Ucar rayonu Qazyan kənd sakini Seyidov Sadiq Əhməd oğlu tərəfindən GundemXeber.Az-a maraqlı bir məlumat daxil olub.
Məlumatı öz şəxsiyyət vəsiqəsi ilə təstiqləyən və retaksiyamızın email poçtuna göndərən Sadiq Seyidov iddia edir ki, Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsini icra edən mayor Ramil Musayev dövlət idarəsini qumarxanaya və pritona döndərib. Redaksiyamıza ünvanlanan həmin müraciəti olduğu kimi çoxsaylı oxucularımıza təqdim edirik:
Hörmərli redaksiya, bu biabırçılığı yuxarı orqanlar bilsələrdə heç bir tədbir görmürlər. Belə ki, Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsini icra edən Ramil Musayev pul alaraq gecə növbələrində dövlət idarəsində qumar oynayanlara şərait yaradır. Demək olar ki, Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsində hər gün qumar oynanılır. Ən biabırçı vəziyyət isə odur ki, Ramil Musayev özü şəxsən qumar oynanılan otaqda oturub seka pulu yığır. Hətta Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinə kənar adamlar əxlaqsız qadınlar gətirib görüşürlər. Bu çirkin yaramaz işlərin müqabilində rəis əvəzi Ramil Musayevə pul verilir. Bilinmir ki, Ramil Musayev burada qumarxana və priton işlədir yoxsa Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsini icra edir. Hətta belə mundar işlərlə məşğul olduğu üçün 2017-ci ilin dekabr ayında Ramil Musayevə şiddətli töhmət verilmişdir. O, bundan nəticə çıxarmaq əvəzinə çirkin əməllərini dahada genişləndirmişdi. Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsində özbaşınalıq, qanunsuzluqlar baş alıb gedir. İdarəyə məxsus avtomobilləri “sudurqa” xəstəliyi olan şəxslər idarə edirlər. Buna isə diqqət edilmir. Baxmayaraq ki, bu çox təhlükəli bir haldır. Avtomobili idarə edən zaman həmin əməkdaşın “sudurqa”sı tutarsa nəticədə qəza yaranar insan ölümü baş verə bilər. Ramil Musayevin bu vəzifəni icra etməyə nə əxlaqı, nə əməlləri, nədəki təcrübəsi yol vermir.
Buna görədə mən mətbuat vasitəsi ilə aidiyyatı mərkəzi orqan rəhbərlərindən xahiş edirəm Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsində ciddi yoxlamalar aparıb vəzifə səlahiyyətlərindən sui-istifadə edib dövlət idarəsini qumarxanaya, pritona döndərmiş rəisi vəzifəsini icra edən Ramil Musayevin barəsində ciddi tədbirlər görəsiniz. Əks təqdirdə bu adamım qanunsuz əməlləri nəticəsində ağır fəlakətlər baş verəcək.” Yazıda adı çəkilən Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsini icra edən mayor Ramil Musayevin də qarşı tərəf olaraq mövqeyini dərc etməyə hazırıq!
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?