GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » SƏHİYYƏ NAZİRLİYİNİN “ARASH” SEVGİSİ… - 10 ildir tenderləri niyə eyni şirkət qazanır?

SƏHİYYƏ NAZİRLİYİNİN “ARASH” SEVGİSİ… - 10 ildir tenderləri niyə eyni şirkət qazanır?

Tarix: 24-05-2019, 12:24 Bölmə :GündəmXəbər / Manşet Baxış: 490
SƏHİYYƏ NAZİRLİYİNİN “ARASH” SEVGİSİ… - 10 ildir tenderləri niyə eyni şirkət qazanır?


Oqtay Əsədovun qardaşı oğlunun şirkəti növbəti 5 milyonluq tenderi qazanıb

Mayın 20-də Səhiyyə Nazirliyi Bakıdakı iki tibb müəssisəsinin tibbi avadanlıqlarla təchizatı üzrə “Arash Medical Company” MMC ilə iki müqavilə imzalayıb. “Marja” Dövlət satınalmaları reyestrinə istinadla xəbər verir ki, alınmış avadanlığın ümumi məbləği 5 milyon 726 min manat (3 milyon 368,2 min dollar) təşkil edir.

Avadanlıqlar Maştağa qəsəbəsində 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının yeni korpusu və Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Sümük Vərəm Xəstəlikləri Sanatoriyasına veriləcək. Müqavilələr fevral ayında keçirilən tenderdən sonra imzalanıb.

Sözügedən şirkət artıq 10 ilə yaxındır Səhiyyə Nazirliyinin tenderlərinin dəyişilməz qaliblərindən biridir. Qısa araşdırma göstərir ki, şirkət bu illər ərzində təkcə Səhiyyə Nazirliyi xəttilə 10 milyon dollarla ölçülən tenderləri udub.

Təəssüf ki, Azərbaycanda tenderlər sahəsi heç də ən şəffaf istiqamətlərdən biri sayılmır. Onu da qeyd edək ki, mətbuatda “Arash Medical Company” MMC-nin rəhbəri Cavid Əsədovun Milli Məclisin spikeri Oqtay Əsədovun qardaşı oğlu olduğuna dair məlumatlara rast gəlinir. Bunu nəzərə alsaq, sözügedən şirkətin uğurlarının təsadüfi olmadığı barədə təsəvvür yarana bilər…

Qeyd edək ki, “Arash Medical Company” ləğv olunan “Araş Medikal” MMC-nin aktivləri əsasında təsis edilib. Şirkətin 2011-ci ildə yaradıldığı deyilir, amma hələ 2010-cu ilin müsabiqə reyestrlərinə əsasən, Tibb Unversiteti yeni adı ilə ondan 917 173,54 manatlıq tibbi avadanlıqlar satın alıb.

Ümumilikdə isə “Araş Medikal” MMC və “Arash Medical Company” həmin il xüsusilə Səhiyyə Nazirliyi və digər qurumlardan 13 398 507,06 manat dəyərində 46 tender qazanıb. Təkcə bir ildə İnnovasiya və Təchizat Mərkəzinin xəttilə 7 399 455,98 manatlıqtender “udub”. Təhsil Nazirliyi Azərbaycan Tibb Universiteti də 2010-cu ildə “Arash Medikal Production LTD” adlı şirkətdən 8 099 515,79 manatlıq Tədris-Terapevtik Klinikasının inventarlarını satın alıb.

Bu şirkətin təkcə 2011-ci ildə Səhiyyə Nazirliyi və bəzi dövlət təşkilatlarından aldığı sifarişin həcmi 25 092 910,98 manat olub. Sonrakı illərdə də bu temp saxlanılıb. Şirkət elə olub ki, bir ildə düz 72(!) müsabiqəni udub.

Sözügedən şirkət, məsələn, 2013-cü ildə də 57 satınalma üzrə müxtəlif səhiyyə qurumlarına 53 830 518,38 manatlıq satış xidməti göstərib. Vəsaitlərin çoxu təmir-tikinti işlərinə gedib.

2014-cü ildə “Arash Medical Company” MMC 20 tenderdə 19 998 897,06 manatlıq iş qazanıb. “Araş Medikal” MMC-dən də 24 tender üzrə 860 717 manat, ümumilikdə 20 859 614,06 manatlıq xidmət satın alınıb.

Eyni temp sonrakı illərdə də davam etdirilib. Məsələn, təkcə 2015-ci ilin 6 ayında “Arash Medical Company” müxtəlif qurumlardan 21 608 222,38 manatlıq 22 tender, “Araş Medikal” MMC isə 342 235,63 manat dəyərində 8 sifariş alıb. Bir neçə il ərzində sözügedən şirkət təqribən 150 milyon manatlıq tenderin podratçısı olub. Və göründüyü kimi, bu ilə də 5 milyon 726 min manatlıq tenderlə start verilib.

Qeyd edək ki, son zamanlar mətbuatda Oqtay Əsədovun ailə üzvlərinin biznes şəbəkələri ilə bağlı məlumatlara tez-tez rast gəlinir. Spikerin son səfəri isə korrupsiyaya müharibə elan edən Ukrayna prezidenti Vladimir Zelenskinin inauqurasiya mərasimi keçirilən Kiyev şəhərinə olub…/azpolitika
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlik 4 milyarda susur, “Turqay” MMC haqda cinayət işi gizlədilir - İddia

    Nazirlik 4 milyarda susur, “Turqay” MMC haqda ...

    8-04-2019, 13:15

  • 
  • Səhiyyə Nazirliyi “Laçın” klinikasını "vurdu" - Ciddi xəbərdarlıq

    Səhiyyə Nazirliyi “Laçın” klinikasını ...

    5-02-2014, 15:01

  • 
  • Səhiyyə Nazirliyinin «dezinfeksiya edib yuduğu» pullar

    Səhiyyə Nazirliyinin «dezinfeksiya edib yuduğu» ...

    28-11-2013, 12:47

  • 
  • Səhiyyə Nazirliyində «pulsuz dərman maxinasiyası»

    Səhiyyə Nazirliyində «pulsuz dərman maxinasiyası» ...

    18-04-2013, 10:33

  • 
  • Səhiyyə Nazirliyi: Azərbaycanda "donuz qripi"nə yoluxma halı qeydə alınmayıb

    Səhiyyə Nazirliyi: Azərbaycanda "donuz ...

    7-01-2019, 12:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu