Tanınmış Hüquq müdafiəçisi Oqtay Gülalıyev işgəncə və repressiyalarla bağlı ilkin toplantı çağırdı. yaranacaq komitənin mahiyyəti ilə bağlı Oqtay Gülalıyevin açıqlamasını təqdim edirik:
''Bu ölkənin ən ciddi problemlərindən biri işgəncələrlə, repressiyalarla bağlıdır. Günahsız insanlar şərlənib həbs olunur. Ağır işgəncələrə məruz qalır, məhkəməsiz, dəlilsiz- sübutsuz qətlə yetirilir. Nəticədə insanların həyatı qaralır, onlara ağır zərbə dəyir, ailələri böyük mənəvi zərbə alır, repressiyaya uğrayırlar. Ölkənin imici zədələnir, dövlət onursuzlaşır...
Bu gün Gəncə hadisələri, "Tərtər işi", 2012- ci il Evrovizion yarışması, 2015- ci il Nardaran məsələləri və eləcə də digər hadisələrə görə övladları həbs olunan, qətlə yetirilən valideynlərin iştirakı ilə müzakirələr apardıq. Qərara aldıq ki, bu istiqamətdə müzakirələrimizi davam etdirək, təşkilatlanaq...
İşgəncə və repressiyalar hər birimizin qapısını döyür və döyməkdədir. Gəlin, qapımızın zəngi çalınmadan qüvvələrimizi, səylərimizi birləşdirək. Repressiyalara, işgəncələrə, faili- məchul işgəncələrə "yox" deyək!''
Sorğu
Yeni dizaynımız necədir?