""Azərpoçt" MMC-də ştatları satırlar". Bu barədə qurumun əməkdaşlarından biri məlumat verib.
Qeyd edək ki, redaksiyamıza olduqca ilginc iddiaların yer aldığı materiallar da təqdim olunub ki, söügedən faktlarla əlaqədar araşdırma aparmaq qərarını vermişik və qarşı tərəfin də bu faktlara reaksiyasını təqdim etməyə çalışacağıq.
İddialara gəlincə isə, dia.az-a danışan mənbə bildirir ki, "Azərpoçt" MMC-də "kadr islahatları" adı altında neçə ilin təcrübəli işçilərini uzaqlaşdırıblar"
"Kimin "krışası", pulu varsa, onu ixtisara düşsə də, tələsik başqa ştat altında işlə təmin edirlər".
Daha sonra mənbə maraqlı iddia ilə də çıxşı edir: "Nazir Ramil Quliyevin də rayonlarda keçirilən qəbulları formal xarakter daşıyır. Ad olsun ki nazir rayonlarda qəbul keçirdi. İndiyə kimi bir dənə də olsun haqsız yerə işdən kənarlaşdırılan işçinin şikayətinə obyektiv şəkildə baxılmayıb. Necə deyərlər balıq başdan iylənər".
Araşdırmalarımız davam edəcək, Mövzu diqqətimizdədir. İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?