Yasamal rayonu Qədirli kü çev-1/5 ünvanda yaşayan Quliyeva Vüsalə Qurbanqulu qızı tərəfindən redaksiyamıza daxil olan müraciətində bildirir xahiş edir ki, Beynəlxalq Helsinki Vətəndaş Assambleyasının həmsədri Arzu xanım Abdullayevaya ünvanladığı müraciəti olduğu kimi dərc edərək ictimailəşdirək.
Biz də bir redaksiya olaraq Quliyeva Vüsalə Qurbanqulu qızının müraciətini olduğu kimi oxucuların diqqətinə təqdim edirik. “Yazıb bildirirəm ki, “N” saylı hərbi hissənin giziri mərhum Cəlal Sədulla oğlu Mənsimovun müəmmalı şəkildə ölümünün araşdırılması və KİV –də açıqlamalarımla əlaqədar olaraq, Azərbaycan Respublikasının güc strukturları tərəfindən təqib olunuram, dəfələrlə hədələnərək ailə üzvlərimin həyatının təhlükədə olması ilə bağlı xəbərdarlıqlar almışam. Bununla əlaqədar Cəlal Mənsimovun müəmmalı şəkildə ölümünün araşdırılması olmuşdur. Bununla bağlı həyatım təhlükədə olduğundan mənə köməklik etməyinizi Sizdən xahiş edirəm.”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?