Azərbaycanda Siyasi Məhbusların Monitorinq Mərkəzi "2017-ci ilin Hüquq Müdafiəçisi" mükafatını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa təqdim edib.
Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov bildirib ki, o, bu mükafata insan hüquqları uğrunda fəal mübarizəyə, xüsusən Nardaran işi üzrə qanunsuz həbs edilənlərin, habelə həbs edilmiş bloger və jurnalistlərin müdafiəsinə görə layiq görülüb.
Azərbaycanda Siyasi Məhbusların Monitorinq Mərkəzi 2014-cü ilin oktyabrında bir qrup keçmiş "vicdan məhbusu" tərəfindən yaradılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?