Tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyevin təşkilatçılığı ilə 24 aprel - Bütöv Azərbaycan Gənclər günü ilə bağlı tədbir keçirilib.
gundemxeber.az sozcu.az xəbər verir ki, tədbir iştirakçıları ilk öncə, bu günün ideya müəllifi olan Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər. Əbülfəz Elçibəyin məzarı qarşısında çıxış edən Milli Azadlıq Hərəkatının iştirakçıları və gənclər bu günün tariximizdəki əhəmiyyəti haqqında çıxış edərək Əbülfəz Elçibəyin idayalarını həyata keçirəcəklərini bəyan ediblər.
Fəxri Xiyabanda keçirilən ziyarət tədbirindən sonra KXCP -nin qərərgahında tədbirin davamı keçirilib. Mətbuat nümayəndələrinin də geniş diqqət ayırdığı tədbirdə, tədbirin təşkilatçısı və aparıcısı Oktay Gülalıyev, Əbülfəz Elçibəyin silahdaşları, media rəhbərləri və gənclər, 22 aprel Bütöv Azərbaycan Gənclər Günü haqqında geniş çıxışlar edərək, fikirlərini bildiriblər.
Xatırladaq ki, 1999-cu ildə Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin təşəbbüsü və Bütöv Azərbaycan Gənclər Təşkilatının (BAGT) təşkilatçılığı ilə 40-a yaxın gənclər təşkilatının qərarına əsasən 24 aprel tarixi Bütöv Azərbaycan Gənclər günü olaraq elan edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?