Hüquq müdafiəçisi Oqtay Gülalıyev "Gəncə hadisələri ilə bağlı xeyli ziddiyyətli məqamların olduğunu bildirir.
Cənab Gülalıyevin öz facebook səhifəsində pylaşdığı açıqlamanı olduğu kimi GundemXeber.Az-ın çoxsaylı oxucularına təqdim edirik: ''Ən böyük ziddiyyətlərdən biri 10 iyul hadisəsinin kimlər tərəfindən təşkili, orda iştirak edib polislərə boşqab atan hicablı qadınlar (və ya hicab paltarı geyinənlər), onların şəxsiyyətini müəyyən edərək bu günə qədər məsuliyyətə cəlb edilməməsi, qətlə yetirilən vəzifəli polislərin digər polis qüvvələri tərəfindən hadisə yerində lazımınca müdafiə olunmamaları, insanların çox rahat şəkildə razılaşdırılmamış mitinq zamanı meydana buraxılması və s. məqamlardır.
Hadisələrdən əvvəl və sonra çoxlu sayda günahsız insanlar həbs edilib və onlara dəhşətli işgəncələr verilib. Hadisələr zamanı Gəncədə olmayan bir çox insanlar "polisə müqavimət" adı ilə müəmmalı şəkildə qətlə yetirilib və ya həbs ediliblər. Həbs olunanlara ifrat ittihamlar irəli sürülüb və ağır cəzalar verilib. Elə şəxslər var ki, cinayət məcəlləsinin 20, 23, hətta 27 maddəsi ilə ittiham olunurlar"...
"Gəncə hadisələri ilə bağlı həyata keçirilən həbslər siyasi motivlidir. Əvvəla ona görə ki, bir çox maddələr siyasi xarakterlidir. Məsələn, həbs olunanlar siyasi fəaliyyətlə məşğul olmasalar və əməllərinə adekvat olmasa da onların bir çoxu "konstitutsiya qurluşunu zorla dəyişdirmək", "hakimiyyəti zorla ələ keçirmək", "iğtişaşlara çağırış" maddələri ilə ittiham olunur. Məsələnin siyasi çalarlı olmasının digər tərəfi onunla bağlıdır ki, hakimiyyət 10 iyul hadisələrindən istifadə edərək Gəncədə etirazçı insanları susdurmaq üçün geniş miqyaslı əməliyyat həyata keçirib, çox sayda insanları həbs edib. Onlara ağır işgəncə verilib. Mən Gəncə hadisələri ilə bağlı həbs olunanların böyük bir hissəsini günahsız hesab edirəm, qalanları da ifrat ittihama və cəzaya məruz qalıblar. Hazırda onların siyasi məhbus siyahısına salınıb salınmaması ilə bağlı müzakirələr gedir. Hesab edirəm ki, həmin şəxslərin əksərinin həbsi AŞPA- nin 2011- ci ilin oktyabr ayında qəbul etdiyi "siyasi məhbus kriteriyası"-nın tələbləri təsirinə düşdüyünə görə onlar siyasi məhbus kimi tanına bilər"...
Bu qeydlər "Turan" İnformasiya Agentliyi və "ASTNA.biz" informasiya resursuna verdiyim mühasibədən götürülüb. 3 dildə dərc olunub...''
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?