GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İnam Kərimovun iflas olan PAMBIQ SİYASƏTİ... - FAKTLAR

İnam Kərimovun iflas olan PAMBIQ SİYASƏTİ... - FAKTLAR

Tarix: 2-04-2019, 14:51 Bölmə :GündəmXəbər / Manşet Baxış: 827
İnam Kərimovun iflas olan PAMBIQ SİYASƏTİ... - FAKTLAR


Azərbaycan hökuməti 2017-ci ilin iyul ayında "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nı qəbul edib.

Proqramda pambıqçılıq aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olduğu, əmək tutumluluğuna və ümumi məhsul buraxılışının həcminə görə yüksək göstəriciləri ilə seçildiyi qeyd edilib.

Həmçinin proqramda qeyd edilib ki, "Azərbaycanda pambıq istehsalı üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, emal sənayesinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları, həmçinin pambıq və ondan hazırlanmış son məhsullar üzrə ixrac potensialı pambıqçılığın daha da inkişaf etdirilməsini zərurətə çevirir".

Təəssüflər olsun ki, Dövlət Proqramı qəbul edildikdən sonra pambıqçılıqda məhsuldarlıq ən aşağı səviyyəyə düşdü və hər hektardan orta ölkə üzrə məhsuldarlıq 15,3 sentner təşkil etdi.

Pambıqçılıq çox gəlirli bir sahə olduğu halda 2017-ci ildə xam pambıq istehsalçıları ziyana məruz qaldılar. Dövlət Statistika Komitəsi 2017-ci ildə ölkə üzrə xam pambığın rentabelliyinin mənfi olduğunu qeyd edib. Əslində isə 2017-ci ildə istehsal olunan 207,5 min ton pambıqdan 80 min tona yaxın mahlıc əldə olunub ki, bunun da əsas hissəsi (54 min 314 ton pambıq lifi, 9 min 488 ton iplik) 2018-ci ildə ixrac edilib.

Ümumilikdə, 2018 ilin yanvar-dekabr aylarında 104,13 milyon dollar dəyərində pambıq ixrac olunub. İxrac olunan pambıq lifinin 1 tonunun ixrac dəyəri 1481 dollar təşkil edib. Beləliklə, 2017-ci ildə əldə olunan 80 min ton pambıq lifindən əldə edilən gəlir 118,48 milyon ABŞ dolları və yaxud bu günki məzənnə ilə 201 milyon 416 min manat təşkil edib. Dövlət Statistika Komitəsinin xam pambığın bir sentnerinin satış qiyməti üzrə apardığı hesablamalar göstərib ki, ümumilikdə 2017-ci ildə emal müəssisələri 207,5 min ton xam pambığın alışı üçün cəmi 105,5 milyon manat xərcləyiblər. Beləliklə, 2017-ci ildə istehsal olunan pambıq lifindən 96 milyon manat qazanc əldə olunub. Xam pambığın emalından əldə olunan digər məhsulları da hesablasaq bu sahədə rentabellik 120 faizdən çoxdur. Baxmayaraq ki, keçən il bu sahənin ziyanla başa gəldiyi DSK-nın təqdim etdiyi cədvəllərdə öz əksini tapıb. Belə ki, DSK-nın təqdim etdiyi məlumatlara əsasən xam pambığın bir sentnerinin maya dəyəri 51 manat 17 qəpik olduğu halda, məhsulun bir sentneri emal müəssisələri tərəfindən 50 manat 87 qəpiyə alınıb. Bu hesabla kəndlilərə dəyən ziyan 621 min manat olub. Əslində DSK-nın təqdim etdiyi məlumatlara əsaslanaraq demək olar ki, 2017-ci ildə pambıq istehsalı kəndlilər, fermerlər üçün ziyanla başa gəlsə də, oliqarx-məmurlar bu sahədən 100 milyon manatdan çox təmiz qazanc əldə ediblər.

"Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nda qeyd edilir ki, proqramın "məqsədi ölkədə pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, pambıq emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, pambıq məhsullarının ixracının artırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsindən və bu sahənin inkişafının stimullaşdırılmasından ibarətdir". Qarşıya qoyulmuş məqsədə nail olmaq infrastruktur təminatının yaxşılaşdırılması, pambıqçılıq məhsullarının rəqabət qabiliyyətliliyinin artırılması, ixracının təşviqi, idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi və s. vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulub. Dövlət Proqramının həyata keçirilməsi üzrə təqdim olunan tədbirlər planında isə konkret görüləcək işlər deyil, "fəaliyyətin gücləndirilməsi", "dəstəklənməsi", "təşviqi" kimi ümumi olaraq qeyri-müəyyən nəticələri ola biləcək tədbirlər nəzərdə tutulub.

Azərbaycan hökuməti reallığı nəzərə almadan, dəqiq hesablamalar aparmadan "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nın icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalını 500 min tona qədər artırmağı hədəf kimi qarşıya qoyub.

Onu da qeyd etməliyəm ki, 2016-cı ilin sentyabr ayında Sabirabadda pambıqçılıqla bağlı keçirilən respublika müşavirədə İlham Əliyev demişdi: "Çalışmalıyıq ki, biz orta məhsuldarlığı 1980-81-ci illərdə ən pik nöqtədə olan məhsuldarlığın səviyyəsinə qaldıraq - təqribən 35 sentnerə. Əgər orta məhsuldarlıq olarsa, 200 min hektardan 700 min ton pambıq yığılacaq. Bu da pambıqçılığın faktiki olaraq tam bərpası, özü də müasir səviyyədə bərpası demək olacaq".

Birincisi, növbəli əkin sistemi tətbiq etmədən məhsuldarlığı 35 sentnerə qaldırmaq mümkün olmayacaq. Növbəli əkin sisteminin tətbiqi isə pambıq əkini üçün daha böyük ərazidən istifadəni şərtləndirir. Burada adi hesablama apararaq 35-i 200-ə vurmaq yox, həm də hər il dəyişəcək sahələrin həcmi və yeri nəzərə alınmalıdır. Bu isə mürəkkəb məsələdir. İkincisi, artıq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi Azərbaycanda əvvəlki illərlə müqayisədə pambığın əkin sahələrinin azaldılması təşəbbüsü ilə çıxış edib. Belə ki, 2019-cu ildə 104,9 min hektar sahədə pambıq əkiləcəyi haqda proqnoz verib. Bu isə o deməkdir ki, hökumət Dövlət Proqramında 2022-ci il üçün qarşıya qoyduğu hədəfə, 500 min ton pambıq istehsalına nail ola bilməyəcək. Dövlət Proqramı 2017-ci ildə qəbul edilsə də, hətta 2018-ci ildə qarşıya qoyulan hədəfə nail olunmadı. Hökumət bir il əvvəl 2018-ci il üçün hər hektardan 40 sentner məhsul əldə olunacağını vəd etsə də, sonradan nəzərdə tutulan göstəricini 2 dəfə aşağı endirdi. Belə ki, 2018-ci ildə İlham Əliyev Nazirlər Kabinetinin iclasında qeyd edib ki, hər hektardan orta məhsuldarlıq azı 20 sentnerə çatdırılmalıdır. Lakin 2018-ci ildə ölkə üzrə hər hektardan orta məhsuldarlıq 17,5 sentner təşkil edib.

Pambıqçılıqda məhsuldarlığın bu qədər aşağı olması onu deməyə əsas verir ki, əvvəlki ildə olduğu kimi 2018-ci ildə də bir çox rayonlarda pambıq əkini ilə məşğul olan fermerlər, kəndlilər ciddi ziyana məruz qalıblar. 2018-ci ildə ölkənin 22 rayonunda pambıq əkini həyata keçirilib. Bu rayonların tən yarısında məhsuldarlıq 15 sentnerdən aşağı olub. Bəzi rayonlarda isə hər hektardan orta məhsuldarlıq 10 sentner səviyyəsinə də qalxmayıb. Füzuli, Hacıqabul, Ağsu rayonlarında məhsuldarlıq 10 sentnerdən aşağı, Ucar rayonunda isə hər hektardan orta məhsuldarlıq 6,6 sentner olub. Apardığımız hesablamalar göstərdi ki, 2018-ci idə də məhsulun az, alış qiymətinin ucuz olması minlərlə kəndlilərin müflis olmasına səbəb olub.

Onu da qeyd etmək lazımdır ki, hələ 2010-cu ildə "Pambıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu" qəbul edilib. "Pambıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu"nun 19- cu maddəsində "pambıq sahələrinin sığortalanmasına dövlət tərəfindən maliyyə yardımının göstərilməsi" nəzərdə tutulsa da, bu maddənin işlək mexanizmi hazırlanmadığı üçün sığorta hadisələri baş versə də, fermerlər onlara verilə biləcək imkandan faydalana bilməyiblər. Bu, azmış kimi bu sahədə çalışanlar icbari qaydada sığorta olunmurlar.

Qeyd etməliyəm ki, Azərbaycanda 2018-ci ilin iyun ayında pambıq tarlalarında çoxsaylı insan zəhərlənməsi halları baş verib. Həmin ilin iyun ayının 10-da Saatlı rayonunun Simadakənd kəndi ərazisində pambıq sahəsində kütləvi zəhərlənmə olmuşdu. Fermer Lətif Xəlilova məxsus pambıq tarlasında işləyən 24 fəhlə "kimyəvi dərman zəhərlənməsi" diaqnozu ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına daxil olmuşdu. İyun ayının 17-də Tərtər rayonunun Seydimli kəndində pambıq tarlasında işləyən 14 fəhlə xəstəxanaya müraciət etmişdi.

İyunun 19-da İmişli rayonunda pambıq sahəsində kütləvi zəhərlənmə hadisəsi baş vermişdi. O zaman həmin rayonda zəhərlənənlərin sayının 80-ə yaxın olduğu bildirilsə də, İmişli rayon xəstəxanasına pambıq sahəsində işləyən 140-dan çox fəhlə müraciət etmişdi. Bir gün sonra iyunun 20-də Yevlax rayonunun Hacımahmudlu kəndi ərazisində yerləşən pambıq sahəsində işləyən 25 fəhlə zəhərlənmişdi. Zəhərlənənlərin biri 13 yaşında, ikisi 14 yaşında, daha ikisi isə 15 yaşında yeniyetmələr olub. Onlar Amil Allahverdiyev (2005-ci ildə anadan olub), Ayxan Hüseynli (2004-ci il), Samir Qasımov (2003-cü il), Munis Hüseynli (2003-cü il), Aysel Ağakişiyevadır (2004-cü il). Ümumilikdə isə 2018-ci ildə ölkə üzrə zəhərlənmə ilə bağlı tibb müəssisələrinə müraciət edənlərin sayı 500 nəfərə yaxın olub.

Pambıqçılıq haqqında qanunda pambıqçılığın maddi-texniki bazasının yüksəldilməsi, pambıqçılıq zonalarında suvarma infrastrukturunun və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması nəzərdə tutulsa da, bu istiqamətdə vəziyyət dəyişməyib. Qanunda müasir texnika və texnologiyaların alınıb pambıq və pambıq məhsulları istehsalçılarına lizinq yolu ilə güzəştli şərtlərlə verilməsi nəzərdə tutulur. Lakin texniki təminatla bağlı bu sahədə çox ciddi problemlər var. Pambıqyığan maşınların sayı 1985-ci ildə 4238 ədəd, 1999-cu ildə 1751 ədəd olduğu halda, 2017-ci ildə cəmi 311 ədəd təşkil edib.

Yaxın günlərdə bölgələrdə pambıq əkininə start veriləcək. Azərbaycanda pambıqçılıqda məhsuldarlığı artırmaq, pambığın keyfiyyətini yaxşılaşdırmaq, rəqabət qabiliyyətli məhsul istehsal etmək üçün yaxşı olar ki, hökumət kəndlilərə, fermerlərə sərbəstlik və seçim imkanı versin, pambıq emalında və ixracında mövcud olan inhisarçılığı aradan götürsün, fermer təsərrüfatlarına istehsal etdikləri xam pambığı emal etmək və xaricə çıxarmaq imkanı yaratsın. Yaxşı olar ki, hökumət qəbul etdiyi sənədlərdə nəzərdə tutduğu kimi istehsalçıların ucuz kredit resurslarına çıxışını, davamlı suvarma suyu ilə təminatını, təsərrüfatların sığortalanmasını və sahədə çalışanların icbari qaydada sığorta olunmasını təşkil etsin.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Çin Azərbaycanda pambıq istehsal edəcək

    Çin Azərbaycanda pambıq istehsal edəcək ...

    11-02-2016, 21:35

  • 
  • Hər kiloqram xam pambığa görə subsidiya veriləcək

    Hər kiloqram xam pambığa görə subsidiya veriləcək ...

    23-09-2016, 01:02

  • 
  • Nazirlik: 15 mindən çox yeni iş yeri açılacaq

    Nazirlik: 15 mindən çox yeni iş yeri açılacaq ...

    6-02-2016, 18:34

  • 
  • Azərbaycanın pambıq bazarında qeyri-sabitlik davam edir

    Azərbaycanın pambıq bazarında qeyri-sabitlik ...

    11-01-2013, 10:55

  • 
  • Azərbaycan korrupsiya ilə mübarizə üzrə yeni Dövlət Proqramı qəbul edəcək

    Azərbaycan korrupsiya ilə mübarizə üzrə yeni ...

    3-06-2017, 14:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu