GundemXeber.Az xəbər verir ki,Hüquq müdafiyəçisi Əlövsət Sadıqlı facebook hesabında xalqı ölkədə tüğyan edən Repressiya və işgəncələrə qarşı birgə mübarizəyə çağırıb.Hüquq müdafiyəçisi Əlövsət Sadıqlının öz Facebook səhifəsində yazdığı məlumatı olduğu kimi təqdim edirik.
DİQQƏT! DİQQƏT!
ƏZİZ HƏMVƏTƏNLƏR!
Ölkədə repressiya, sorğu-sualsız qətl və işgəncə halları artıq görünməmiş səviyyədə və de-fakto dövlət idarəetməsinə çevrilib! Xalqın dəstəyini çoxdan itirmiş hakimiyyət terror və formasını dəyişmiş soyqırım siyasəti vasitəsilə xof yaratmaq yolunu tutub və bu yolla ömrünü uzatmağa cəhd edir! Can Azərbaycanımız dünya ölkələri içərisində insan haqq və azadlıqları reyytinqinə görə siyahının axırından, repressiya və işgəncələr reytinqinə görə isə əvvəlindən birinciliyini "əzmkarlıqla" qoruyub saxlamaqdadır...! Bu istiqamətdə hökumətin, xüsusilə də, prezident İ.Əliyevin "uğurlu siyasəti", həmçinin PKK və erməni təəssübkeşlərindən ibarət yaxın ətrafının xalqa qarşı nifrət püskürən münasibəti, demək mümkündür ki, artıq ölkəni repressiya və işgəncə laboratoriyasına çevirə bilib!
Çox yaxın keçmişimizin Nardaran, Tərtər və Gəncə olaylarında əksəriyyəti tam günahsız olan vətəndaşlarımızın erməni vəhşiliyindən betər işgəncələrə məruz qoyulması, bütün orqanlarından, o cümlədən, cinsiyyət orqanlarından elektrik cərəyanına qoşulması, cavan-cavan oğlanların axtalanması (vaideynlərin iddiası), ölümcül işgəncələr nəticəsində qətlə yetirilməsi və ya sorğu-sualsız güllələnməsi, qondarma və əsassız ittihamlarla hətta ömürlük həbs cəzasını ehtiva edən maddələrlə ittiham edilməsi, işgəncələrin hazırda Gəncə işi ilə əlaqədar gedən məhkəmə proseslərində belə davam etdirilməsi yuxarıda qeyd etdiyim "birinciliyi" təsdiq etməkdədir! Sübut istəyənlər zəhmət çəkib işgəncə altında qətlə yetirilənlərin, güllələnənlərin, işgəncə altında ifadəsi alınıb ən ağır maddələrlə ittiham olunanların və s. əzizlərinin, ailə üzvlərinin "youtube" və facebook sosial şəbəkələrindəki nalələrinə qulaq assınlar. Və ya günahsız ittiham olunan və yarımcan edilmiş müttəhimlərin öz dilindən əyani olaraq eşitmək istəyənlər hər həftənin 4-5-ci günləri saat 11.00-dan axşamadək Sabunçu rayon məhkəmə binasının 3-cü mərtəbəsində 8 və 9-cu zallarda məhkəmə prosesində iştirak etsinlər və təsəvvür etmədikləri insanlıq dramının şahidi olsunlar...
DOSTLAR, repressiya və işgəncələrin tüğyan etməsi və hökumətin idarəçilik siyasətinə çevrilməsi ölkənin təhlükəsizliyini ciddi təhdid etməkdədir! Və hər kəs, bir vətəndaş olaraq, bu təhlükəyə qarşı çıxmalı, səsini ucaltmalıdır! Məhz bu səbəbdən bu gün "Repressiya və İşgəncələr Əleyhinə Komitə"nin təsis edilməsi barədə ümumi razılığa və qərara gəldik. Yaxın günlərdə sizlərin də iştirakı ilə təsis toplantısının keçirilməsi nəzərdə tutulur və bu barədə əlavə məlumat veriləcək!
Hər birinizi siyasi repressiya, qətl və işgəncələrə qarşı birgə mübarizəyə dəvət edirik! Repressiya və İşgəncələr Əleyhinə Komitənin qapısı fəaliyyət birliyində olmaq arzusunda olan hər kəsin üzünə açıqdır!
Gəlin bir olaq, birlik olaq, güc olaq və dövlətimizin təhlükəsizliyini, insanlarımızın haqqını birlikdə qoruyaq!
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?