Əbülfəz Qarayev Turizm İnstitutunda büdcə pullarının talanından narahat olub
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Turizm İnstitutunun rektoru Cəfər Cəfərova xəbərdarlıq olunub. Bu barədə Hesablama Palatasının 2013-cü ildəki fəaliyyəti ilə bağlı açıqladığı hesabatında bildirilir. Hesabat ilində dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Turizm İnstitutuna ayrılan vəsaitərin proqnozlaşdırılması və icrasının auditi aparılıb. Audit tədbiri zamanı bəzi nöqsanlara yol verildiyi müəyyən edilib. Belə ki, institut tərəfindən bəzi xərc maddələri üzrə proqnoz göstəriciləri müvafiq iqtisadi əsaslandırma və hesablama aparılmadan hazırlanıb, mövcud normativlərin tələblərinə əməl edilməməsi nəticəsində yaradılmış Tədris şöbəsi, “İnformasiya texnologiyaları” kafedrası və Kadrlar şöbəsi üzrə dərs yükünün nəzərə alınmaması nəticəsində artıq müəllim ştatları proqnozlaşdırılsa da, əmək haqqı ödənilməyib. İxtisasları üzrə dərs deməyən pedoqoji işçilərin əmək haqqına elmi dərəcələrə görə əlavələr, elmi dərəcəsi olmayan müəllimlərin əmək haqqına elmi dərəcəyə görə əlavə hesablanaraq artıq əmək haqqı, artıq ezamiyə xərci, istifadə edilməmiş məzuniyyət günlərinin düzgün hesablanmaması nəticəsində artıq kompensasiya, normativdən artıq saxlanmış ştatlar üçün əmək haqqı ödənilib, texniki səhvlərə yol verilmə nəticəsində artıq təqaüd ödənilib. Bolonya sisteminin tələblərinə düzgün əməl edilməməsi nəticəsində tədris ilinin birinci yarısında imtahanlardan qeyri-kafi qiymət almış tələbələrdən ibarət qruplar yardılaraq “axşam məktəbləri” adı ilə tələbələrin kredit borcunun ödənilməsi həyata keçirilib. Təhsil haqlarının vaxtında yığılması təmin edilməyib, İnstitutun yeməkxanaları icarə müqaviləsi olmadan ictimai iaşə fəaliyyəti ilə məşğul olmaq üçün fiziki şəxsin istifadəsinə verilib, mühasibatlıq üzrə qalıqda olmadığı halda institutun anbarında və maddi-məsul şəxslərin öhdəsində mal-material olub, satın alınmış bəzi mal-materiallar audit dövrünədək təhvil verilməyib. Bundan başqa, materialların (işlərin və xidmətlərin) satın alınması zamanı bu sahəni tənzimləyən qanunvericilik aktlarının tələblərinə əməl edilməyib, satınalma metodu tətbiq edilmədən vəsait xərc edilib, qiymət cədvəlində göstərilməyən mal-materiallar alınmayıb, satınalma proseduru keçirilməzdən əvvəl qalib təşkilatdan satınalma predmeti olan dəftərxana və təsərrüfat malları alınıb, təmir işlərinin yerinə yetirilməsi zamanı podratçı təşkilata artıq vəsait ödənilib, müxtəlif tədbirlərin keçirilməsi üçün köçürülmüş vəsaitlərin silgisi müəyyən edilmiş qaydada rəsmiləşməyib. Aşkar olunmuş nöqsanların aradan qalıdırlması istiqamətində görülmüş tədbirlər barədə təqdim edilmiş məlumatda dövlət büdcəsində 141192,2 manat vəsaitin bərpa olunduğu, 152 min manat dəyərində inventar və avadanlığın təhvil verildiyi, 23692 manat dəyərində mal və materialların uçota alındığı qeyd olunub. Eyni zamanda, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən institutun rektoruna xəbərdarlıq elan edildiyi bildirilib. Qeyd edək ki, qəzetimizə daxil olan informasiyalara əsasən, Cəfər Cəfərovun adı Azərbaycanda fəaliyyət göstərən nurçularla sıx əməkdaşlıqda hallanır. Məlumatlara əsasən, rektor Bakı nurçuları ilə sıx təmasda olan şəxslərdən biridir. Asəf İsayev
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?