərinə yönəltmək niyyətindəyik.

İlk iclas fevralın 5-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Səbinə Nuriyevanın sədrliyi ilə baş tutmalıdır.

Qeyd edək ki, mövzu ilə bağlı "Azərbaycan Dəmir Yolları” QSC-yə ünvanladığımız yazılı sorğuya hələ ki, cavab verilməyib. QSC-nin mövqeyi əlavə olunacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezidentdən yeni təyinat

    Prezidentdən yeni təyinat ...

    9-02-2015, 22:28

  • 
  • QSC-də Əlirza Süleymanov erası bitir - onun yerinə Ukraynadan kadr gətirilir

    QSC-də Əlirza Süleymanov erası bitir - onun ...

    31-10-2018, 14:19

  • 
  • CAVİD QURBANOV bir qrup jurnalistə ev bağışladı

    CAVİD QURBANOV bir qrup jurnalistə ev bağışladı ...

    6-09-2017, 13:15

  • 
  • Ziya Məmmədovla Arif Əsgərov arasında qalmaqal yaşanır

    Ziya Məmmədovla Arif Əsgərov arasında qalmaqal ...

    7-05-2014, 09:48

  • 
  • Cavid Qurbanov və onun başının dəstəsi… – Baş dəmiryolçu şikayətçilərdən necə qorunur?

    Cavid Qurbanov və onun başının dəstəsi… – Baş ...

    7-04-2018, 15:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu