GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » REKTORA 60 MİN MANATLIQ İTTİHAM – BSU-da tələbələrə əsassız təhsil haqqı hesablanıb

REKTORA 60 MİN MANATLIQ İTTİHAM – BSU-da tələbələrə əsassız təhsil haqqı hesablanıb

Tarix: 11-04-2019, 17:54 Bölmə :GündəmXəbər / Manşet Baxış: 715
REKTORA 60 MİN MANATLIQ İTTİHAM – BSU-da tələbələrə əsassız təhsil haqqı hesablanıb


Hesablama Palatası Bakı Slavyan Universitetində aparılan audit yoxlamasının nəticəsini açıqlayıb.

Bakı Slavyan Universiteti üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasının qanunvericiliyə uyğunluğunun auditi 1 yanvar 2016-cı il tarixindən 1 iyul 2018-ci il tarixinədək olan dövrü əhatə etməklə, 2018-ci ilin 19 sentyabr tarixindən 19 oktyabr tarixinədək aparılıb.

Audit zamanı məlum olub ki, universitetdə ödənişli əsaslarla təhsil almış, müxtəlif səbəblərdən xaric edilmiş, 1 iyul 2018 tarixinədək bərpa edilməmiş yerli və əcnəbi tələbələrdən, doktorantlardan və yenidən hazırlanma kurs dinləyicilərindən cəmi 126 150 manat təhsil haqqının vaxtında alınmasının təmin edilməməsi səbəbindən təhsil haqqı borcu qalıb. Göstərilən təhsil haqqı borcunun 49 500, manatını 2016/2017-ci tədris ilinin əvvəlinədək yaranmış borclar təşkil edib. Xarici ölkələrin vətəndaşları olan tələbələrin universitetə qəbul edilməsinə dair əmr verilərkən müəyyən olunmuş təhsil haqqı məbləğinin minimum 50%-nin alınması tələbinin gözlənilməməsi nəticəsində 2016/2017-ci tədris ilində bakalavrlar və hazırlıq kursları üzrə ümumilikdə 2 halda olmaqla, 900 manat məbləğində təhsil haqqının alınması təmin edilməyib. 2017/2018-ci tədris ilində akademik məzuniyyət götürən tələbələr üzrə də düzgün olmayaraq hesablama verilib, nəticədə 14 halda olmaqla 18 150 manat borc yaradılıb. Yaz semestrinin əvvəlində başqa ali təhsil müəssisələrinə köçürülən tələbələrə təhsil almadığı dövrdə düzgün olmayaraq, 2015/2016 və 2017/2018-ci tədris illərində 3 halda olmaqla, 3 min 400 manat təhsil haqqı hesablanıb. Ödənişli əsaslarla təhsil alan, lakin müvafiq tədris illərində universitetlə əlaqə saxlamadığı, həmçinin fərdi tədris planı imzalamadığı üçün növbə semestrdə xaric edilmiş tələbələrə düzgün olmayaraq, 2015/2016 və 2017/2018-ci tədris illərində 14 halda olmaqla, təhsil haqqı üzrə ümumilikdə 13 150 manat hesablama verilib. Nəticədə əsassız təhsil haqqı borcu yaradılıb. Bakı Slavyan Universitetində ödənişli əsaslarla təhsil alanlardan təhsil haqqının müəyyən edilmiş təhsil müddəndə alınması təmin edilmədiyindən, (39 halda 2016-cı il tarixinədək, 15 halda 2016-cı və 4 halda 2017-ci ildə) 01.07.2018-ci il tarixə Universiteti bitirmiş tələbələrin təhsil haqqı üzrə 70 450 manat borcu qalıb. Həmçinin qeyd olunan təhsil haqları tərtib edilmiş maliyyə hesabatlarında öz əksini tapmayıb. Tələbələrin Universiteti bitirməsinə dair təhsil sənədi diplom şöbəsində saxlanılır.

