Rayon sakini Coşqun Mahmudov nazirə müraciət edərək kömək istəyir: “Günlərlə çörək tapa bilmirik”
Ucar sakini Coşqun Mahmudov “Gündəm-xəbər” qəzetinə məktub yazıb. Rayonun Mirbəşir Qasımov küçəsi, ev 6 ünvanında kirayədə yaşayan C.Mahmudov müraciətində fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan kömək istəyib. Müraciət sahibi qeyd edib ki, ailəsini dolandıra bilmir, işsizdir.
Məktubda qeyd olunub: “Mən Ucar rayonunun Ramal kəndində anadan olmuşam. Uşaq olarkən valideynlərim ayrılıblar. Anam bizi çox əziyyətlə böyüdüb. 2012-ci ildə ailə həyatı qurmuşam. Böyük uşağımın 2 yaşı var, kiçik uşağım 4 aylıqdır. Yuxarıda göstərdiyim ünvanda kirayədə yaşayıram.
Hərbi xidmət keçmişəm, çavuş olmuşam. Orta təhsilli olsam da, İnformasiya Elmi -Tədris Mərkəzində Windows XP, MS Word, MS EXCEL, MS Powcr Point, İnternet Expliorer üzrə hazırlıq kursunu bitirmişəm. Komputer proqramlarını çox gözəl bilirəm. Hazırda heç bir yerdə işləmirəm. Bu səbəbdən də ailə vəziyyətimiz çox acınacaqlıdır. Elə olur ki, günlərlə çörək belə tapa bilmirik”.
C.Mahmudov yazıb ki, ailəsinin məhvolma təhlükəsi var: “Özümün yox, ailəmin, azyaşlı körpə uşaqlarımın acından məhv olma təhlükəsi məni çox üzür. Bizim ailənin vəziyyətini gözləri ilə görən insan dəhşətə gələr. Bəlkə də Azərbaycanda aclıq içində yaşayan ikinci belə bir ailə yoxdur. İşləmək istəyirəm, ancaq işlə təmin etmirlər.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar rayon şöbəsində komputerçi vəzifəsi iş yeri hazırda boşdur. Bu vəzifəyə hələ işçi təyin edilməyib.Bu xəbəri eşidib çox sevindim və Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova ərizə ilə müraciət etdim.
İnanıram ki, cənab Kəmaləddin Heydərov mənim ərizəmi araşdırıb Yanğından Mühafizə Xidmətinin Ucar rayon şöbəsində işə qəbul edilməyimə köməklik edəcək. Mən həmçinin mətbuat vasitəsi ilə Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova müraciət edirəm. Hörmətli Nazir Sizdən çox-çox xahiş edirəm, Dövlət Yanğından
Mühafizə Xidmətinin Ucar rayon şöbəsinə işə qəbul edilməyimə yaxından köməklik göstərəsiniz”.
Sorğu
Yeni dizaynımız necədir?