GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Abşeron sakini haqlı mövqeyinə sahib olmaq üçün, ölkə rəhbərindən köməklik istəyir

Abşeron sakini haqlı mövqeyinə sahib olmaq üçün, ölkə rəhbərindən köməklik istəyir

Tarix: 4-03-2019, 14:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 131
Abşeron sakini haqlı mövqeyinə sahib olmaq üçün, ölkə rəhbərindən köməklik istəyir


Bir-iki gün bundan öncə GündemXeber.Az saytının redaksiyasına üz tutan və illər uzunu üz-üzə qaldığı problemin həllinə heç cür nail ola bilməyən, həmçinin Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y\M, Fizuli küçəsi, ev-34 ünvanda Şabanov İbadət Aslan oğlu, redaksiyamıza təqdim etdiyi müraciətində qeyd edir ki, “1998-ci ildə mərhum prezidentimiz Heydər Əliyev Türkiyənin İstanbul şəhərində türk iş adamları ilə görüş keçirdi və görüş zamanı o, iş adamlarına müraciət edib bildirdi ki,

“Siz Orta Asiya respublikalarında tikinti sahəsinə sərmayələr qoyursunuz, bu olduqca gözəl haldır. Həmin respublikalarda yaşayan xalqlar da, müsəlman qardaş-bacılarımızdır. Mən hər birinizi Azərbaycana da dəvət edirəm, gəlin bizim respublikaya da yatırımlar qoyun, yeni-yeni iş yerləri açın, sizə lazımi şərait yaradılacaq”. Həmin vaxt mən Bakı şəhərində idim və televiziya ekranlarında mərhum prezidentimiz Heydər Əliyevin belə bir çağırışını eşitdim. O halda onun iş adamlarına etdiyi çağırışı əsas tutub, Binəqədi RİH-nin sabiq başçısı İnqilab Nadirova müraciət ünvanladım. Məqsədim Bakı şəhərinin 7-ci və 8-ci mkr-nın kəsişməsində yerləşən və bu gün “Kəmalə və Nərmin” şadlıq sarayının əhatə etdiyi ərazidə, məhz böyük tikinti kompleksi inşa etdirmək idi. Onu da bildirim ki, həmin illərdə qeyd olunan ərazi olduqca bərbad halda idi və zibilliklərlə əhatə olunmuşdu. Etdiyim müraciət əsasında RİH-dən cavab verdilər ki, “Get ərazini qaydaya sal və görmək istədiyin işlərə başla”. Aparılacaq tikinti kompleksi işi ilə bağlı Bakı şəhər İH-dən lazım olan sərəncamı da əldə edə bildim.
İxtisasım tikinti mühəndisi olduğundan, həmin vaxt yaxın qohumlarım Ilyas Rzayevlə, Yaqub Məmmədovla və iş icraçısı işlərində çalışan Arif Rüstəmov adlı şəxslərlə görüşüb məsləhətləşdim. Ümumi müzakirələrdən sonra belə qərara gəldik ki, bu işi başa çatdırmaq üçün xeyli məbləğdə pul vəsaiti lazımdır. Düzdür, əvvəlcə belə bir razılıq əldə etdik ki, bu işi başa çatdırmaq üçün lazım olan əsas pul vəsaitini mən, İlyas Rzayev və Yaqub Məmmədov düzüb qoşmalı idik. Həmin vaxtlarda Ilyas Rzayevin Moskvada yaşayan yaxın qohumu reketlər tərəfindən oğurlandı və başı belə bir problemə qarışdığından, o üzərinə düşən pul vəsaitini tam şəkildə düzüb qoşa bilmədi. Belə olan halda iş yarımçıq qalmasın deyə, mən dost-tanışlardan borc pul aldım, həmçinin tikinti işlərinə lazım olan materialları da nisyə götürdüm. Biz ilk əvvəl aramızda şifahi formada belə bir razılaşma əldə etmişdik ki, inşa etdirdiyimiz tikinti kompleksində mən və Yaqub Məmmədov 15 faizə, İlyas Rzayev isə 70 faizə payçı olmalı idik. Yuxarıda qeyd etdiyim kimi, İlyas Rzayevin başı problemə qarışdığından o, ona aid olan vəsaiti tam şəkildə ödəyə bilmədi. Belə olan halda mən bir qohum olaraq aramızda əldə etdiyimiz razılaşmanın pozulmasını istəmədim. Elə ki, tikinti kompleksində işləri başa çatdırdıq və 2000-ci ildə obyektin açılışı oldu, o halda Binəqədi RİH-nin sabiq başçısı, ona yaxın şəxslər, çoxsaylı dost-tanışlar açılışda iştirak etdilər. Bu minvalla iki ilə yaxın müddət ərzində mənim iştirakımla obyekti işlətdik və ayrı-ayrı ünvanlardan nisyə götürülən tikinti materiallarına görə, nəğd şəklində qoyulan pullara görə əmələ gələn borcları əldə olunan gəlirlər hesabına ödədik. İki ildən sonra isə, İlyas Rzayevə müraciət etdim ki, gedək vaxtilə aramızda əldə etdiyimiz şifahi razılaşmanı notariusda notarial qaydada təsdiq edək. O, mənim belə bir təklifimə ciddi yanaşmadı və hər dəfə minbir bəhanələr danışmaqla məni aldada bildi. Son anda da notariusa getməkdən birdəfəlik imtina etdi. Ona notariusa getməklə bağlı təklif etməkdə məqsədim, məhz vaxtilə aramıza əldə etdiyimiz şifahi razılaşma əsasında mənə çatacaq 15 faiz payı notarial qaydada rəsmiləşdirmək idi. Onun belə bir mövqeyindən sonra hər şeyi başa düşdüm və 2002-ci ildən başlayaraq İlyas Rzayevlə aramızda ciddi problemlər yaşanmağa başladı. Artıq vəziyyət o həddə gəlib çatıb ki, mən belə bir halın varlığına heç cür dözə bilmirəm və bu gün özümə qəsd etmək haqda da düşünürəm. Ona görə də media vasitəsilə belə bir problemin, yəni vaxtilə özümə yaxın bildiyim İlyas Rzayevin ədalətsiz mövqeyinin ictimailəşdirilməsinə qərar verdim.



