Qəmbər Bəybalayevlə bağlı daha bir ittiham irəli sürülüb
“Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevin işçilərindən ona qarşı daha bir ağır ittiham irəli sürülüb. Verilən məlumata görə, əsas ittihamlar rayonlarda və kəndlərdə inşa edilmiş kiçik poçt şöbələri ilə bağlıdır. Məlumatlarda deyilir ki, məhz Qəmbər Bəybalayevin nəzarəti altında kəndlərdə inşa edilən kiçik həcmli poçt şöbələrinin tikintisinə 70 min manat pul ayrılıb. Hər biri üçün nəzərdə tutulmuş bu məbləğin həddindən artıq böyük olduğu bildirilir. Əldə etdiyimiz xəbərə görə, həqiqətən də kənd yerlərində inşa edilmiş “göbələyəbənzər” poçt şöbələri üçün 70 min manat xərclənməsi inandırıcı deyil. Çünki bu vəsaitlə daha iri həcmli bir bina inşa etmək mümkündür. Gələn xəbərlərdə deyilir ki, 70 min manat kağız üzərində həmin tikintiyə sərf olunub. Əslində isə 3-4 min manata başa gəlmiş bu şöbələrə ayrılmış pulların Qəmbər Bəybalayevə çatdığı vurğulanır. Məlumat ünvanlayan poçt işçiləri daha sonra bildiriblər ki, baş direktorun oyunları bununla yekunlaşmayıb. Onun həmçinin kassa otaqlarının hər birinin tikintisinə 50 min manat ayırtdırdığı vurğulanır. Onlar deyirlər ki, bu şişirdilmiş rəqəmlərdir və məqsəd baş direktorun daha çox qazanc əldə etməsi niyyəti güdür. Bu əsnada gələn başqa bir xəbərdə isə qeyd olunur ki, Qəmbər Bəybalayev ölkədəki bütün poçt filiallarının rəislərindən aylıq “haqq” alır. Bu işə nəzarəti isə köməkçisi Elşad Nurəliyev və baş mühasib Vüqar Əfəndiyev nəzarət edirlər. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. SAMİR
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?