Adil Məmmədovun rayonundan şikayətlər kəsilmir...Qobustandan, əsasən də bu rayonun ucqar kəndlərindən daxil olan şikayət məktubları onlarladır.
Bu rayon sakinlərinin bütün sahələrdə həll olunası problemləri də saymaqla qurtarmaq olmaz. Kənd sakinlərinin aldadılaraq torpaq sahələrinin başqa şəxslərə satılmasıl ilə bağlı yazılarımızı hörmətli oxucularımız yəqin ki, izləyiblər və yadlarında olar. Qeyd edək ki, həmin problemli məsələ uzun illərdir davam edir və məhkəmədən, məhkəmələrə ötürülərək hələ də həllini tapmamış qalır. Rayonun polis idarəsindən, səfərbərlik və hərbi xidmətəı çağırış idarəsindən, qaz idarəsindən və daha hansı idarələrindən bizim redaksiyamıza şikayət məktubu daxil olmayib? Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov isə heç nə olmamış kimi, vətəndaşların haqlı şikayətlərinə məhəl qoymadan vəzifəsinin başındadır. Bu günlərdə Prezident Adminstrasiyasının Sənədlərlə və Vətəndaşların Müraciətləri üzrə iş şöbəsinin müdiri Süleyman İsmayılov mətbuatda vətəndaşlar tərəfindən ən çox şikayət olunan rayonların adlarını açıqlamışdı. Təsadüfi deyil ki, Qobustan rayonu da bu siyahıda yer alırdı və birincilər sırasında olduğunun hamı şahidi oldu. Bəs belə isə Adil Məmmədov vəzifəsini necə icra edir.
Bu günlərdə Aktualinfo.org onlayn qəzet redaksiyasının elektron poçtuna Qobustan rayon sakini Əsədova Mehri Əsəd qızı tərəfindən yeni bir şikayət məktubu daxil olub. 63 yaşlı qadın Qobustan rayon Dövlət Sosial Müdafiə Fondunun özbaşınalıqları üzləşib, süründürməçiliyinə məruz qalıb. Onun müraciətini olduğu kimi oxucuların diqqətinə çatdırır, əlavə şərhə hələlik ehtiyac duymuruq. Mehri Əsədova yazır:
Mən, 1956-cı il yanvarın 27-də 1-də Qobustan rayonun Qurbançı kəndində anadan olmuşam. Hazırda da pasport qeydiyyatında orada olsam da Abşeron rayonun Aşağı Güzdək qəsəbəsində müvəqqəti yaşayıram. Hazırda 63 yaşım tamam olmuşdur. Ona görə də yaşa görə sosial pensiya almaq istəyirəm.
Mən də bir Azərbaycan vətəndaşı olaraq QANUNVERİCİLİYİN icazə verdiyi halda pensiya hüququndan istifadə edib təqaüdə çıxmaq istəyirəm. Bunun üçün təqdim etdiyim lazımi sənədlərə baxmayaraq Qobustan DSMF-nın şöbə müdiri olan Niyazi müəllim məndən nikahla bağlı, iş yerindən arayışın təqdim olunmasını tələb edir. İzah edirəm ki, şəxsiyyət vəsiqəmdə də qeyd olunub ki. “subay”. Digər tərəfdən mən rəsmən heç yerdə işləməmişəm. Hardan arayış gətirim. Qalan sənədləri də təqdim etmişəm. Qobustan DSMF müdiri də qeyd edir ki, bu adamın təqüdə çıxmaq yaşından hələ bir il də keçib sənədləri hazırla göndərək. Amma Niyazı yenə öz bürokrat ampulasındadır.
Odur ki, yuxarıda qeyd edilənləri və yaşımın 63 il tamam olmasını, həmişə ağır şəraitdə şəxsi təsəsrrüfatla məşğul olmağımı və xəstəliyimi nəzərə alaraq hörmətli Mehriban xanımdan xahiş edirəm ki, məni süründürməçilkdən qurtarıb yaşa görə sosial pensiyasının təyin olunmasına köməklik göstərəsiniz.
Biz yazının başlanğıcında da qeyd etdiyimiz kimi bu müracətə şərh vermək istəməzdik. Qoy Bu müracətə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev münasibət bildirsin, şərh versin. Qoy bu müraciətə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov münasibət bildirsin. Nəhayət qoy bu mürcıətə Qobustan rayon Dövlət Sosial Müdafiə Fondunun müdiri İrşad Həsənov, onun müavini Məsim Niftalıyev və ən nəhayət şöbənin işçisi Niyazi də bir münasibət bildirsin.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?