GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Abdin Fərzəliyevin rayonunda qış zülmü

Abdin Fərzəliyevin rayonunda qış zülmü

Tarix: 20-12-2012, 14:02 Bölmə :Ölkə Baxış: 1 121
Abdin Fərzəliyevin rayonunda qış zülmü

İcra başçısından deputat Adil Əliyevə şikayət edildi

gundemxeber.az Təxminən, bir ay öncə Nərimanov rayonunda yaşayan bir qrup vətəndaşdan daxil olan şikayəti yayımlamışdıq. Bildirmişdik ki, qışın gəlməsinə rəğmən hələ də yaşadıqları binaların istilik sistemləri aktivləşdirilməyən sakinlər bununla bağlı rayonun icra başçısı Abdin Fərzəliyevə müraciət ediblər. Lakin problem həll edilməyib. Bundan sonra sakinlər problemləri ilə bağlı ölkə başçısı İlham Əliyevə məktub ünvanlamış, ondan kömək istəmişdilər.
Ancaq bu gün redaksiyamıza daxil olan yeni məlumatdan belə anlaşılır ki, həmin sakinlərin istilik problemləri hələ də həll edilməmiş olaraq qalır. Belə ki, rayonun Aşıq Alı küçəsi, bina 7/19 sakinləri redaksiyamıza yazdıqları şikayətdə soyuqdan donmaq üzrə olduqlarını bildirirlər. Sakinlərin yazdığına görə, rayonun icra başçısı A.Fərzəliyev dövlət başçısı İlham Əliyevə şikayət məktubu yazdıqları üçün onlara hətta ultimatum göndərib və bildirib ki, bu hərəkətlərinin cəzasını çəkəcəklər. Məktubda qeyd edilir ki, qar yağmasına, şaxta düşməsinə baxmayaraq, hələ də yaşadıqları binanın istilik sisteminin qoşulmamasına səbəb icra başçısının onlara qarşı qəzəblidir. A.Fərzəliyev ondan prezidentə şikayət edilməsini həzm edə bilmir və sakinləri soyuqla cəzalandırır.
Biz də redaksiyamıza şikayət daxil olandan sonra bu problemi öz qaynaqlarımızla araşdırmağa başladıq. Məlum oldu ki, Nərimanov rayonun 115 saylı MİS-in müdiri Teymur Mahmudov qeyd olunan binanın zirzəmisinə dolan suyu qurutmadığı üçün binanın istilik sistemi bərpa edilmir. Sakinlər isə bildirir ki. Binalarının zirzəməsindəki su qurudulmasa da, MİS müdiri bunun pulunu ilin əvvəlində onlardan yığıb. İddia olunur ki, rəis hətta binanın istilik sisteminin pullarını da əvvəlcədən alıb. Hətta borularda problemlər olduğu üçün sakinlərin bəzilərindən 100 AZN pul yığıb. Bununla belə, qışın bu sərt dövründə də binalarına istilik verilmir.
Əldə etdiyimiz məlumata görə, adı çəkilən MİS müdiri bütün bu işləri Nərimanov rayonu Mənzil İstismar İdarəsinin rəisi Qoşqar Məmmədova güvənərək həyata keçirir. Sakinlərdən öyrəndiyimizə görə, Q.Məmmədov adı Mİİ müdiri olsa da, rayonda oliqarx kimi yaşayır. Əslən Ordubadın Tivi kəndindən olan bu şəxsin Bakıda bir neçə villasının, xeyli sayda obyektlərinin olduğu iddia edilir.
Onun hətta Novxanıda Bakı Gömrük İdarəsinin rəisi Vüsal Novruzovla qonşuluqda böyük villasının olduğu bildirilir. Sıradan bir Mənzil İstismar İdarəsi rəisinin bu qədər sərvəti necə əldə etdiyi isə maraqlıdır. Onu da qeyd edək ki, Q.Məmmədov Nərimanovdan əvvəl, Xətai və Abşeron rayonlarında da Mənzil İstismar İdarəsinin rəisi vəzifəsində işləyib. Bir sözlə, onun bu sahədə xeyli təcrübəsi var. Xatırladaq ki, Q.Məmmədov rayonun icra başçısı A.Fərzəliyevlə çox yaxın münasibətlərə sahibdir. Bəlli ki, o, rayonda gördüyü işlərdə də icra başçısına güvənir.
Onu da bildirək ki, redaksiyamıza müraciət edən sakinlərin sözlərinə görə, onlar yaxın günlərdə Prezident Administrasiyasının qarşısında aksiya keçirəcək, problemlərinin həllini tələb edəcəklər. Sakinlərin şikayət məktubunda başqa bir maraqlı məqam da var ki, o da Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun onlarla qonşu olmasıdır. Sakinlər bizim vasitəsilə nazirə müraciət edərək bildirir ki, o, həmin binanı bəyənib yaşamasa da, qonşularının bu problemini həll etməkdə onlara yardımçı olsun. Sakinlər deyir ki, nazirin evinin olduğu blok bu il başdan aşağı təmir olunub əla vəziyyətə gətirilsə də, binanın divarları soyuqdan buz bağlayıb. Oradakı sakinlər isə donmaq üzrədirlər. Sakinlər ümid edir ki, nazir H.Bağırov öz qonşularının soyuqdan donmasına göz yummayacaq və rayonun icra başçısına problemin həlli ilə bağlı göstəriş verilməsinə nail olacaq.
Sakinlər həmçinin, bizim vasitəmizlə Nərimanov rayonundan deputat seçilən Adil Əliyevə də müraciət ediblər. Onlar bildirir ki, 2010-cu il parlament seçkilərində yaşadıqları binanın bütün sakinləri Adil Əliyevə səs verib. İndi də ondan adi bir problemlərinin həll edilməsini umurlar. Onlar deyir ki, belə getsə, A.Əliyevin 2015-ci ildə onlardan səs istəməyə heç bir haqqı olmayacaq. Çünki bu gedişlə, o binadan nəinki 2015-ci ilə, heç gələn qışa da sağ adam çıxmayacaq. Soyuqdan donacaqlar.

Rasim Əliyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nərimanov icra başçısı Abdin Fərzəliyev hara baxır?

    Nərimanov icra başçısı Abdin Fərzəliyev hara ...

    5-12-2012, 09:12

  • 
  • Abdin Fərzəliyevin Lənkəran sərgüzəştləri

    Abdin Fərzəliyevin Lənkəran sərgüzəştləri ...

    6-12-2012, 14:38

  • 
  • Abdin Fərzəliyev rayondakı idarə müdirlərindən pul yığır

    Abdin Fərzəliyev rayondakı idarə müdirlərindən ...

    3-10-2014, 15:31

  • 
  • Nəsimi rayonunda qalmaqal

    Nəsimi rayonunda qalmaqal ...

    5-04-2013, 10:21

  • 
  • Eks-icra başçısından prezidentə müraciət: “Bu başçı barədə tədbir görün”

    Eks-icra başçısından prezidentə müraciət: “Bu ...

    7-05-2013, 11:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu