Düz 20 il öncə, 1999- cu ildə Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin iştirakı və təşəbbüsü ilə həmin gün tarixə çevrildi.
“Ölkənin aparıcı gənclər təşkilatının iştirakı ilə 24 aprel Bütöv Azərbaycan Gənclər günü elan olundu. Əbülfəz bəy tarixi nitq söylədi, Azərbaycanın bütövləşəcəyinə dərin inamını ifadə etdi...”
Bu zözləri Əbülfəz Elçibəy dönəmində Bütöv Azərbaycan Gənclər Təşkilatının sədri vəzifəsini daşıyan Hüquq müdafiəçisi Oktay Gülalıyev öz facebook səhifəsində bildirib. Həmin açıqlamanı GundemXeber.Az-ın oxucularına təqdim edirik: “O zaman indiki kimi parçalanmış xalqlar problemindən, Azərbaycanın güneyində baş verənlərlə bağlı çoxları danışmırdı. Bu ideyanı xəyal hesab edirdilər. Amma Əbülfəz Elçibəy o zaman da, ondan əvvəl də deyirdi ki, Azərbaycan gec- tez bütövləşəcək. Və o, Azərbaycanın bütövləşəcəyini həyatının mənası hesab edirdii. "Bütövləşmə, millətləşmə, dövlətləşmə" deyərək xalqımızın ideoloji- siyasi hədəflərini göstərdi...
İndi çox yaxşı haldır ki, ölkəmizin bütövlüyü ilə bağlı müxtəlif təşkilatlar yaranır, tədqiqatlar və müzakirələr aparılır. Ölkəmizin güneyində türkçülük, Qarabağ, Bütöv Azərbaycan ideyası daha gur səsləndirilir və məşhurluq qazanır. Biz inanırıq ki, gün gələcək xalqımız, vətənimiz bütövləşəcək. Torpaqlarımızı işğaldan azad edəcəyik, düşmənlərimiz xar olacaq. Bütöv Azərbaycan gəncliyinin birliyi və gücü ilə ermənilərin əsassız torpaq və yalançı soyqrım iddiaları tarixin zibilliyinə gömüləcək!
Biz hər il çalışmışıq ki, 24 aprel Bütöv Azərbaycan Gənclər günün qeyd edək. İstəyirik bu il də qeyd edək. Toplantımız 24 aprel saat 14.00- da Klassik Xalq Cəbhəsi Partiyasının Qərargahında keçiriləcək. Hər kəsi toplantıya qatılmağa, bu gözəl və müqəddəs günü bir yerdə qeyd etməyə çağırırıq.
Yaşasın 24 aprel- Bütöv Azərbaycan Gənclər günü! Yaşasın Azərbaycanın bütövlüyü və müstəqil dövlətimiz!”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?