Azərbaycan səhiyyə sistemində ən acınacaqlı hallardan biri də doğum evləri ilə bağlıdır. Vəziyyətin kritik həddə çatdığı səhiyyə ocaqlarından biri də paytaxtın Sabunçu rayonu ərazisində yerləşən 2 saylı doğum evidir. Burda baş verən özbaşınalıqlar və baş həkim Mehriban Abbasquliyevanın vəzifəsindən başqa məqsədləri üçün istifadə etməsi barədə mətbuatda dəfələrlə yazılıb.
Mətləbə keçməmişdən öncə qeyd edək ki, Mehriban Abbasquliyeva həm də Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatının sədridir. Məsələ ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı üzə çıxan məlumatlarda göztərilir ki, Mehriban Abbasquliyevanın qılıncının arxası də kəsir, qabağı da: “Baş həkim YAP-ın Sabunçu rayon təşkilatının sədri olmasından necə lazımdırsa istifadə edir. Bu adamın arxasında kim dayanıb bilmirəm, amma özündən çox arxayındır. Sabunçu rayonunda əsas söz sahiblərindən biridir. 2 saylı doğum evi bərbad haldadır, işçilər baş həkimin fəaliyyətindən qətiyyən razı deyil. Yayılan söz-söhbətlərə görə, Səhiyyə Nazirliyi doğum evini bağlamaq istəyir. Hələlik bununla bağlı konkret addımlar atılmır. Səhiyyə Nazirliyinin komissiyaları əvvəllər doğum evində mövcud olan nöqsanları görürdü. Son dövrlər doğum evinin fəaliyyətini yoxlamağa gələn nazirlik rəsmiləri baş həkimin otağında oturub müəyyən söhbətlər edəndən sonra çıxıb gedirlər”. Sözügedən tibb müəsisəsində baş verənlərlə bağlı cumhuriyyet.az-a danışan mənbənin sözlərinə görə “İstoriya”lar cırılır. 2 saylı doğum evi dövlətin balansında olduğuna görə “istoriya”ları Səhiyyə Nazirliyi verməlidir amma Sabunçu rayon 2 saylı doğum evinin rəhbəri isə guya “istoriya”ları çap etdirir. Səhiyyə müəssisəsinin özünün mətbəəsi var, “istoriyalar”ın çapı üçün hər ay bütün işçilərdən 18-20 manat arası pul yığılır: “Səhiyyə Nazirliyi 2 saylı doğum evinə mütəmadi olaraq sabun, yuyucu toz, karandaş, pozan və digər dəvtərxana ləvazimatları göndərir. Ancaq bunların heç biri doğum evinin işləri üçün, yəni təyinatı üzrə istifadə olunmur. Həmin avadanlıqların hansı marketlərə getdiyi bilinmir”. Mənbənin bildirdiyinə görə, müxtəlif neqativ işlərlə məşğul olan baş həkim əldə etdiyi gəlirlər hesabına özünə biznes qurub: “Onun Sabunçu rayonu ərazisində pərdə, uşaq geyimləri, ofis ləvazimatları və məişət əşyaları satılan dükanları var. Mehriban xanım Sabunçu rayonundan kənara çıxmır. YAP-ın rayon təşkilatının sədri olduğundan bütün biznes işlərini Sabunçu ərazisində qurub. Heç kim ona “gözün üstə qaşın var” deyə bilmir. Mehriban Abasquliyeva xəstəxanaya şəxsi biznesi kimi nəzarət edir. Belə ki, ana olmaq istəyən qadınlar birbaşa ya özləri, yada yaxınları Mehriban xanımın qəbulunda olmalıdır. Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə xəstəyə təcili yardım göstərilir. Bu günlərdə(adı şərtdir) 2 saylı Doğum Evində övlad dünyaya gətirən qadın bir daha ana olmaq istəmədiyini bildirir. Onun cumhuriyyet.az-a dediyinə görə, Mehriban xanımın tələbləri olduqca yüksək səviyyədədir. Elə bu səbəbdən orda yatan xəstələr mütləq imkanlı olmalıdır. Əks təqdirdə müraciət edən xəstələr acı hallarla qarşılaşır. Digər bir məlumatda isə bildirilir ki, baş həkimin müavini Xanımqız Paşayevanın rolu pulyığmadan ibarətdir. Maraqlısı budur ki, 2 saylı Doğum Evində açılan “bazar” Səhiyyə Nazirliyi tərəfindən təbbi qarşılanır. Sanki doğum evləri gəlirli obiyekt kimi istifadəyə verilib. Bir daha nəzərinizə çatdıraq ki, 2 saylı Doğum evi Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1987-ci ildə tikilib və istifadəyə verilmişdir. Doğum evi fəaliyyətə başladığı gündən qadınlara doğuşayardım xidməti göstərməlidir. Lakin təəsüflər olsun ki, 120 çarpayıdan ibarət olan xəstəxanada böyük narazılıqlar yaranıb. Sosial şəbəkədə kütləvi yayılan video görüntülərin subutu onu deməyə əsas verir ki, Mehriban Abasquliyevanın rəhbərlik etdiyi 2 saylı doğum evində heç bir qanun işləmir. Vətəndaşların yaydıqları videoda açıq-aydın görünür ki, ilk növbədə xəstələri mülayim şəkildə qəbul edənlər daha sonra rüşvətin pik həddini sınaqdan keçirməkdədirlər. Belə ki, paylaşılan video kadrlarda xəstələrə bağlı qapı arxasında göstərilən xidmətdən dərhal sonra, xidmət haqqı tələb edilməkdədirlər. Qanunsuzluğun tuğyan etdiyi 2 saylı doğum evində hamilə qadınların övladının cinsiyyətinin deyilməsi nazirlik tərəfindən qadağa edilməsinə baxmayaraq rüşvət qarşılığında yüksək xidmət adı altında qanunu tapdamaq 2 saylı Doğum Evinin əməkdaşları üçün adı hal hesab edilməkdədir. ”Pul ver, uşağın cinsiyyətini deyim” deyərkən gün ərzində yüksək məbləğlər toplanmaqdadır. Maraqlıdır ki, Səhiyyə Nazirliyi yayılan görüntülərə münasibət bildirməyib..
Sorğu
Yeni dizaynımız necədir?