Hal-hazırda 60 yaşımı keçmişəm və xeyli müddətdir ki, insulit xəstəsiyəm. Belə bir səbəblər üzündən də, heç bir əmək fəaliyyəti ilə məşğul ola bilirəm və normal hərəkət etmək imkanım da yoxdur. Mən vaxtilə bu günüm üçün tikinti kompleksi inşa etməyə qərara vermişdim ki, gələcəkdə dolanışığımı müəyyən qədər təmin edə bilim. İndi isə, İlyas Rzayevin belə bir ədalətsiz mövqeyi məni dolanışıq imkanlarımdan məhrum edib. Ona görə də istərdim ki, üz-üzə qaldığım belə bir problemin həllində ölkə rəhbəri cənab İlham Əliyev mənə öz köməkliyini göstərsin. Çünki, uzun illərdir ki, mən İlyas Rzayevin mənə qarşı etdiyi olmazın haqsızlığın qurbanı olmuşam. Ona görə də düşünürəm ki, belə bir problemim ictimailəşdirildikdən sonra, həmişə xalqına sıx bağlı olan, hər kəsin üz-üzə qaldığı problemin ədalətli həlli yöndə aidiyyəti üzrə lazımi tapşırıqlarını verən cənab Prezidentimiz, mənə də öz köməkliyini göstərəcək və aidiyyəti üzrə lazımi tapşırığını da verəcək. Bundan əlavə, çox hörmətli Mehriban xanım Əliyeva da, hər zaman haqqı müdafiə edib, haqsızlığa qarşı barışmaz mövqeyini ortaya qoyub, hər kəsə, daha çox isə, sadə sakinlərə məxsus problemlərin həllində lazımi dəstəyini də göstərib. Mən hər zaman əsası mərhum prezidentimiz Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətin müdafiəçilərindən olmuşam. Məhz, bu gün də həmin siyasətin müdafiəçilərindənəm.
Mənim iş fəaliyyətim haqda vaxtilə Binəqədi RİH-nin, Bakı şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, hətta digər vəzifə sahibləri də lazımınca məlumatlı olublar. Həmişə xalq və dövlət üçün çalışmışam, xalqımızın və dövlətimizin mövqeyini müdafiə etmişəm. Ona görə də düşünürəm ki, bir vətəndaş olaraq pozulmuş haqqımın müdafiə olunmasında mənə lazımi dəstək göstəriləcək. Mən buna olduqca əminəm və əmin olduğum üçün də, məhz belə bir problemin ictimailəşdirilməsinə qərar vermişəm”.


Bu məqalədə qeyd olunanlar Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y\M, Fizuli küçəsi, ev-34 ünvanda yaşayan Şabanov İbadət Aslan oğluna məxsusdur və biz də bir redaksiya olaraq haqqın-ədalətin qorunmasına tərəfdar olduğumuzu bildiririk. Məqalədə adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.
Mövzu diqqətimizdədir.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Xocalı” kiçik müəssisəsinin təsisçisi, ölkə rəhbərindən kömək istəyir

    “Xocalı” kiçik müəssisəsinin təsisçisi, ölkə ...

    18-01-2016, 12:07

  • 
  • İcra başçısı gənclərlə görüş keçirdi - XIRDALANDA

    İcra başçısı gənclərlə görüş keçirdi - XIRDALANDA ...

    22-02-2019, 21:48

  • 
  • Abşeron rayonunda son 1 ildə 8 min nəfərdən çox sakinin iştirak etdiyi 35 səyyar qəbul-görüş keçirilib

    Abşeron rayonunda son 1 ildə 8 min nəfərdən çox ...

    5-02-2019, 12:07

  • 
  • Hüseyn Bağırov ali təhsilli meşəçini ac qoyub

    Hüseyn Bağırov ali təhsilli meşəçini ac qoyub ...

    4-12-2013, 18:24

  • 
  • Biləcəri qəsəbə bələdiyyəsi müraciətlərə məhəl qoymur

    Biləcəri qəsəbə bələdiyyəsi müraciətlərə məhəl ...

    3-06-2015, 12:20


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu