GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İş adamı şəhid qardaşını diz çökdürüb deputatdan üzr istədib?

İş adamı şəhid qardaşını diz çökdürüb deputatdan üzr istədib?

Tarix: 4-03-2019, 15:06 Bölmə :GündəmXəbər / Manşet Baxış: 920
İş adamı şəhid qardaşını diz çökdürüb deputatdan üzr istədib?


Bir neçə gün bundan öncə redaksiyamıza Abşeron rayonu, Hökməli kəndində qeydiyyatda olan, faktiki Xırdalan şəhəri, Nizami küçəsi, dalan-4, ev-2 ünvanda yaşayan İlqar Vəliyev adlı şəxs tərəfindən video-müraciət təqdim olunub.

Adı çəkilən bu şəxs təqdim etdiyi video-müraciətində qeyd edir ki, “məni və mənimlə birlikdə işləyən bir neçə nəfər şəxsi Bakı şəhəri, Yasamal rayonu H.Haqverdiyev küçəsində yerləşən və yeddi mərtəbəli binaya üzlük ağ-lay daşlarının vurulması işlərində işlədib sonradan aldadan Rəhimova Gülarə Əmirxan qızı “minbir oyun”a salıb.

Belə ki, adı çəkilən bu xanım bir müddət bundan öncə həmin binanın çöl üz hissəsinə ağ-lay daş üzlüklər vurulması məqsədilə mənimlə görüşüb söhbətləşdi və bu işi başa çatdırmaq üçün, lazım olan məbləği ona bildirməyimi xahiş etdi. Onun belə bir xahişini nəzərə alıb ümumi görüləcək işi hesabladım və Gülarə Rəhimovaya 117000 manat məbləğində vəsait lazım olacağını dedim.

O halda o, “Siz bu işdə mənə köməklik edin, bir qardaş kimi gəlir güdmədən işi başa vurun, sonda mən sizə lazım olan hörmətimi edəcəyəm” dedi. Hətta, o, mənə “2018-ci ilin sentyabr ayında lazımi qədər pulum olacaq və bütün xərcləri ödəyəcəm” dedi. Onu da bildirim ki, ümumi razılaşma əsasında yeddi mərtəbəli binanın çöl üz hissəsinə üzlük ağ-lay daşlarının vurulması işlərinə başladıq və həm aşağıdakı işləri gördük, həm də qeyd olunan məbləğdə pul vəsaiti xərclədik.

1. 21 kamaz blok daşlar (hər kamaz-1500 manatdan)- ümumilikdə 31500 manat.

2. Lazım olan tikinti materialları, o cümlədən açep, sement, kley, setka, mismar, vedrə, araba, fıbra, şkurka, əlcək, işıqlandırma kabeli- 200 m, məftil, almaz disk- ümumilikdə 9233 manat.

3. Əl ilə oyma işlərinə və ovalların kəsilməsinə görə lazım olan məbləğ-3122 manat.

4. Fəhlələrə ödənilən vəsaitlər- 1850 manat

5. Ayaq altılarının iki ay müddətinə istifadə olunmasına görə ödənilən icarə pulu (1800 kvm x 0,75)- ümumilikdə 2700 manat.

6. Ayaq altılarının gətirilməsi, quraşdırılması və geri daşınmasının ümumi xərci 1000 manat.

7. 54 reys hazır ağ-lay daşlarının daşınmasının xərci-1770 manat.

8. Ağ-lay daşlarının vurulması (paqon.m 4 manat, 1 kvm-7 manat) üçün ustalara ödənilmiş ümumi məbləğ-28015 manat.

Yəni, bütün bunları qeyd etməkdə məqsədim ondan ibarətdir ki, biz Gülarə Rəhimova ilə danışıb razılaşdıqdan sonra, həmin binanın çöl üz hissəsinə üzlük ağ-lay daşları vurmaq üçün üstüstə 79190 manat pul xərcləmişik. Adı çəkilən bu xanım müxtəlif vaxtlarda həmin məbləğin 45220 manatını mənə versə də, o, yerdə qalan 33 970 manatını bu gün də verməyib.

Gülarə xanım dəfələrlə özünün bütün əməllərində düzgün və dəqiq qadın olduğunu bildirsə də, nədənsə o, son anda bizim əzab-əziyyətlərimizə qiymət vermədi və mənim etibarlı, sadəlöhv bir şəxs olmağımdan istifadə edərək məni aldatdı. Hətta, iş barəsində onunla söhbətlər edərkən, o, həmişə mənə özünün yüksək çinli vəzifə sahibləri ilə sıx bağlılığı olan şəxs olmasından danışırdı.



Onu da bildirim ki, çox zaman Gülarə Rəhimova mənə özünün Milli Məclisin deputatı Hacı Salayevlə sıx bağlı olmasından da söz-söhbətlər edirdi. Hətta, o halın da şahidi olurdum ki, adı çəkilən deputat tez-tez onun yaşadığı mənzilə gedib gəlirdi. Bütün bunları görüb eşitdikcə, öz-özlüyümdə belə bir qənaətə gəlirdim ki, Gülarə Rəhimova olduqca bacarıqlı və işgüzar bir qadındır.

Amma, bu gün onun bizə qarşı etdiyi haqsızlıqları gördükcə düşüncələrimdə yanıldığımı dərk edirəm. Artıq onun belə bir hərəkətlərindən sonra məcburam ki, gördüyümüz işlərin həm maya dəyərini, həm də əldə edəcəyimiz gəliri Gülarə Rəhimovadan almaq üçün, aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və digər dövlət qurumlarına rəsmi müraciətlərimi ünvanlayım.

Biz də bir redaksiya olaraq, adı çəkilən şəxsin yazmış olduğu şikayət ərizəsini əsas tutub deputat Hacı Salayevlə əlaqə saxladıq və qarşı tərəf olaraq ondan məsələlərə münasibət bildirməsini də xahiş etdik. Çünki, heç cür istəmirdik ki, qarşı tərəfin mövqeyi öyrənilmədən hansısa məqalə dərc olunsun.

Məhz, ona görə ki, adı çəkilən şəxs həm yazmış olduğu ərizəsində, həm də redaksiya əməkdaşımıza vermiş olduğu video-müsahibəsində deputat Hacı Salayevin adını daha çox hallandırırdı. Elə ki, Hacı Salayevlə əlaqə saxladıq, o halda o, yanında qonağının olduğunu və problemin mahiyyətini "whatsAPP" nömrəsinə yazıb göndərməyimizi xahiş etdi.

Biz şikayətçilərin video-müsahibəsinin bir hissəsini ona göndərdikdən bir neçə saat sonra Gülarə xanım bizə zəng etdi və şikayətçilərin yalan danışdıqlarını, onu şantaj etdiklərini dedi və hətta bizə hədə-qorxu da gəldi. Az sonra o, “mən sizinlə görüşmək istəyirəm” dedikdə, biz ona bildirdik ki, “bu gün gecdir, yaxşı olar ki, səhər şikayətçilərlə birlikdə görüşək və məsələlərə birlikdə aydınlıq gətirək” dedik.

Adı çəkilən xanım belə bir təklifimizlə razı olduğunu bildirsə də, o, səhəri gün fikirindən tamamilə yayındı. O halda məcbur olub Hacı Salayevin whatsAPP nömrəsinə bir daha yazıb xahiş etdik ki, bu məsələlərdə sizin də adınız hallanır. Ona görə də istərdik ki, belə bir məsələlərə öz münasibətinizi bildirəsiniz.

HaciSalayev-249x300

Bir neçə dəqiqədən sonra deputat Hacı Salayev whatsAPP nömrəmizə zəng edib bizi təhdid etdi və hər hansı yazı yazacağımız təqdirdə, bizi həbs etdirəcəyi ilə də hədələdi. Belə bir yazışmalardan, belə bir telefon danışıqlarından sonra,

Gülarə Rəhimova zəng edib bizi hədələdi ki, siz böhtan danışırsınız, siz məni şantaj edirsiniz. Elə ki, zəng edib ondan xahiş etdik ki, bu məsələlərə son qoymaq üçün şikayətçilərlə görüşək və məsələlərə birlikdə aydınlıq gətirək.

O halda o, “şikayətçilər görüşə gəlməyəcəklər, nahaqdan özünüzü yormayın. Əgər onları gətirə bilsəniz, deməli siz kişi adamsınız” dedi. Biz şikayətçilərlə əlaqə saxladıq, onlar görüşə gəlmək üçün hazır olduqlarını bildirdilər. Belə olan halda bir daha adı çəkilən xanımla telefon danışığımız oldu və şikayətçilərin görüşə gəlmələrinə hazır olduqlarını onun diqqətinə çatdırdıq. O halda o, bildirdi ki, “iş icraçısı Mehman adlı şəxsin bələdçiliyi ilə Hacı Salayevin Bayıl qəsəbəsindəki ofisində görüşək”.

Biz şikayətçilərlə birlikdə Mehmanla görüşdük və həmin ofisə getməyə hazır olduğumuz bir vaxtda, Mehman bildirdi ki, “bu dəqiqə Gülarə Rəhimova mənə zəng etdi və bizi Yasamal rayon Polis İdarəsinə dəvət edir” dedikdə, biz həmin idarəyə nə səbəbdən gedəcəyimizi onun diqqətinə çatdırdıq.

Bir neçə saatdan sonra Hacı Salayevlə əlaqə saxlayıb ona bildirdik ki, bəs deyirdiniz mənim Gülarə Rəhimova ilə heç bir tanışlığım yoxdur, necə olur ki, o, bizi şikayətçilərlə birlikdə sizin ofisə dəvət edir desək də, o, bu barədə məlumatının olmadığını bildirdi. Az müddətdən sonra Gülarə xanım bəzə zəng edib şikayətçilərin gəlmədiyini soruşduqda biz xanımın diqqətinə çatdırdıq ki, axı siz bizə dediniz ki, sizi Bayılda Hacı Salayevin ofisində gözləyirəm.O, cavabında bildirdi ki,dostlarım orada görüşməyimizi məsləhət bilmədi.



Səhəri gün şikayətçilər bildirdilər ki, bizi Yasamal rayon Polis İdarəsinə çağırıb izahatlarımı alıblar. Onlar qeyd etdilər ki, izahatlarında həqiqətən Gülara xanımın borclu olduğunu və borclarını istəyəndə xanım, onları ölümlə təhdid edir, hətta bildirir ki,elə etməyin ki, Qafar müəllimə deyim sizin başınıza «Bandotdeldə» oyun açdırım.

Bir neçə gündən sonra Zakir Rzazadə bildirdi ki, Mehman ona zəng edib deyib ki, Gülara xanım deyir gəlsin İlqarın ona borclu olduğu pulu verim. O, sevincək Mehmanla birlikdə Gülara xanımın Nardaran qəsəbəsində yerləşən villasına gedir və burada onun başına gələn müsibətlər barəsində redaksiyamıza danışır.

O, bildirirdi ki, şəhid qardaşı olmağına baxmayaraq Gülara xanım onu otağa salaraq üzərinə hücuma keçir və yaxşıca döyərək alçaldıcı formada bildirir ki, Hacı Salayevdən üzr istəməsə polis çağırıb evindən 50 000 manatlıq zinət əşyasının oğurladığı barədə polisə məlumat verib həbs etdirəcək. Çıxılmaz vəziyyətdə qalan şəhid qardaşı Gülarə xanımın dediklərinə əməl edir, Hacı Salayevdən üzr istəyir və xanım onun videosunu çəkir.

Biz də bir «Dəryaz» olaraq Gülarə xanımın bu biabırçı əməlləri barədə Hacı Salayevin "whatsAPP" nömrəsinə yazıb məlumatlandırdıqda » Əlinizdən gələni edin.

Siz bu hərəkətinizə görə utanacaqsınız. Sizin nəsliniz və böyükləriniz utanacaq ki,sizin kimi yaxınları var. Sizə söz verirəm. Sizin kimi şərəfsiz və qeyrətsiz yazar görəndə bütün jurnalistlərə çağırış etmək istəyirəm» sözlərini yazmaqla kimin kim olduğunu və öz mədəniyyətini ortaya qoydu.
İndi isə siz deyin cənablar!
Şəhid ailəsinə qarşı edilən bu haqsızlıqdan sonra kim utanmalıdır?

Mövzuya qayıdacağıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Akif Çovdarovun üzərinə həbs qoyulan əmlaklarının SİYAHISI və DƏYƏRİ

    Akif Çovdarovun üzərinə həbs qoyulan əmlaklarının ...

    16-11-2016, 02:36

  • 
  • Akif Çovdarovun üzərinə həbs qoyulan əmlaklarının SİYAHISI və DƏYƏRİ

    Akif Çovdarovun üzərinə həbs qoyulan əmlaklarının ...

    18-11-2016, 23:50

  • 
  • Xanım jurnalist Beynəlxalq Helsinki Vətəndaş Assambleyasına müraciət etdi

    Xanım jurnalist Beynəlxalq Helsinki Vətəndaş ...

    28-06-2017, 16:00

  • 
  • Sevinc Səfərlidən ölkənin rəsmi şəxslərinə şok müraciət - FOTOLAR

    Sevinc Səfərlidən ölkənin rəsmi şəxslərinə şok ...

    12-12-2018, 18:14

  • 
  • Abşeron sakini haqlı mövqeyinə sahib olmaq üçün, ölkə rəhbərindən köməklik istəyir

    Abşeron sakini haqlı mövqeyinə sahib olmaq üçün, ...

    4-03-2019, 14:44


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu