Ucuz alış qiyməti, eləcə də məhsuldarlıq səviyyəsi pambıqçılığı qeyri-rentabelli edir
2012-ci ildə Azərbaycanda 56,8 min ton pambıq yığılıb. Bu, 2011-ci ildəkindən 14,4% azdır. Dünya bazarında pambıq lifinin qiyməti qeyri-sabit və yerli fermerlərin pambıq şirkətləri ilə münasibətləri pis olduğu üçün mütəxəssislər 2013-cü ilin mənzərəsini proqnozlaşdıra bilmirlər. 2012-ci ildə pambıq lifinin qiyməti ixracatçılar üçün nisbətən məqbul olub. Amma onlar istehsalıçalara qarşı xəsislik ediblər. Pambığın tonu standart qiymətə – 420 manata alınıb. Hərçənd birja qiymətləri onu 600 manata qaldırmaq imkanı verirdi. Kənd Təsərrüfatı Nazirliyi mütəxəssislərinin fikrincə, növbəli əkin zərurəti olsa da, pambıq əkinlərinin artacağı gözlənilmir. Vəziyyət fevralın ortalarında aydınlaşacaq. Bu vaxt fermerlərlə pambıq şirkətləri arasında müqavilə bağlanması başa çatacaq. 2012-ci ildə pambıq ıkini sahələri 29 217 ha olub. Bu, 2011-ci ildəkindən (42 829 ha) 31,8% azdır. Eyni zamanda, müxtəlif amillərlə bağlı pambığın məhsuldarlığı 15,5-dən 19,5 s-ə artıb. 2012-ci ildə pambıq istehsalı 2008-ci illə (55,4 min ton) uyğundur. Ucuz alış qiyməti, eləcə də məhsuldarlıq səviyyəsi pambıqçılığı qeyri-rentabelli edir. Dövlətstatkoma görə, 2010-2011-ci illərdə Azərbaycandan 2609 və 4878 ton pambıq lifi ixrac edilib. 2012-ci ilin on ayında $8,1 mln qiymətində pambıq ixrac edilib. Bu, 2011-ci ilin eyni dövrü ilə müqayisədə 74,6% çoxdur. “İqtisadiyyat şöbəsi”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?