Audit zamanı məlum olub ki, universitetdə ödənişli əsaslarla təhsil alan və Vyetnam Sosialist Respublikasının vətəndaşı olan 2 əcnəbi tələbənin Təhsil Nazirliyindən daxil olmuş X-137/11-24 saylı 02.07.2015-ci il tarixli məktuba əsasən, 2015/2016-cı tədris ilində bakalavr təhsil səviyyəsinə daxili kvota əsasında universitetə qəbul edilərək, təhsil haqqından azad edilməsi nəticəsində onların təhsil aldığı dövrdə hesablama verilməmiş, nəticədə (2015/2016, 2016/2017 və 2017/2018-ci tədris illərində) ümumilikdə 10 800 manat təhsil haqqından daxilolmalar icra edilməyib. Azərbaycan Prezidentinin 736 nömrəli 14 yanvar 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında saziş”də yalnız bakalavr və magistratura təhsil səviyyələrində təhsilalanların dövlət xətti ilə təhsil alması göstərilməsinə baxmayaraq, hazırlıq fakültəsinə qəbul edilən 5 nəfər Çin vətəndaşı üzrə hesablama aparılmayıb, nəticədə ümumilikdə 4 min manat təhsil haqqından daxilolmalar icra edilməyib. 2016/2017-ci tədris ilində Universitetdə tədris olunan İngilis dili müəllimliyi ixtisası üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən təhsil haqqı məbləği 1800,0 manat göstərilməsinə baxmayaraq, 2017/2018-ci tədris ilində Universitetdə təkrar ali təhsil üzrə müvafiq ixtisasa ikinci kursa qəbul edilmiş 20 tələbəyə təhsil haqqı məbləği düzgün olmayaraq, 300 manat az hesablama verilməsi nəticəsində ümumilikdə 6000,0 manat təhsil haqqından daxilolmalar icra edilməyib.

Universitetin 26 iyul 2016-cı il tarixli 93 saylı əmrinə əsasən, mühasibat uçotu sənədlərinin yeni rəhbərliyə təhvil verilməsi ilə əlaqədar yaradılmış “Təhvil-təslim komissiyası” tərəfindən 29.07.2016-cı il tarixdə tərtib edilmiş və 30 iyul 2016-cı il tarixdə universitetin rektoru tərəfindən təsdiq edilmiş 1 saylı aktda 01 avqust 2016-cı il tarixinə Universitetdə ödənişli təhsilalanlar üzrə təhvil verilmiş təhsil haqqı borcunun az göstərilməsi nəticəsində 61 min 132 manat kənarlaşma olub.

Auditlə əhatə olunan illərdə Universitetdə dövlət sifarişi ilə təhsil alan, tədris ilini tam başa vurmadan müxtəlif səbəblərdən universitetdən xaric olunan tələbələr barədə mütəmadi olaraq Təhsil Nazirliyinə məlumat verilmədiyindən, onların təhsil haqqı tam ödənilməklə universitetə ümumilikdə 8 580 manat artıq vəsait köçürülüb. Müvafiq semestrlər üzrə akademik borcu qalmış tələbələrin payız və yaz semestrlərində alt qruplarda və fərdi qruplarda 25,0% güzəşt hüququndan istifadə etməklə, həmçinin yay tətili dövründə təşkil edilmiş yay məktəblərində akademik borcların ləğv edilməsi ilə əlaqədar kredit haqqı üzrə Universitetin 1 iyul 2018-ci il tarixə kreditor borcun 24 102,2 manat təşkil etməsinə baxmayaraq, qeyd olunan kreditor borc maliyyə hesabatlarında əks etdirilməyib. 1 yanvar 2016-cı il tarixə universitetin təhsil haqqı üzrə kreditor borcu olmayıb, debitor borcu isə 2 134 037 manat olub. Auditlə əhatə edilən dövrdə ümumilikdə 8 642 514 manat hesablama aparılıb. Ümumilikdə 10 203 681 manat təhsil alanlardan təhsil haqqı daxil olub. 1 iyul 2018-ci il tarixə universitetin ödənişli təhsil haqqı üzrə kreditor borcu 582 920 manat, debitor borcu isə 10 050 manat təşkil edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sumqayıt Dövlət Universitetində yeyinti aşkarlandı - RƏSMİ

    Sumqayıt Dövlət Universitetində yeyinti ...

    19-07-2017, 00:31

  • 
  • Dövlət universitetlərinin təhsil haqlarında artım olacaqmı? - Siyahı

    Dövlət universitetlərinin təhsil haqlarında artım ...

    21-07-2017, 16:43

  • 
  • Nazir nurçu rektora xəbərdarlıq etdi

    Nazir nurçu rektora xəbərdarlıq etdi ...

    17-04-2014, 10:05

  • 
  • Tibb Universitetində həyəcan - Təhsil haqqı 4000-4500 manata qaldırılıb

    Tibb Universitetində həyəcan - Təhsil haqqı ...

    13-08-2018, 15:42

  • 
  • Məcburi dövlət sosial sığorta sahəsində yaranmış borclar silindi

    Məcburi dövlət sosial sığorta sahəsində yaranmış ...

    17-03-2018, 11:39


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu