GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Gəncə hadisələrində polisə qab-qacaq atan “hicablı qadınlar” kimdir?

Gəncə hadisələrində polisə qab-qacaq atan “hicablı qadınlar” kimdir?

Tarix: 20-04-2019, 13:08 Bölmə :Bölgə Baxış: 843
Gəncə hadisələrində polisə qab-qacaq atan “hicablı qadınlar” kimdir?


Oktay Gülalıyev, hüquq müdafiəçisi

Gəncə hadisələri ilə bağlı əsl həqiqətlər ortaya çıxır…

Dünən və bu gün Sabunçu rayon məhkəməsində Gəncə hadisələri ilə bağlı 2 qrupun- 18 nəfər təqsirləndirilən şəxsin məhkəmə prosesi baş tutdu. Əvvəl olduğu kimi bu dəfə ki məhkəmə prosesləri də gərgin və çoxsaylı qanun pozuntuları ilə keçirildi…

Məhkəmədə sərbəst ifadə verən Kəpəz rayon polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməkdaşları və digər polislər öz ifadələrindən açıqca qeyd etdilər ki, 10 iyul 2018- ci ildə Gəncədə İcra hakimiyyətinin inzibati binasının qarşısında qanunsuz mitinq və işğişaşların ola biləcəyinə dair rəhbərlik tərəfindən onlara öncədən məlumat verilib, lazımi təlimatlandırma işləri aparılıb. Polis şöbələrində gücləndirilmiş iş rejimi elan olunub, polis heyəti hazır vəziyyətə gətirilib. Amma həmin gün bütün silahlar, hətta xidməti tabel silahlar da polislərdən alınıb (!?). Polis polkovniki İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilərkən polislər bildirdi ki, onlardan 70- 100 metr kənarda olublar və fakti olaraq onları meydana tək, silahsız buraxıb köməksiz qoyublar. Çox maraqlıdır ki, 2 polis əməkdaşının öldürüldüyü, birinin yaralandığı hadisə zamanı qatil Rəşad Böyükişiyev əlində xəncər 100- lərlə polisin yanından sərbəst şəkildə hadisə yerindən çıxıb gedib. Polislər onu və digər hadisə iştirakçılarını- hansı ki, onlar indi həbsdədir- niyə onları hadisə yerində həbs etməyiblər və ya buna cəhd göstərməyiblər?

Digər tərəfdən necə ola bilir ki, həmin gün meydanda 50- dən çox şəxs iğtişaş törətməkdə, polisə daş- kəsək, dəyənək atmaqda ittiham olunur, amma heç bir polis əməkdaşı həmin gün xəsarət almayıb? Niyə polis polkovniki İlqar Balakişiyev və Səməd Abbasov meydana tək və köməksiz vəziyyətdə buraxılır? Niyə mitinq və iğtişaşların olacağını öncədən bilən Gəncə Polis İdarəsinin 100- lərlə əməkdaşı polis polkovniki İlqar Balakşiyevi və Səməd Abbasovu əlində bıçaq olan bir nəfərdən qoruya bilmir və ya qorumağa lazımi səviyyədə cəhd etmir? Verilən ifadələr və hadisənin hazırlanan ssenarisi daha çox o təəssüratı yaradır ki, ölən polis əməkdaşları bu hadisələr zamanı sanki bilərəkdən və ya bilməyərəkdən qurban verilib…

Verilən ifadələrə görə hadisənin qızışma səhnələrindən biri qaşıdurmadan öncə bəzi çarşablı qadınların polislərə qab- qacaq və çaynik atması olub. Maraqlıdır, hadisə yerində olmayanlar həbs olunub Cinayət Məcəlləsinin 23 maddəsi ilə ittiham olunduğu halda hadisə yerində təxribat yaradan, xuliqanlıq edən həmin qadınlar və ya qadın paltarı geyinmiş şəxslər niyə məsuliyyitə cəlb olunmayıb? Onları ora kim göndərib?

Maraqlıdır, məhkəmədə ifadə verən polislərin əksəriyyəti İlqar Balakişiyevin və Səməd Abbasovun bıçaqlandığı səhnəsini görmədiklərini bildirir, zalda əyləşən təqsirləndirilən şəxsləri hadisə yerində görmədiklərini və tanımadıqlarını bildirirdilər. Belə olan halda sual yaranır; hadisə yerində görmədiyin və tanımadığın adamlara qarşı necə ifadə verib şikayətçi ola bilərsən? Bu sualı vəkillər məhkəmədə versə də hakim sualı protokoldan çıxardı (!?).

Məhkəmədə verilən sərbəst ifadələr, çəkişmələr və müzakirələr onu göstərir ki, həqiqətən 10 iyul Gəncə hadisəsinin özü və onunla bağlı tərtib olunan İttiham Aktı saxta və quramadır…

Elmir Hüseynzadənin və digər təqsirləndirilən şəxslərin məhkəmə prosesində ictimai təpki və vəkillərin israrından sonra hakim həbs olunan şəxslərə verilən işgəncələrin araşdırılması ilə bağlı vəsatəti qəbul etdi. Araşdırılıb hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərdiyini bildirdi.

Məsələnin görünən tərəfi odur ki, “Gəncə işi” ilə bağlı məhkəmə prosesi getdikcə, ictimai təpki artıqca həm hadisələrin baş vermə səbəbləri tam aydınlaşacaq, həm də İttiham Aktının saxta və qurama olduğu büs- bütün sübuta yetiriləcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəncə hadisələri zamanı saxlanılan jurnalist sərbəst buraxıldı

    Gəncə hadisələri zamanı saxlanılan jurnalist ...

    11-07-2018, 10:29

  • 
  • Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polislər dəfn olunub - YENİLƏNİB (VİDEO)

    Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan ...

    11-07-2018, 15:23

  • 
  • Gəncədə şəhid polislərlə vida mərasimi keçirilir

    Gəncədə şəhid polislərlə vida mərasimi keçirilir ...

    11-07-2018, 14:46

  • 
  • Gəncədə öldürülən polis zabitlərindən biri şəhərin axundu Hacı Tahirin qardaşıdır

    Gəncədə öldürülən polis zabitlərindən biri ...

    11-07-2018, 16:09

  • 
  • Gəncə hadisələri ilə bağlı həbs edilən daha 7 nəfərin cinayət işi məhkəməyə göndərilib

    Gəncə hadisələri ilə bağlı həbs edilən daha 7 ...

    29-01-2019, 21:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu