GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Xocalı” kiçik müəssisəsinin təsisçisi, ölkə rəhbərindən kömək istəyir

“Xocalı” kiçik müəssisəsinin təsisçisi, ölkə rəhbərindən kömək istəyir

Tarix: 18-01-2016, 12:07 Bölmə :Ölkə Baxış: 0
“Xocalı” kiçik müəssisəsinin təsisçisi, ölkə rəhbərindən kömək istəyir

Əli Nəbiyev: “Abdin Fərzəliyev onu da yaxşı bilir ki, “Xocalı” kiçik müəssisəsinə məxsus torpaq sahəsi, mərhum prezidentimiz, xalqımızın ulu öndəri Heydər Əliyevin tapşırığı əsasında mənə verilib”

“Gündəm Xəbər” qəzetinin ötən saylarında bir neçə dəfə Nərimanov rayonu Ağa Nemətulla küçəsi bina 61a ünvanında yaşayan və əslən Xocalı rayonundan məcburi köçkün düşən, 2-ci qrup Qarabağ əlili, ehtiyatda olan zabit və əlli gündən çox erməni əsirliyində qalan 75 yaşlı Xocalı kiçik müəssisəsinin təsisçisi Nəbiyev Əli İbad oğlunun üz-üzə qaldığı problemlərdən bəhs etmişdik. O, bu günədək üzləşdiyi probleminin həllinə nail ola bilmədiyi üçün, yenidən “Gündəm Xəbər” qəzetinin redaksiyasına üz tutmaq məcburiyyətində qalır və təkrar yazdığı müraciətində bildirir ki, “mən 1969-cu ildə Gəncə Kənd Təsərrüfatı İnstitunun Mexanikləşdirilməsi fakültəsini bitirməklə bərabər, hərbi rütbə almağa da müyəssər oldum. İlk təyinatım Kənd Təsərrüfatı Nazirliyinin təchizatı strukturuna verildi ki, həmin ildə, yəni 1969-cu ildə xalqımızın ulu öndəri, mərhum prezidentimiz Heydər Əliyev, AKPMK-nın birinci katibi təyin olunmuşdu. Heydər Əliyev təyinatının ilk günlərindən başlayaraq, Qarabağ ərazisində azərbaycanlı kadrların işlə təminatını həyata keçirməyə başladı ki, bu da olduqca uğurlu addım oldu. Əslən Xocalıdan olduğum üçün o, məni Dağlıq Qarabağ ərazisi üzrə texnikalara nəzarətçi təyin etdi.

Bundan əlavə, Heydər Əliyev Qarabağın müxtəlif ərazisində institut açdırdı, ərazidə azərbaycanlı kadrları çoxaltdı. Amma, ermənilər 1988-ci ilin fevralından başlayaraq biz azərbaycanlıları həm işdən, həm də Dağlıq Qarabağın ayrı-ayrı şəhərlərindən qovmağa başladılar. Həmin ildə Xocalıya şəhər statusu da verdilər.

Elə ki, Qarabağ müharibəsi başladı, biz gecə-gündüz yata bilmədik. 26 fevral 1992-ci ildə Xocalı soyqırımı törədilən zaman, mən “vzvod komandiri” vəzifəsini daşıyırdım. Müharibənin davam etdiyi illər ərzində ağır yaralandım, əsir düşdüm, ağzımın içindən güllə atdılar, dişlərimi kəlbətinlə çəkdilər, qollarımı qırdılar, ayaqlarıma xaç çəkdilər, bədənimin müxtəlif yerlərini deşik-deşik etdilər, nəslimizdən neçə-neçə nəfəri qətlə yetirdilər, bu gün də xəstəxanalarda qalmışam.

1996-cı ildə Heydər Əliyev Qarabağ müharibəsi əlillərinə köşk qoymaq məqsədilə, torpaq sahəsinin ayrılması üçün aidiyyəti qurumlara müəyyən tapşırıqlarını verdi. O, həmin vaxt Bakı şəhər İcra Hakimiyyətinin başçısı olmuş mərhum Rəfail Allahverdiyevə tapşırdı ki, “vaxt gələcək köşklər söküləcək, ona görə də “Xocalı” kiçik müəssisəsi üçün torpaq sahəsi ayır, tapşır ona iki faizlə pul verilsin, nə lazımsa köməklik edin. İmkan verin bina tiksin, binadan istifadə olunanda da götürdüyü pulları qaytarar” deyə tapşırıqlarını verdi. Düzdür, şəhər meri mənə torpaq sahəsi ayırdı, mən isə binanın bünövrəsini qazdırıb Uzaq Sibirdə yaşayan həmyerlilərimizdən ili 20 faizə 1 milyon 100 min dollar pul aldım. Götürdüyüm pulların faizi ildən-ilə artsa da, mən həmin pullarla altımərtəbəli bina tikdim və onu kirayə də verdim. Binanın üçüncü mərtəbəsində 4 qaçqın ailəsi yaşayırdı”.

Əli Nəbiyev onu da vurğulayır ki, “Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 2011-ci ilin əvvəllərindən bilirmiş ki, “Xocalı” kiçik müəssisəsinə məxsus bina söküləcək. O, 01 iyun 2011-ci il tarixdə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovdan xahiş edir ki, “Xocalı” kiçik müəssisəsinə məxsus binanın alt hissəsindəki torpaq sahəsinin özəlləşdirilməsinə imkan verməsin. Abdin Fərzəliyev onu da yaxşı bilir ki, “Xocalı” kiçik müəssisəsinə məxsus torpaq sahəsi, mərhum prezidentimiz, xalqımızın ulu öndəri Heydər Əliyevin tapşırığı əsasında verilib. Abdin Fərzəliyevə vəzifəni isə, onun oğlu Əliyev İlham Heydər oğlu verib. Belə olan halda düşünürdüm ki, Abdin Fərzəliyev hörmətlə yanaşıb, mənə heç bir problem yaratmayacaq. Amma, düşündüklərimin və gözlədiklərimin əksini gördüm. Görəsən, Abdin müəllimin mənə problem yaratmaqda məqsədi nədir? Bəlkə mən ermənilərlə döyüşmüşəm, onlara güllə atmışam, ona görə də o, məndən onların heyfini çıxır?

Onu da qeyd edim ki, Abdin Fərzəliyev 01 iyun 2011-ci il tarixdə ünvanladığım 238 saylı məktubuma 3 ay sonra, yəni 05 sentyabr 2001-ci il tarixdə cavab vermiş və imzaladığı 377 saylı sərəncamda onu da qeyd etmişdir ki, “Xocalı” kiçik müəssisəsinin sökülən binasının köçürülməsi üçün, Nərimanov rayonu Ağa

Nemətulla küçəsində 420kvm-lik torpaq sahəsi ayrılsın. Bundan əlavə o, həmin binaya 3 milyon 500 min manat kompensasiya da ayırır. Elə ki, mən həmin pulu ondan istədim və bildirdim ki, binanı özüm tikmək istəyirəm. Bu zaman o, cavab olaraq bildirdi ki, “mən həm ölkə rəhbəri İlham Əliyevlə, həm də Mehriban xanım Əliyeva ilə razılaşmışam ki, binanın tikintisini biz həyata keçirək”. Bu minvalla çox keçmədi ki, BŞİH, Memarlıq və Şəhərsalma Baş İdarəsini təsdiq etdiyi layihəni və “ARAZ-2011A”-nin zəmanət müqaviləsini mənə verdilər. Müqavilə şərtində zamin olublar ki, 2012-ci ilin iyun ayına kimi “Xocalı” kiçik müəssisəsinin binasını tam tikib, sənədləri ilə birlikdə mənə təhvil verəcəklər. 2011-ci ilin sentyabrında 4 qaçqın ailəsini kirayə çıxartdılar və bu günə kimi də onların kirayə pulunu vermirlər. Binanı isə təsdiq olunan layihə və zəmanət müqaviləsi əsasında təmir etmədilər.

Təsdiq olunmuş layihəyə əsasən, binanın 6-cı mərtəbəsi yaşayış evi üçün nəzərdə tutulsa da, otaqlara mavi qaz çəkilməyib, qızdırıcı qazan qoyulmayıb, quraşdırılmış 48 pəncərə açılıb-bağlanmır, döşəmə parket olmalı olduğu halda, o da vurulmayıb, tavana vurulan materiallar ayda bir dəfə dəyişdirilməlidir, binanın üstünə yağan yağış suları otaqlara axır, yanğın təhlükəsizliyinə aid heç bir avadanlıq quraşdırılmayıb, hətta torpağa da sənəd vermirlər. Bu gün Nərimanov rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Abdin Fərzəliyev qarşımda belə bir şərt qoyub bildirir ki, “əgər binanı bu qayda təhfil götürməsən, son anda sənin üçün pis olacaq” deyir.

Hörmətli Prezident! Mən əksər dövlət qurumlarında olmuşam, çoxsaylı şikayət ərizələrimi və teleqrammalarımı da vurmuşam. Atdığım addımların qarşılığında bir kimsə mənim problemim ilə maraqlanmır. Çünki, Abdin Fərzəliyev hər bir vəzifə sahibinə deyir ki, “mən bu problemlə bağlı ölkə rəhbəri cənab Ilham Əliyevlə və Meriban xanım Əliyeva ilə razılaşmışam”. Belə bir səbəb üzündən də, idarə, müəssisə, təşkilat rəhbərləri məni qəbul etmirlər, problemimin həllinə cəhd göstərmirlər. Mən bu günədək şəxsən Sizin ünvanınıza 20 ədəd ərizə, Mehriban xanımın ünvanına 25 ədəd ərizə, Leyla xanımın ünvanına 5 ədəd ərizə, Ramiz Mehdiyevin ünvanına 15 ədəd ərizə, Əli Əsədovun ünvanına 15 ədəd ərizə və 5 dəfə də qəbulunda olmuşam, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun ünvanına isə 10 ədəd ərizə yazsam da, təəssüflər olsun ki, ünvanladığım ərizələrin heç birinə cavab verilmir. Görünür Abdin Fərzəliyevin adamları yazdığım ərizələrin ünvanı üzrə çatdırılmasına imkan vermirlər.

İndi bu gün Sizdən istəyim və xahişim odur ki, “Xocalı” kiçik müəssisəsinə məxsus binanın sənədləşmə işlərinin həllində və təhvil verilməsində, mənə öz köməkliyinizi göstərəsiniz. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İcra başçısından 2-ci qrup əlilin istəyi nədir?

    İcra başçısından 2-ci qrup əlilin istəyi nədir? ...

    2-11-2015, 15:20

  • 
  • Xocalı sakini icra başçısından şikayətçidir

    Xocalı sakini icra başçısından şikayətçidir ...

    26-10-2015, 21:43

  • 
  • Əlli gündən çox əsrlikdə qalan əlil, haqq-ədalət axtarışındadır

    Əlli gündən çox əsrlikdə qalan əlil, haqq-ədalət ...

    16-11-2015, 13:16

  • 
  • “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərliyə 5 il iş istənildi.

    “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin ...

    13-05-2013, 13:05

  • 
  • Nərimanovun icra başçısı və müavini sahibkara “qan uddurur”- Prezidentə müraciət+FOTOLAR

    Nərimanovun icra başçısı və müavini sahibkara ...

    2-09-2020, 19:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu