Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası Abşeron rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsas istiqamətini təşkil edir.
Gundemxeber.az bildirir ki, əvvəlki dövrlərdə olduğu kimi ötən ildə də vətəndaşların qəbuluna diqqətlə yanaşılmış, Rayon İcra hakimiyyəti başçısının həftə ərzində bir gün rayon İcra Hakimiyyətində, bir gün isə yerlərdə olmaqla sakinlərin səyyar qəbulları təşkil edilmişdir.
Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədova tərəfindən ötən il 690 nəfər vətəndaşın müraciəti dinlənilmiş, onların qaldırdığı problemlərin həll olunması üçün lazımi tədbirlər görülmüşdür. Xüsusilə 2018-ci ildə rayonun qəsəbə və kəndlərində 8 min nəfərdən çox sakinin iştirak etdiyi 35 səyyar qəbul-görüş keçirilmişdir. Qəbullarda qaldırılan məsələlərlə bağlı tədbirlər planı tərtib edilərək aidiyyəti müəssisə və təşkilatlarla birlikdə həlli ciddi nəzarətə götürülmüşdür.
Xanım başçının vətəndaşlarla apardığı bu iş üsulu olduqca təqdirəlayiqdir. Təcrübə göstərir ki, belə bir yanaşma həm bir sıra mühüm problemlərin həll olunmasına şərait yaradır, həm də dövlətə və dövlətçiliyə olan inam hissini bir qədər də gücləndirir. Vətəndaş görür ki, onun arxasında dövləti, Prezidenti dayanır və təbii ki, bu, onu hədsiz ruhlandırır.
Sorğu
Yeni dizaynımız necədir?