Bir müddət bundan öncə GündemXeber.Az saytının redaksiyasına müraciət edən və hal-hazırda Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 2347/48-ci məhəllə, blok-E, giriş-5, mən-648 ünvanda yaşayan İsayeva Qızqayıt Sərdar qızı yazmış olduğu müraciətində qeyd edir ki:
“Əvvəllər tanıdığım Sevda adlı bir xanım 2018-ci ilin 24 avqustunda mənə 055-841-00-64 nömrəli mobil telefonla zəng etdi və məni İran İslam Respublikasında keçiriləcək toy məclisinə aparacağını da bildirdi. O, bu məqsədlə mənə “Sən saz musiqi alətini və xarici pasportunu hazır et və Bakı şəhərində ol” dedi. 27 avqustda Sevda xanımla mobil telefonda yazışdıq və ondan mənə nə qədər pul veriləcəyini soruşdum. Düzdür, ilk əvvəl mən ona 500 AZN pul alacağımı bildirsəm də, o, 300 AZN pul veriləcəyini bildirdi. Hətta o, toy məclisində əlavə 1000 manat da pul olacağını və həmin pulu mənimlə böləcəyini dedikdə, mən onun belə bir təklifinə razı oldum. Nəysə, ümumi razılaşmadan sonra mən onunla birlikdə İrana getdim və toy məclisində aşıq havaları oxuyub, məclisə təşrif buyuran qonaqları feyziyab etdim. Belə bir addımımın qarşılığında xeyli məbləğdə pul vəsaiti yığılmışdı və mən həmin pulları sazımın köynəyinin cibinə qoymuşdum. Elə ki, bayıra çıxmalı oldum, o halda Sevda xanım sazın köynəyinin cibinə qoyduğum pulları götürür. Nə qədər ondan götürdüyü pulları geri qaytarmasını tələb etsəm də, o, həmin pulların bir qəpiyini olsun belə geri qaytarmadı. Məclisin sonunda oxuduğum mahnılara görə də xeyli pul toplanmışdı, o, yalnız həmin pullları mənimlə böldü. Onu da bildirim ki, Sevda xanım toplanmış pulları mənə verərək “Bu pulları götür, bunlar elə-belə şabaş pullarıdır, mən sənin pullarını sabah toy məclisindən sonra verəcəyəm” dedi.
Bizi İrandakı toy məclisinə İbrahim adlı şəxs öz avtomobili ilə aparmışdı. Elə ki, toy məclisinin sonunda oxuduğum mahnılara görə məclis sahibindən pullarımı almaq istədim, o halda o, buna imkan vermədi və “Pullar məndədir” deməklə, mənim də qolumdan tutub maşınına əyləşdirdi. İran tərəfdə olarkən mən İbrahimdən pullarımı istəsəm də, o, mənə çatacaq pulları vermədi. Elə ki, Azərbaycan tərəfinə keçdik və mən ondan bir daha pullarımı tələb etsəm də, o, yenə də pullarımı vermədi. Elə ki, şəhərimizin “Şamaxinka” adı ilə tanınan ərazisinə çatdıq, o, dərhal Sevda ilə birlikdə məni də avtomobilindən düşürdü və “Pulun Sevdadadır, mənlik deyil” deməklə, teztələsik avtomobilini sürüb ortadan çıxdı. Dəfələrlə İbrahimin mənimlə danışdığı 050-749- 33-44 mobil nömrəsinə zəng etsəm də, o, heç bir halda telefon zənglərimə cavab vermədi. İbrahimdən başqa Sevda xanım da mənə qarşı olduqca haqsızlıq etdi. Belə ki, o, mənə cəmi 100 AZN pul vermək istədikdə, mən ondan əldə olunan bütün pulları bölməsini tələb etdim. O, buna razı olmadıqda, mən ondan ilk əvvəl razılaşdığımız 300 AZN pulu verməsini tələb etdim. O halda adı çəkilən xanım “Sənə bu da çoxdur” deyib məni təhqir etdi və dayandığımız yerdən çıxıb getdi. Ona görə də bu gün istəyirəm ki, Sevda xanımıniç üzü hər kəsə bəlli olsun və əməlləri də araşdırılsın. Çünki, o, məni İrana apardı, bir növ əməyimi istismar etdi və əldə olunan pulları da təkbaşına mənimsədi. Bu olduqca insafsızlıq, haqsızlıq və insanlıqdan kənar atılmış addım oldu”.
Bəli, bu cür addımları atılması onu söyləməyə əsas verir ki, Qızqayıt İsayevanı İrandakı toy məclisinə dəvət edən Sevda xanım, tanışı İbrahim adlı şəxslə əvvəlcədən hansı addımları atmaq haqda danışıqlar aparır və son anda da belə bir oyun oynayırlar. Əslində adı çəkilən şəxslərin atdıqları addımlar, onlara qarşı məsuliyyət dərəcəsi yaradan hallardır. Düşünürük ki, hər iki şəxsin əməlləri ilə bağlı lazımi araşdırmalar aparılarsa, o halda onlara qarşı hansısa cəza növünü tətbiq etmək mümkün olar. Mövzu diqqətimizdədir.
Sorğu
Yeni dizaynımız necədir?