O, bu haqda öz facebook səhifəsində çıxış edərək bildirib. Hüquq müdafiəçisinin açıqlamasını olduğu kimi təqdim edirik:
''Sabah, bazar ertəsi saat 11.00- da DİN Baş Cinayət Axtarış İdarəsinə çağrılmışam. Deyəsən mənim hansısa "cinayət"- də iştirakımı araşdırırlar. Olsun. Əgər mənim dinc, günahsız insanlara qarşı aparılan repressiyalar və işgəncələr əleyhinə fəaliyyətim, onları müdafiə etməyim cinayətdirsə mən bu "cinayət"- ə görə cavab verməyə hazıram.
Amma qoy hamı bilsin ki, günahsız insanların şərlənib həbs olunmasına, onların ağır işgəncələrə məruz qalmasına, müəmmalı şəkildə qətlə yetirilməsinə bizim göz yummaq fikrimiz yoxdur. Biz xalqımızın haqqı və hüququ uğrunda sona qədər mübarizə aparacayıq. Bu mübarizə nisbi azadlıqda da ola bilər, dəmir barmalılar arxasında da...
Yəqin sabah imkanımız olacaq ki, son zamanlar ölkədə tüğyan edən repressiya və işgəncələrlə bağlı DİN rəhbərliyinə fikirlərimizi üzbə üz çatdıra bilək.''
Sorğu
Yeni dizaynımız necədir?