GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Azərbaycanı tanıdırıq”, yoxsa özümüzü aldadırıq?

“Azərbaycanı tanıdırıq”, yoxsa özümüzü aldadırıq?

Tarix: 20-05-2019, 17:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 826
“Azərbaycanı tanıdırıq”, yoxsa özümüzü aldadırıq?


Azərbaycanda bir qrup var ki, beynəlxalq yarışmaları tanışlıq çatı kimi görür. Hara qatılırıqsa, deyirlər, “Azərbaycanı dünyaya tanıdırıq”.

Eşidən, görən də elə bilər ki, Azərbaycan şirkətdir, reklamı aparılır.

Bir də görürsən, əlaqəsi olmayan bir yarışmada “Qarabağ həqiqətlərini dünyaya yayacağıq”, deyirlər. Misal üçün “Avroviziya”. Adama sual verərlər, ay bala, ay insan, musiqi yarışmasında Qarabağ həqiqətlərini necə yayacaqsan? Ora söz demək üçün tribuna deyil axı, oxuyub, oynamaq üçün yerdir. Heç ora ölkə tanıtımı üçün də deyil axı. Uzağı ölkənin musiqi mədəniyyətini göstərə bilərsən. Heç o da mümkün deyil. Xarici dildə, tam fərqli formatda mahnı oxumalısan. Muğam oxunsa, milli geyim geyinilsə, deyərsən, əşi nəysə. Bunların heç biri yoxdur axı.

Qarabağ həqiqətlərini “Avroviziya”da yaymaq istəyənlər

Dünyanın ən böyük, ən yekə təşkilatı hansıdır? Bildiyim qədər, dünyada BMT-dən yekə təşkilat yoxdur. O təşkilat elə sizin həqiqətlərini yayacağınız problemlə bağlı 4 qətnamə qəbul edib. Nəticəsi? Boş çoxluq.

Yeri gəlmişkən, “Azərbaycanı tanıdırıq” dedikləri “Avroviziya”da öncə texniki səhv deyərək bayrağımızı tərs asdılar, sonra Quba-Qusarı xəritəmizdən sildilər. “Qarabağ həqiqətlərini yayacağıq” dedilər, xəritədən Qarabağ, bonus olaraq da Naxçıvanı sildilər. Bu idi sizin Azərbaycanı dünyaya tanıtmağınız? Maraqlısı ondadır ki, həmin bu ölkəni tanıdırıq deyən qrup bu məsələdə etiraz da etmir. Niyə? Bəs buna qarşı çıxanları dövlət düşməni adlandırmırdınız? Adlandırırdınız! Niyə görə həmin yarışda dövlətinizə qarşı təxribat edildiyi halda səsiniz çıxmadı? Yenə, yenidən həmin yarışma haqqında mənfi fikir səsləndirənlər, “texniki səhv”lərə qarşı çıxdı.

“Azərbacanı dünyaya tanıdırıq” deyənlər konkret olaraq “Avroviziya”nı sevməyənlərə düşmən münasibəti bəsləyir, hətta qanlarında qarışıq axtarırlar. Məncə, bu, dəlilik əlamətidir. Hər kəsin eyni məsələdə eyni cür düşünməsi imkansızdır. Biri “Avroviziya”nı sevə bilər, biri sevməz, biri futbolu sevə bilər, biri sevməz, biri F1-i sevə bilər, biri sevməz. Ancaq bu qrup konkret olaraq dirəşib ki, hamımız bu yarışları sevməliyik. Niyə? Sevmədiyim şeyi niyə dəstəkləməliyəm ki? Azərbaycan hansısa yarışmaya qatılıbsa, məcburuq onu sevməyə? Qardaşım, sevmirəm. Mənim doğal haqqıma niyə qarışmalısan ki? Bu doğal haqqı anlamamaq yer haqqı, göy haqqı, dəlilik əlamətidir.

Ölkənin siyasi arenası da məhz belədir, “bizim kimi düşünməyən bizdən deyil” münasibəti var. Ona görə də, kos-koca partiyalarda sıravi üzv tapmaq olmur, hansı qərargaha girirsən, sədr müavinidir. Məcburam sənin kimi düşünməyə? Robotam?

Elə bir təbliğat qurulub ki, Avropa Oyunlarına, F1-ə, “Avroviziya”ya qarşı bir söz demək, dövlətçiliyə qarşı söz demək kimidir. Yuxarıda yazdığım kimi, dövlətçiliyə qarşı təxribata reaksiya verən də bu qrupun düşmən elan etdikləri oldu. Gəlin görək kim daha yaxşı dövlətçidir?

Dünyada G8-dən böyük toplantı yoxdur. Ancaq elə G8 olan zaman toplantının keçirildiyi ölkələrdə mitinqlər, etiraz aksiyaları olur. Sabah belə bir toplantı Azərbaycanda keçirilsə və biri etiraz etsə, yəqin ki, vətənə xəyanətdə ittiham ediləcək.

Yaxşı, hesab edək ki, ölkəni tanıdıb, xaricdən investisiya gəlməyini istəyirsiniz. Azərbaycanda xarici şirkətlər azdı məgər? Dünyada BP-dən yekə şirkət var? Ölkənin şah damarlarının üstündə illərdi oturub.

Bəlkə turizm?

Azərbaycanın turizm potensialı varmı? Var. Ölkədə dəniz desəniz var, dağ, daş, çay, şəlalə var. Hətta soyuq iqlimdən gələnləri Kürdəmirdə aparıb isitmək də olar. Adın qoyun isti turizm.

Ancaq bu məsələnin bir əmması var. Turistlərin kefləri istəyən kimi dincəlməsi üçün şərait varmı? Bar filan demirəm ha. Zatən buna görə adımız bədnam olub. Dəniz təmizdirmi? Yox! Türkiyədə bir dəfə dənizə girən gəlib Xəzərə qətiyyən girməz. Xidmət hansı səviyyədədir? Xidmət sahəsi aşağı-yuxarı belədir: Özünü daha yüksək postlarda görən ofisiantlar müştəri ilə mırıldaya-mırıldaya, özünü icra başçısı kimi təsəvvür edən inzibatçılar isə işçilər və müştəri ilə kalxoz sədri kimi davranır. Adama deyərlər, sənin gedib deputat ola bilməməyin mənim günahımdır?

Turistlərə xidmət göstərən yerlərdə turistlər rəsmən soyulur. Turistlərin aparıldığı yerlərdə ikili menyuların olduğu heç kimə sirr deyil. Azərbaycanlı turistlərin ən çox səfər etdiyi ölkə Türkiyədir. Türkiyədə ikili menyu ilə kim qarşılaşıb? Yəqin ki, heç kim. Dünya Azərbaycana qarşı ikili standartla yanaşır deyirlər, xidmət sahəsində ikili menyuların olması ikili standart deyil? Elə bil dünyadakı Azərbaycana qarşı olan ikili standartın heyfini turistlərə ikili menyu tətbiq etməklə çıxırıq. Turistlərə qarşı ən böyük hörmətsizlikdən biri də onların şəhərdə uzun yollarla aparılmasıdır. 10 dəqiqəlik yolu 1 saata çıxararaq gələnləri yollarda pərişan edirlər. Dünyada şəhər gəzintisi deyə bir şey var, ancaq bunun adı var da “şəhər gəzintisi”. Bir çox turistlər bundan yararlanır, elə biz də xaricə səfər edəndə şəhəri görmək üçün bu xidmətdən istifadə edirik. Ancaq bizdə turistlərin dolanbac yollardan aparılması şəhər gəzintisi yox, məhz vaxt öldürüb, pul qoparmaqdır.

Turizm şirkətlərinin rəhbərləri ilə söhbət edərkən hamısı deyir ki, ölkəyə gələn bir turist gedəndə “bir də gəlməyəcəm” deyib, gedir. Çünki, hər addım başı turistlər aldadılır, yolunmağa hazır qaz kimi görünür.

Madrid “Atletiko”sunun yaxasında milyonlar verib “Land of Fire Azerbaijan” yazdırdıq. Adam bir iş görəndə qarşılığın gözləyər, düzmü? “Düz” deməyənlərin ağlından şübhəm var. Sual çıxır, bax o “Land of Fire Azerbaijan” Azərbaycana nə gətirdi? Yaxşı, anladıq, qarşılığında qazanc gözləmirdik. Xaricilərdən kim o yazıya baxıb da internetdə axtarış etdi və Azərbaycanla bağlı məlumat əldə etdi? Ümumiyyətlə, o bizə nə verdi? Verdisə deyin, biz də bilək.

Sən infrastruktur qurmadan turisti niyə cəlb edəsən ki?

İllərdi milyonlar xərclənir, tədbirlər həyata keçirilir, ancaq Qarabağla bağlı ən uğurlu təbliğatı məhz işğal altındakı bölgənin adını daşıyan klub etdi. Dünya məcbur oldu ki, “Qarabağ” haqqında yazsın, həm də həqiqətləri. Çünki, “Qarabağ” “divlər arenası”na çıxmışdı. Ancaq “Qarabağ” klubuna belə azarkeşlik etməyən Azərbaycan insanını anlamaq lazımdır. Sevmir də. Tərəfdarı olduğu başqa klub var. Bunu anlamaq, qəbul etmək belə çətindir məgər?

Yəni, oturub ha fikirləşirsən, hesablayıb, götür-qoy edirsən, yenə də “Azərbaycanı tanıdırıq” məntiqinin cavabını tapa bilmirsən.

Qarabağ həqiqətlərini dünyaya yaymaq yox, Qarabağı işğaldan azad etmək lazımdır. Ölkəni dünyaya tanıtmaq yox, ölkəni ölkə etmək lazımdır. Yaxşı məhsulun reklama ehtiyacı olmur.//yenicag.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ Azərbaycan həqiqətlərini tanıyır

    ABŞ Azərbaycan həqiqətlərini tanıyır ...

    12-02-2013, 11:34

  • 
  • "32 miyon AzTV-yə, 12 milyon da İTV-yə ayrılır, ancaq..." - Deputat iki kanalı "vurdu"

    "32 miyon AzTV-yə, 12 milyon da İTV-yə ...

    1-12-2017, 15:41

  • 
  • Növbəti "Avroviziya"nın keçiriləcəyi məkan açıqlandı

    Növbəti "Avroviziya"nın keçiriləcəyi ...

    13-09-2018, 15:30

  • 
  • Azərbaycan telekanalında erməni dilində veriliş...

    Azərbaycan telekanalında erməni dilində veriliş... ...

    21-12-2013, 12:45

  • 
  • «Eurovision-2018» də Azərbaycanı Aysel Məmmədova təmsil edəcək

    «Eurovision-2018» də Azərbaycanı Aysel Məmmədova ...

    9-11-2017, 09:18


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (510)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu